Şadlinskilər

ŞadlinskilərAzərbaycan xalqının tanınmış soylarından biri.

Şadlinskilər
Titul Bəy
Əcdadı Aslan sultan Şadlı
Mənşəyi İrəvan, Şadlı
Təbəəliyi İrəvan xanlığı, Rusiya İmperiyası Rusiya imperiyası
Torpaqları Şadlı

Soyun tarixi

Azərbaycanın tarixində dəyərli izlər qoymuş, mədəni-maarif, təhsil sahəsində böyük xidmətlər göstərmiş əsilzadə nəsillərdən biri də Şadlinskilərdir. Mükəmməl bir şəcərəsi olan bu nəsil Azərbaycana görkəmli ziyalılar, qəhrəmanlar verib. Onlardan Aslan Sultan Şadlinski, Nəsrulla bəy Şadlinski, Abasqulu bəy Şadlinski, Bilas Şadlinski, Vaqif Şadlinski və digərlərinin fəaliyyəti gələcək nəsillərə örnək ola biləcək səhifələrlə zəngindir.

Bu səhifələri bir daha vərəqləmək, Şadlinskilərlə bağlı xatirələri qələmə almaqda Dövlət Tibb Universitetinin Anatomiya kafedrasının müdiri, professor Vaqif Şadlinski bizə yardımçı oldu.

İrəvan xanlığının nüfuz sahibləri

Şadlinskilər sülaləsi XVII əsrdə yaşayan Binnətalı Sultan adlı bir şəxslə başlayıb və indiki Şadlinskilər onun 4 oğlunun – Aslan Sultan, Kəlbalı Sultan, Niftalı Sultan, Bala Sultan Şadlinskinin nəslindəndirlər. Yaşadıqları İrəvan quberniyasının Vedibasar mahalında Şadlinskilər həmişə tərəqqipərvər və mütərəqqi fikirləri ilə fərqlənib, xalqımızın haqq mübarizəsində ön sıralarda olublar. Bu nəslin kökü orta əsrlər Azərbaycan dövləti olan Şəddadilər dövlətinin qurucularından biri – şadlılar tayfası ilə bağlıdır. Gəncədə yaşayan şadlılar XIV əsrin axırlarında İrəvana köçüblər.

Şadlıların adı İrəvanla bağlı mühüm tarixi hadisələrdə çəkilir. Məsələn, bu qədim tayfanın ağsaqqallarından olan Aslan Sultan Şadlinski 1806-cı ildə Vedibasarın rəisi olub. Rusiya-İran müharibəsinin getdiyi bir vaxtda Paskeviç Aslan Sultanla görüşür. Rusiyanın Qafqaz qoşunlarının komandanı general İvan Paskeviçin çar I Nikolaya göndərdiyi məktubda da onun adı çəkilir. Bu fakt həmin dövrdə Aslan Sultan Şadlinskinin bölgədə böyük nüfuz sahibi olmasını təsdiqləyir.

Aslan Sultanın oğlu Hüseyn xan Şadlinski sonralar Rusiya ordusunda qulluq edib, rus-yapon müharibəsində Port-Arturun müdafiəsində iştirak edərək Müqəddəs Georgi ordeninə layiq görülüb.

Abasqulu bəy Şadlinski-Aslan Sultanın bir neçə övladı olub. Vedibasar elinin böyük oğlu, xalq qəhrəmanı, ermənilərə qarşı mübarizədə ad çıxarmış Abasqulu bəy Şadlinski də onun nəvəsidir. Bildiyimiz kimi, Azərbaycan Rusiya tərəfindən işğal olunduqdan sonra İrəvan xanlığı da daxil olmaqla digər xanlıqlar ləğv edildi. 1886-cı ildə Vedibasarda ilk rus-müsəlman (türk) məktəbi açılır və Abasqulu bəy ilk təhsilini həmin məktəbdə alır.

Vaqif müəllim deyir: "Abasqulu atamın əmisidir. Ermənilər Qərbi Azərbaycanda yaşayan soydaşlarımıza qarşı qırğınlara başlayanda Abasqulu bəyin başçılığı ilə Vedibasarda böyük silahlı dəstə yaradıldı. O, camaatı başına yığıb ermənilərə qarşı mübarizəyə başladı. Abasqulunun ətrafında, atam Bilas Şadlinski, Nəsrulla bəy Şadlinski, Xəlil bəy, Mehdi bəy, Mirzə Təhmasib var idi. Onlar ilyarım ərzində torpaqlarımızı ermənilərdən qoruyublar".

