Şafi məzhəbi

Şafi məzhəbiƏhli Sünnədə 4 haqq məzhəbdən biri. Məzhəb imam Şafinin dini elmi görüşləri əsasında formalaşıb.

İslam

İslam Tarixi

İmanın şərtləri

Tövhid Mələklər
Kitablar Peyğəmbərlər
Məad Axirət
Qəza ve Taleh

İslamın beş şərti

Kəlmeyi-şəhadət Namaz
Oruc Həcc
Zəkat

Etiqad məzhəbləri
Əşərilər Matüridilər Qədərilər (Mötəzililər) Cəbrilər Mürcilər Cəhmiyyə Müşəbbihilər Sələfilər
Fiqh məzhəbləri
Sünnilər:
Hənəfilər Malikilər Şafiilər Hənbəlilər
Yox olmuş məzhəblər:
Zahirilər Auzailər Leysilər Səvrilər Cəririlər

Şiələr:
İmamilər (Cəfərilər (Əxbarilər Üsulilər Şeyxilər) Ələvilər Ənsarilər Qızılbaşlar) Zeydilər
İsmaililər (Qərmətilər Xaşxaşilər Fəthilər Xəttabilər) Vaqifiyyə Rafizilər (Batinilər) Qeysanilər Xürrəmilər Baziğiyyə Qurabiyyə
Xaricilər:
Mühakkimə Əcrədilər (Meymunilər Səələbilər) Əzraqilər Bəyhəsilər İbadilər Nəcdatilər Süfrilər

Həmçinin bax

Sufilər Yəsəvilik Nəqşibəndilik Sührəvərdilik Xəlvətilik Səfəvilik Bayramilik Bəktaşilik Cəlvətilik Cərrahilik Çiştiyyə Ehqaqiyə Gülşənilik Hürufilik Kübravilik Məlamətilik Mövləvilik Nemətullahiyyə Nöqtəvilik Qələndərilik Qadiriyyə Rahmaniyyə Rifailik Rövşənilər Sənusilər Şaziliyyə Zahidiyyə Nüseyrilər Druzlar İslam fəlsəfəsi

Yaranması

İslam dünyasında ən geniş yayılmış hüquq məktəblərindən olan Şafii məzhəbinin qurucusu Məhəmməd ibn İdris əş-Şafii 767-ci ildə Qəzzədə (Fələstində) dünyaya gəlmişdir. Soyu Qüreyş tayfasındandır. Erkən yaşlarından atasını itirib ehtiyac içində böyüyən, lakin istedadlı olan gənc Məhəmməd Quranhədisləri mükəmməl öyrənmiş, sonra isə Məkkəyə köçüb, tanınmış alimlərdən müxtəlif elmlərə dair dərs almışdır. Daha sonra bacarıq və istedadı sayəsində çeşidli dövlət vəzifələrində çalışmış, müəllimlik fəaliyyəti ilə də məşğul olmuşdur. Ömrünün çox hissəsini Bağdadda, son illərini isə Misirdə keçirmiş və 820-ci ildə orada da vəfat etmişdir. O, "Üsulul-fiqh" adlanan hüquq metodologiyasında mühakimə çıxarmaq prinsiplərini işləyib hazırlamış və fətvaların yalnız həmin prinsiplər əsasında verilməsi fikrini irəli sürmüşdür. Ona qədər də müctəhidlər fətva vermək məsələsində müəyyən metodlara əsaslanırdılar. Lakin əş-Şafii ancaq istinadları təqdim etməklə kifayətlənməmiş, hüquqi mühakimələr irəli sürülərkən riayət ediləsi vacib metodoloji prinsipləri də göstərmişdir.

Özəllikləri

Məhəmməd ibn İdris Hicazİraq hüquq məktəblərinin metodlarını mükəmməl mənimsədikdən sonra öz hüquq metodunun əsasını qurmuşdur. Bu metod onun sələflərinin: Əbu Hənifə, Malik ibn Ənəs, Məhəmməd ŞeybaniƏbu Yusuf Yaqub bin İbrahimin prinsiplərinə əsaslansa da, özünəməxsus özəllikləri ilə də seçilmişdir. Şafiinin hüquqi metodu aşağıdakı mənbələrə əsaslanır:

  1. QuranSünnə. Allahdan gələn açıq və aydın ayələr (nasslar) ikimənalı anlaşılıb yozula bilməz. Bütün başqa mənbələr də Quran və Sünnəyə uyğun olmalı, ziddiyyət təşkil etməməlidir. Hətta, əgər hər hansı səhabənin müəyyən məsələdə dediyi vəhyə uyğun deyilsə, onun mühakiməsi də sübut kimi qəbul edilə bilməz.

