Şadman Hüseyn

Şadman Bahlul oğlu Hüseyn (4 dekabr 1945, Taytan, Vedi rayonu5 avqust 2003, Bakı) — Azərbaycan Milli Məclisinin I çağırışıII çağırışı deputatı.[1]

Şadman Hüseyn
Şəxsi məlumatlar
Doğum tarixi 4 dekabr 1945(1945-12-04)
Doğum yeri
Vəfat tarixi 5 avqust 2003(2003-08-05) (57 yaşında)
Vəfat yeri
Partiya

Həyatı

1945-ci il dekabrın 4-də Ermənistan Respublikası Vedi rayonunun Taytan kəndində anadan olmuşdur. Saratov Tibb İnstitutunun müalicə-profilaktika fakültəsini bitirmişdir.

Rus və ingilis dillərini bilirdi.

Evli olmuşdur, 3 övladı var.

Siyasi fəaliyyəti

1991-ci il tarixində Azərbaycan Xalq Cəbhəsi daxilində fikir ayrılıqları yaşanmış və bir qrup şəxs Etibar Məmmədov ətrafında birləşmişdir. Etibar Məmmədov və onu dəstəkləyən bir qrup şəxs yeni siyasi partiya — Azərbaycan Milli İstiqlal Partiyasının Təşkilat Komitəsini yaratmışdır. Bu barədə 15 oktyabr 1991-ci il tarixində Azərbaycan Televiziyası ekranlarından Təşkilat Komitəsinin Bəyənnaması elan olunmuşdur. Növbəti gün isə Etibar Məmmədovun çap etdirdiyi "Millət" qəzetinin sınaq nəşrində məlumat dərc olunmuşdur. Təşkilat Komitəsinə Etibar Məmmədov, Şadman Hüseyn, Nazim İmanov, Vilayət Quliyev, Eldar Salayev, şair Məmməd Araz kimi şəxslər də olmuşdur.[2]

Azərbaycan Milli İstiqlal Partiyası Təşkilat Komitəsi 3 iyul 1992-ci il tarixinə qurultay çağırmışdır. 3 iyul 1992-ci il tarixində Bakıda, Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının binasında partiyanın Təsis Qurultayı keçirilmişdir.[2] Qurultayın 2-ci günündə qurultay iştirakçılarının təklifi ilə sədrliyə Etibar Məmmədov namizəd olmuşdur. Qurultay iştirakçıları arasından Şadman Hüseyn və Nazim İmanovun namizədliyi də təklif olunmuşdur. Lakin Nazim İmanov çıxış edərək özünün və Şadman Hüseynin namizədliyini geri götürdüyünü və Etibar Məmmədovun namizədliyini dəstəklədiklərini elan etmişdir.[3] Tək namizəd olaraq seçkiyə qatılan Etibar Məmmədov sədr müavini olaraq Nazim İmanovun adını açıqlamışdır. Qurultay iştirakçıları Şadman Hüseynin də sədr müavinliyə namizədliyini istəsə də, o Gəncədə yaşadığı üçün və Milli Məclisin üzvü olduğu üçün namizəd olmamışdır.[4]

Azərbaycan Milli İstiqlal Partiyası 1995-ci il parlament seçkilərində həm çoxmandatlı, həm təkmandatlı seçki dairələri üzrə seçkilərə qatılmışdır. Partiyanın proporsional seçki üzrə vahid namizəd siyahısında 1-ci sırada sədr Etibar Məmmədov, ikinci sırada sədr müavini Nazim İmanov, 3-cü sırada Şadman Hüseyn, 6-cı sırada Firudin Cəlilovun adı yazılmışdı.[5] Proporsional seçkiləri qatılmış 8 partiyadan biri olan[6] Azərbaycan Milli İstiqlal Partiyası bu seçkilərdə 331865 səs (9.3%) səs toplayaraq proporsional seçkiləri Yeni Azərbaycan PartiyasıAzərbaycan Xalq Cəbhəsi Partiyasının ardınca 3-cü sırada tamamlamışdır. Beləliklə, partiya 25 çoxmandatlı seçki dairəsi üzrə 3 mandat qazanmışdır, seçilən deputatlar siyahıya liderlik edən 3 şəxs — Etibar Məmmədov, Nazim İmanov və Şadman Hüseyn olmuşdur.[7]