Həmin dövrdə baş vermiş hadisələr Vaqif müəllimin atası Bilas Şadlinskinin xatirələrində geniş yer alır: "1918–1920-ci illər Vedi rayonunda vəziyyət ağırlaşdı. Hər həftə Vediyə daşnakların silahlı basqını olurdu. Abasqulu bəy Şadlinskinin silahlı mübarizə dəstəsinin müşayiəti altında minlərlə azərbaycanlı ailəsi daşnakların qırğınlarından xilas olub, İrana mühacirət etmişdi. Bizim ailəmiz də İranın Ərəblər və Çaypara mahallarında bir müddət qaldıqdan sonra Xoy şəhərinə gedib çıxdı. Az sonra atam vəfat etdi".

Dözülməz günlər yaşayan ailənin oğlu Bilas 15–16 yaşlarında Abasqulu bəy Şadlinskinin silahlı dəstəsinə qoşularaq daşnaklara qarşı döyüşlərdə iştirak edir.

Qapı-qapı düşüb azərbaycanlı uşaqlarını təhsilə, məktəbə cəlb edirdi

Şadlinskilər Azərbaycanda maarifləndirmə işinin aparılmasında da mühüm xidmətlər göstəriblər. Azərbaycanda sovet hakimiyyəti qurulduqdan sonra 1922-ci ildə Böyük Vediyə qayıdan Bilas Şadlinski İnqilab Komitəsinin nəzdində yaranan Lenin qiraətxanasının müdiri kimi azərbaycanlıların savadlanmasında, cəmiyyətin inkişafında səmərəli fəaliyyət göstərib. Elə həmin il komsomol təşkilatına daxil olan B.Şadlinski doğma kəndində gənclərin mənəvi və siyasi inkişafı sahəsində, azərbaycanlı gənclərin mübariz ruhda tərbiyə alması istiqamətində ermənilərdən geri qalmamaq üçün xeyli iş görüb.

Sonra B.Şadlinski ali təhsil almaq arzusu ilə Ali Müəllimlər İnstitutuna daxil olub, dil-ədəbiyyat fakültəsini əla qiymətlərlə bitirib. O, savadsızlığın ləğvi, məktəbyaşlı uşaqların təhsilə cəlb edilməsi, xüsusən qızların icbari təhsilə cəlb edilməsi sahəsində fəallıq göstərməklə, Vedi mahalında aparıcı ziyalı kimi böyük işlər görüb.

Eyni zamanda, Bilas müəllim ermənilərin xislətinə yaxşı bələd olan bir vətəndaş kimi azərbaycanlıların ermənilərdən geri qalmaması üçün gənclər arasında ardıcıl, məqsədyönlü iş aparırdı. Onun nəsli, kökü, dəyanəti ermənilərin ayrı-seçkilik siyasətinə qarşı mübarizə aparmağa imkan yaradırdı. Sovet rejimində ermənilərin gizli və açıq şəkildə azərbaycanlılara qarşı yeritdikləri bədxah siyasətə qarşı mübarizəni B.Şadlinski daha da qüvvətləndirmək məqsədilə 1932-ci ildə Sov.İKP üzvlüyünə namizəd olmaq istəyir, lakin ermənilərin müqavimətinə görə yalnız 1938-ci ildə partiya sıralarına daxil ola bilir.

1941–45-ci il müharibəsi başlayanda Bilas müəllim Böyük Vedi rayonunun mərkəzində yerləşən məktəbdə direktor işləyirdi. Həmin illər Bilas müəllim duyğusal nəvazişi, qayğısı ilə bəlkə də çoxlarının uşaq yaddaşında silinməz izlər qoyub. Ona görə ki, o, qələm, dəftər almağa imkanı olmayan uşaqlara dərs ləvazimatları, daha ağır vəziyyətdə olanlara pal-paltar alırdı. Yorulmadan qapı-qapı düşüb azərbaycanlı uşaqlarını təhsilə, məktəbə cəlb edirdi.

Beləliklə, Bilas müəllimin sayəsində böyük bir ziyalı nəsli yetişdi. Həm də o, bu nəsli Ermənistanda, yerli şovinistlərin təzyiqləri altında yetişdirirdi. Gələcək nəslə dilimizi, dinimizi, tariximizi mənimsətdi, onları erməni fitnəsinə uymağa qoymadı. Bütün bunları isə həyatı bahasına edirdi.