əş-Şafiiyə görə, vəhy Quran və Sünnə cütlüyüdür. Bu cür yanaşma onu bəzi sələflərindən – məsələn, Quranı birinci Vəhy, Sünnəni isə ikinci Vəhy saymış Əbu Hənifədən fərqləndirirdi.

  1. İcma. Əgər hansısa problem üzrə bir neçə alim nəsli eyni nəticə əldə etmişsə, onda bu nəticə dəlil kimi qəbul edilməlidir. Örnək üçün keçmiş və çağdaş alimlərin hamısı əsr namazının (günün ikinci yarısı qılınan namaz) məhz 4 rükətdən ibarət olduğunu qeyd etmişlər. Bu – icmadır. İcma yalnız Quran və Sünnənin aydın göstərişlərindən sonra tətbiq edilə bilər.
  2. Məhəmməd peyğəmbərin səhabələrinin dedikləri. Bu, Həzrət Peyğəmbərin (s) səhabələrinin çeşidli məsələlər haqqında razılaşdırılmış fikirləridir.
  3. Qiyas. Mülahizə irəli sürərəkən və hüquqi mühakimələr zamanı Məhəmməd ibn İdris bənzətmə (analogiya) metodundan da dəlil kimi istifadə etmişdir. Sələfləri kimi o da problemin çözümünü İlahi vəhylərdə birbaşa tapmayanda bu metoda əl atmışdır. Onun fikrincə, şəriət zaman və məkanla məhdudlaşmır. Buna görə də mövcud olan müqəddəs mətnlərlə bütün hüquqi problemləri çözmək lazımdır. Əgər bunu vəhyin açıq-aydın mənaları ilə etmək mümkün deyilsə, onda problemi müqəddəs mətnlərdə xatırlanan olaylara bənzətmək yolu ilə çözmək lazımdır. Bunu xüsusi hazırlığı olan hüquqşünas (müctəhid) hərtərəfli tədqiqat (ictihad) aparandan sonra edə bilər.

İnkişafı

Məhəmməd ibn İdris əş-Şafii dünyasını dəyişəndən sonra tələbələri hüquq elmində onun işlərinin davam etdirərək, irəli sürdüyü nəzəri əsasları irəlilətmişlər. 816-cı ildən başlayaraq, əş-Şafii məzhəbi Misirdə yayılmağa başladı. Həmin vaxtlar orada yaşan əş-Şafiinin özü də əsərlərinə bəzi düzəlişlər edib, onları yeni şəraitə uyğunlaşdırmışdı (bax:"Risalə" və "Məbsut" kitabları). Onun keçmiş problemlərə yeni yanaşmalarını Fustat şəhərinin azançısı Rəbi ibn Süleyman Muradi toplamışdır. Məhəmməd ibn İdrisin özü də Bağdadda yazdığı əsərlərin ləğv olunduğunu və Misirdə yazdığı son əsərlərinə üstünlük verilməsini vəsiyyət etmişdir. Buna görə də onun irsinin öncəki və sonrakı dövrlərə bölünməsi məqsədəuyğundur. Ardıcılları onun son əsərlərinə əsaslanaraq fətvalar versələr də, bəziləri müəyyən hallarda onun ilk əsərlərinə istinad olunmasını da doğru hesab etmişlər. İsmaili olan Fatimilər sülaləsi Misirdə hakimiyyəti ələ alandan sonra da məzhəbin mövqeyi zəifləməmişdir. Hakimiyyətə Əyyubilər gələndən sonra isə Misirdə şafii məzhəbinin mövqeləri daha da bərkimişdir. Çünki sünni olan Əyyubilər ölkədə ismaililərin zəifləməsində maraqlı idi. Şafiilərin hakimiyyəti məmlük sultanı Bəybarsın idarəçilik dövrünədək davam etmişdir. Misirdə Osmanlı hakimiyyəti qurulandan sonra imperiyanın rəsmi dövlət hüququ Hənəfi məzhəbinin üzərində qurulsa da xalq arasında Şafii məzhəbi öz mövqeyini qoruyub saxlaya bilmişdir. Bu məzhəb uzun müddət İranda da geniş yayılmışdır. Lakin sonra orada şiəlik üstün mövqeyə keçmişdir. Buna baxmayaraq, Şafii məzhəbinin ardıcıllarına bu gün də İranda və İraqda rast gəlmək mümkündür.

Həmçinin bax

Mənbə

  • Müəllif: Aydın Əlizadə- "Cəmiyyət və din" qəzeti
This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.