Azərbaycan Milli İstiqlal Partiyası 2000-ci il parlament seçkilərində həm çoxmandatlı, həm təkmandatlı seçki dairələri üzrə seçkilərə qatılmışdır. Partiyanın proporsional seçki üzrə vahid namizəd siyahısında 1-ci sırada sədr Etibar Məmmədov, ikinci sırada sədr müavini Vaqif Musayev, üçüncü sırada Nazim İmanov, 4-cü sırada Şadman Hüseynin adı yer almışdır. Vaqif Musayevin adının ikinci sırada, qurucu üzvlər Nazim İmanov və Şadman Hüseyndən əvvəl olması müzakirələrə səbəb olsa da, siyahı dəyişdirilməmişdir. Həmin seçkilərdə bir öncəki seçkilərdə tətbiq olunan 8%-lik seçki həddi, 6%-ə endirilmiş olsa da, Azərbaycan Milli İstiqlal Partiyası proporsional seçki üzrə 112,727 (3.89%) səs alaraq Yeni Azərbaycan Partiyası, Azərbaycan Xalq Cəbhəsi Partiyası, Vətəndaş Həmrəyliyi Partiyası, Azərbaycan Kommunist PartiyasıMüsavat Partiyasının ardından 6-cı sırada tamamlamış və seçki həddini keçə bilməmişdir.[8][9]

Bu hadisələrdən sonra partiyanın qurucusu Şadman Hüseyn və bərabərində bir qrup şəxs partiya sıralarından istefa vermişdir. Şadman Hüseyn bitərəf siyasətçi kimi siyasi həyatına davam etmiş, 5 mart 2003-cü il tarixli əlavə parlament seçkilərində majoritar üsulla 91 saylı Xanlar-Daşkəsən seçki dairəsi üzrə 17,801 (72.79%) səs toplayaraq deputat seçilmişdir.[10] Daha 2003-cü il prezident seçkilərində "Vətən" Seçicilərin Təşəbbüs Qrupu tərəfindən prezidentliyə namizədliyi irəli sürülsə də,[11] o, 5 avqust 2003-cü il tarixində ürəktutma səbəbi ilə ölmüşdür. Bu hadisədən sonra onun ailə üzvləri mətbuat konfransı keçirərək Şadman Hüseynin yaxın zamanlarda namizədliyini Yeni Azərbaycan Partiyası namizədi İlham Əliyevin xeyrinə çəkməyi planlaşdırdığını bildirmiş və bu səbəblə Şadman Hüseynin seçicilərini prezidentliyə namizəd İlham Əliyevə səs verməyə dəvət etmişdir.[12]

İstinadlar

  1. "Azərbaycan Milli Məclisinin rəsmi səhifəsində Şadman Hüseyn". 2022-07-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-05-05.
  2. "AMİP-in 28 yaşı tamam oldu". 2022-05-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-05-28.
  3. Əli Orucov. "Azərbaycan Milli İstiqlal Partiyasının Təsis Qurultayı 2.1". Əli Orucov ( (az.)). 14.11.2014. 2022-05-31 tarixində arxivləşdirilib. İstifadə tarixi: 31.05.2022.
  4. Əli Orucov. "Azərbaycan Milli İstiqlal Partiyasının Təsis Qurultayı 2.2". Əli Orucov ( (az.)). 26.11.2014. 2022-05-31 tarixində arxivləşdirilib. İstifadə tarixi: 31.05.2022.
  5. "Firudin Cəlilov və AMİP arasında mübahisə". 2021-05-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-05-29.
  6. "Proporsional seçkilərə qatılmış partiyalar". 2004-12-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-05-29.
  7. "Azərbaycanda parlament seçkiləri - daha bir itirilmiş şans". 2021-07-12 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-05-31.
  8. "2000-ci il parlament seçkilərinin nəticəsi". 2011-07-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-05-30.
  9. "2000-2001-ci illər parlament seçkiləri haqqında yekun hesabat" (PDF). 2021-08-01 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2022-05-30.
  10. "2003-cü il əlavə parlament seçkilərinin yekun nəticəlıri". 2004-06-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-05-30.
  11. "Şadman Hüseynin prezidentliyə namizədliyi ilə bağlı qərar". 2022-05-31 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-05-30.
  12. "Unudulan deputatlar: Şadman Hüseyn". 2021-09-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-05-30.
This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.