B.Şadlinski və onun kimi digər Vedibasar ziyalıları və ağsaqqallarının mübarizəsi nəticəsində azərbaycanlıların getdikcə mənəvi və maddi cəhətdən inkişafı ermənilərin heç də ürəyincə deyildi. Onlar yeri gəldikcə həmin adamlara qarşı repressiya siyasətini davam etdirirdilər. 1948-ci ildə ermənilər növbəti dəfə azərbaycanlıların kütləvi deportasiyasına nail oldular…

Taleyində yurduna, xalqına, soykökünə köçkünlük yazılan B.Şadliniski Qərbi Azərbaycandakı dədə-baba yurdundan respublikamıza – Şəmkir rayonunun Çinarlı (keçmiş Leninkənd) qəsəbəsinə köçdü. 1948-ci ildən burada pedaqoji fəaliyyətini davam etdirən Bilas müəllim qəsəbə orta məktəbində müəllim, direktor müavini, Aşağı Seyfəli kənd orta məktəbində direktor vəzifələrində çalışdı. B.Şadlinski ömrü boyu erməni millətçilərinə qarşı mübarizə aparırdı. Bu məqsədlə o, yaşadığı evdə kitabxana təşkil etmiş, burada erməni şovinistlərinin riyakar və hiyləgər əməllərini, azərbaycanlılara qarşı cinayətkar məqsədlərini açıqlayan tarixi sənədlərdən, fotolardan, kitab, qəzet və jurnal materiallarından ibarət muzey-sərgi düzəltmişdi.

Şadlinskilərin digər nümayəndələri – Yunis və Bilman Şadlinskilər də pedaqoji sahədə fəaliyyət göstərərək uzun illər maarifləndirmə işi ilə məşğul olublar. Bu gün isə həmin yolu davam etdirən nəslin davamçısı tibb elmləri doktoru, professor Vaqif Şadlinskinin adı ölkəmizin elm və təhsil işçilərinə, səhiyyə sahəsində çalışanların böyük əksəriyyətinə yaxşı tanışdır. Onun adı ölkənin tanınmış ziyalıları sırasında çəkilir.

Azərbaycan tarixinə dəyərli övladlar bəxş etmiş qədim Oğuz yurdu Vedibasarda xeyirxahlığı, halallığı, hünərvərliyi ilə məşhur olan Şadlinskilər nəslinin davamçısı Vaqif müəllim həm də gözəl ailə başçısıdır. Böyütdüyü 4 övladının hər biri ali tibb təhsili alıb. Onların hərtərəfli biliyə, geniş dünyagörüşünə malik mütəxəssislər kimi Vətənə, xalqa bağlı bir ziyalı kimi yetişmələrində ata-babalarının, valideynlərinin keçdiyi həyat yolunun böyük təsiri olub.

Şadlinskilərin böyük şəcərəsi

Azərbaycan tarixində mühüm işləri ilə yadda qalan, mədəni-maarif, təhsil sahəsində böyük xidmətlər göstərmiş tanınmış nəsillər olub. Həmin nəsilləri bu gün də insanlar böyük hörmət və ehtiramla xatırlayır. Belə əsilzadə nəsillərdən biri də Şadlinskilərdir. Mükəmməl bir şəcərəsi olan bu nəsil Azərbaycana görkəmli ziyalılar, qəhrəmanlar verib. Onlardan Aslan Sultan Şadlinski, Nəsrulla bəy Şadlinski, Abbasqulu bəy Şadlinski, Bilas Şadlinski, Vaqif Şadlinski və digərlərinin fəaliyyəti gələcək nəsillərə örnək ola biləcək səhifələrlə zəngindir.

Şadlinskilər sülaləsi XVII əsrdə yaşayan Binnətalı Sultan adlı bir şəxslə başlayıb və indiki Şadlinskilər onun 4 oğlunun — Aslan Sultan, Kəlbalı Sultan, Niftalı Sultan, Bala Sultan Şadlinskinin nəslindəndirlər. Yaşadıqları Irəvan quberniyasının Vedibasar mahalında Şadlinskilər həmişə tərəqqipərvər və mütərəqqi fikirləri ilə fərqlənib, xalqımızın haqq mübarizəsində ön sıralarda olublar. Bu nəslin kökü orta əsrlər Azərbaycan dövləti olan Şəddadilər dövlətinin qurucularından biri — şadlılar tayfası ilə bağlıdır. Gəncədə yaşayan şadlılar XIV əsrin axırlarında Irəvana köçüblər.

Şadlıların adı Irəvanla bağlı mühüm tarixi hadisələrdə çəkilir. Məsələn, bu qədim tayfanın ağsaqqallarından olan Aslan Sultan Şadlinski 1806-cı ildə Vedibasarın rəisi olub. Rusiya-Iran müharibəsinin getdiyi bir vaxtda Paskeviç Aslan Sultanla görüşür. Rusiyanın Qafqaz qoşunlarının komandanı general Ivan Paskeviçin çar I Nikolaya göndərdiyi məktubda da onun adı çəkilir. Bu fakt həmin dövrdə Aslan Sultan Şadlinskinin bölgədə böyük nüfuz sahibi olmasını təsdiqləyir.

Aslan Sultanın oğlu Hüseyn xan Şadlinski sonralar Rusiya ordusunda qulluq edib, rus-yapon müharibəsində Port-Arturun müdafiəsində iştirak edərək Müqəddəs Georgi ordeninə layiq görülüb.

Abbasqulu bəy Şadlinski-Aslan Sultanın bir neçə övladı olub. Vedibasar elinin böyük oğlu, xalq qəhrəmanı, ermənilərə qarşı mübarizədə ad çıxarmış Abasqulu bəy Şadlinski Aslan Sultanın nəvəsidir.

Abbasqulu bəy Xanbaba bəy oğlu Şadlinski (Abbasqulu bəy Şadlinski) 1886-cı ildə anadan olub. 1894-cü ildə anasının köməyi ilə Vedidə iki illik rus-tatar (Azərbaycan) məktəbində oxumuş, lakin maddi çətinlik üzündən təhsilini davam etdirə bilməmişdir.

1918-ci ilin əvvəllərində Naxçıvan, Irəvan, Dərələyəz, Zəngəzur və b. ərazilərdə daşnak-erməni silahlı dəstələrinin azərbaycanlılara qarşı soyqırımlarının baş alıb getdiyi bir şəraitdə xalq içərisində böyük nüfuzu olan Şadlinski Vedidə erməni-daşnak quldur dəstələrinə qarşı könüllü xalq birləşməsi — gələcək "Qırmızı tabor"u təşkil etmişdi.

Hər zaman qəhrəman kimi döyüşlərdə 1918–1919-cu illərin yay aylarında daşnak hərbi hissələrinin Vediyə hücumlarının qarşısının alınmasında böyük şücaət göstərən "Qırmızı tabor"çular sonradan Şadlinskinin əmri ilə nizami daşnak ordusunun üstün qüvvələri qarşısında kəndi döyüşlə tərk etmiş, Vedibasar və Zəngibasar əhalisinin əksər hissəsi ilə Iran ərazisinə keçərək, əvvəlcə Xoy şəhəri yaxınlığında, sonra isə Mərənd şəhəri ətrafında mövqe tutmuşdular.

Naxçıvanda sovet hakimiyyəti elan olunduqdan (1920, 28 iyul) sonra Hərbi Inqilab Komitəsinin dəvətini qəbul edərək, sentyabrın 17-də 200 nəfərlik "Qırmızı tabor" dəstəsi ilə Naxçıvana gəlmişdi; buradakı qırmızı qvardiya döyüşçüləri də onun dəstəsi ilə birləşmişdi. Şadlinski ilk vaxtlar Naxçıvan sərhədlərinin qorunmasına, sonra Zəngəzur istiqamətində öz dəstəsinin daşnak hissələri ilə fəal döyüş əməliyyatlarına başçılıq etmiş, 1921-ci ilin fevralında — aprelin əvvəlində isə Irəvanda daşnak qiyamının yatırılmasında qəhrəmanlıq göstərmişdi. Daşnaklarla döyüşlərdə göstərdikləri şücaətə görə, Şadlinski başda olmaqla, "Qırmızı tabor"un 19 nəfər üzvü Ermənistan SSR-nin "Qırmızı bayraq" ordeni ilə təltif olunmuşdu.

1921-ci ilin yayında Şadlinskinin döyüşçüləri Dərələyəz və Zəngəzurda daşnak quldurlarının darmadağın edilməsində qəhrəmanlıq göstərmişdilər. Ermənistanda və Zəngəzurda daşnak fitnəkarlıqlarına son qoyulduqdan sonra Şadlinski 1922-ci ilin sonunadək Naxçıvanda qalmış və buranın sərhədlərinin qorunmasına rəhbərlik etmişdi.

Bundan sonra Vediyə qayıdan Şadlinski 1922–1928-ci illərdə Ermənistanda bir sıra məsul təsərrüfat vəzifələrində çalışmış, sonra isə burada yaradılan Dəvəli sement zavodu tikintisinin rəhbəri təyin olundu.

1930-cu ilin fevral ayında düşmənləri onu qətlə yetirib.

F.Kərimzadənin "Qarlı aşırım" romanı və onun süjeti əsasında çəkilən "Axırıncı aşırım" bədii filmi Şadlinskinin həyat və fəaliyyətindən bəhs edir. Şadlinskilər nəslinin davamçısı, Tibb Universitetinin professoru Vaqif Şadlinski: "Abasqulu atamın əmisidir. Ermənilər Qərbi Azərbaycanda yaşayan soydaşlarımıza qarşı qırğınlara başlayanda Abasqulu bəyin başçılığı ilə Vedibasarda böyük silahlı dəstə yaradıldı. O, camaatı başına yığıb ermənilərə qarşı mübarizəyə başladı. Abbasqulunun ətrafında, atam Bilas Şadlinski, Nəsrulla bəy Şadlinski, Xəlil bəy, Mehdi bəy, Mirzə Təhmasib var idi. Onlar il yarım ərzində torpaqlarımızı ermənilərdən qoruyublar".

Bilas Şadlinskinin xatirələri

Həmin dövrdə baş vermiş hadisələr Vaqif Şadlinskinin atası Bilas Şadlinskinin xatirələrində geniş yer alır: "1918–1920-ci illər Vedi rayonunda vəziyyət ağırlaşdı. Hər həftə Vediyə daşnakların silahlı basqını olurdu. Abbasqulu bəy Şadlinskinin silahlı mübarizə dəstəsinin müşayiəti altında minlərlə azərbaycanlı ailəsi daşnakların qırğınlarından xilas olub, İrana mühacirət etmişdi. Bizim ailəmiz də Iranın Ərəblər və Çaypara mahallarında bir müddət qaldıqdan sonra Xoy şəhərinə gedib çıxdı. Az sonra atam vəfat etdi".

Dözülməz günlər yaşayan ailənin oğlu Bilas 15–16 yaşlarında Abbasqulu bəy Şadlinskinin silahlı dəstəsinə qoşularaq daşnaklara qarşı döyüşlərdə iştirak edir, qapı-qapı düşüb azərbaycanlı uşaqlarını təhsilə, məktəbə cəlb edirdi.

Şadlinskilər Azərbaycanda maarifləndirmə işinin aparılmasında da mühüm xidmətlər göstəriblər.

1941–45-ci il müharibəsi başlayanda Bilas müəllim Böyük Vedi rayonunun mərkəzində yerləşən məktəbdə direktor işləyirdi. Bilas müəllim böyük bir ziyalı nəslinin yetişməsində əvəzsiz xidmətlər göstərdi. O, bu nəsli Ermənistanda, yerli şovinistlərin təzyiqləri altında yetişdirirdi. Gələcək nəslə dilimizi, dinimizi, tariximizi mənimsətdi, onları erməni fitnəsinə uymağa qoymadı. Bütün bunları isə həyatı bahasına edirdi. 1948-ci ildə ermənilər növbəti dəfə azərbaycanlıların kütləvi deportasiyasına nail oldular və taleyində yurduna, xalqına, soykökünə köçkünlük yazılan B.Şadlinski Qərbi Azərbaycandakı dədə-baba yurdundan Azərbaycana — Şəmkir rayonunun Çinarlı (keçmiş Leninkənd) qəsəbəsinə köçdü. 1948-ci ildən burada pedaqoji fəaliyyətini davam etdirdi. B.Şadlinski ömrü boyu erməni millətçilərinə qarşı mübarizə aparırdı. Bu məqsədlə o, yaşadığı evdə kitabxana təşkil etmiş, burada erməni şovinistlərinin riyakar və hiyləgər əməllərini, azərbaycanlılara qarşı cinayətkar məqsədlərini açıqlayan tarixi sənədlərdən, fotolardan, kitab, qəzet və jurnal materiallarından ibarət muzey-sərgi düzəltmişdi.

Şadlinskilərin digər nümayəndələri — Yunis və Bilman Şadlinskilər də pedaqoji sahədə fəaliyyət göstərərək uzun illər maarifləndirmə işi ilə məşğul olublar. Bu gün isə həmin yolu davam etdirən nəslin davamçısı tibb elmləri doktoru, professor Vaqif Şadlinskinin adı ölkəmizin elm və təhsil işçilərinə, səhiyyə sahəsində çalışanların böyük əksəriyyətinə yaxşı tanışdır. Onun adı ölkənin tanınmış ziyalıları sırasında çəkilir.[1]

Soyun tanınmış nümayəndələri

İstinadlar

Mənbə

  • Mehparə Sultanova, Şadlinskilər, Mədəniyyət.- 2010.- 28 may.- S. 9.
  • Ələkbərli, Əziz, Abbasquli bəy Şadlinski, Bakı, "Sabah", 1996.
  • Əsgər Zeynalov, İrəvan ziyalıları,Bakı, 1999.səh.

Həmçinin bax

This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.