Şadlı eli
Şadlı eli — Azərbaycan xalqının tarixində önəmli rol oynamış qurumlardan biridir. Soy-kökü haqqında müxtəlif mülahizələr var. Bəzi tarixçilər bu eli türk, bəziləri isə kürd əsilli sayırlar.
Tarixi
Prof. F. Cəlilov qeyd edir ki, Şadılı tayfalarından bəhs edən tarixi qaynaqlar həm məkan, həm də zaman baxımından olduqca genişdir. Belə ki, ilk dəfə şumer mətnində şad sözü, Asur və Urartu qaynağında görünən şad, şadılı sözləri məkan baxımından Urmu gölü hövzəsi və İrəvan mahalına aiddirsə, sonrakı tarixi mənbələrdə şad sözünə Orxon abidələrində və Çin qaynaqlarında rast gəlmək olur.[1] Monqol baş komandanının 1221-ci ildə Yantszı (müasir Pekin) qərargahına gələn Çjao Xun adlı çin elçisinin "Monqol-tatarların bütöv təsviri" (Men-da Bey-lu) adlı əsəri bu cümlələrlə başlanır:
"Tatarlar ilk dəfə kidan torpaqlarının quzey-batısında yerləşən ərazilərdə yüksəldilər. Tatarlar şato budun konfederasiyasından qopan ayrıca boylardır. Bu səbəbdən bir neçə nəsil ərzində (onlar barədə) məlumat yox idi. Onlar üç qoldur: qara, ağ və qaba tatarlar"
— Mенда Бейлу. M. 1975, səh 45.
Çin mənbələrində Dəmirçi (Temuçin) ləqəbi ilə tanıdılan Çingiz xanın da qaratatar soyundan olduğu göstərilir. Ağ tatarlar isə Azərbaycanın digər bölgələrində olduğu kimi, İrəvan mahalında da şad, ağ hun və başqa boylarla ilgili iz qoymuşlar.
Miladdan sonra VII əsrdə Fərqanədə əski Usunların ərazisində yaşayan Şato tayfaları bir əsr sonra artıq Yanmin əyalətini tutaraq Barkul gölü ətrafında yerləşmiş, daha sonralar Şensi, Qansu və Şansi əyalətlərinə köçmüş, sonrakı əsrlərdə isə Quzey Çini zəbt etmişlər [2]. Vaxtilə qədim Azərbaycan torpaqlarından Türkistana köç edən şad (şato) tayfalarının artıq X əsrdə Çinin quzeyində müstəqil bəyliyi olmuşdur.
Orta əsrlərdə Quzey və Güney Qafqazda şadılı və şatırlı tayfalarının varlığı və Osmanlı dönəmində şatırlı əşirətinin Karaman və Aydın sancağında da yaşadığı məlumdur. Vedibasar bölgəsində şadılı boyunun tarixi çox qədm çağlara aiddir. Urmu hövzəsində isə şatırlı tayfalarının tarixi miladdan öncə VIII əsrə aiddir. Belə ki, Şatir-araqa (Şatiraraya da oxunur) və Şatiru adlı bölgələr barədə e.ə. 777-ci və 780-ci illərə aid urartu dilində yazılmış tarixi qaynaqlar vardır. Həmin ərazilərdə Şattera adlı bölgəni isə eyni əsrə aid asur qaynağı da təsdiq edir [3].
Şadılı, Şatırlı tayfalarının adı qədim şadlı boyu ilə bağlıdır, şadlı sözü isə qədim türk dilində titul bildirən şad sözündən yaranmışdır. Bu titulu qədim çağlarda türk dövlətində bölgə, qoşun başçısı və canişin olan, hökmdar oğlu daşıyırdı. Elə ki, şahzadə bölgə və qoşun başçısı təyin olundu, onun adına şad titulu qoşulurdu. Orxon abidələrində belə cümlələr var:
1) İki oğluma yabğu (və) şad adı verdim.
2) Yeddi yüz kişini (döyüşə) aparanın böyüyü Şad
idi.
3) Arxasınca şadapit bəylər [4].
Tarixdə belə adverməni İrəvan mahalında görürük. Miladdan öncə VIII-VII əsrlərdə bütöv İrəvan mahalını da sınırları içinə alan Quzey və güney Azərbaycan torpaqlarında at oynadan və İrəvanın yaxınlığındakı Qəmərlidə izi qalan qədim saqa – qamər tayfalarının hücumundan qorxan Asur çarı Aşşurbanipalın VII əsrin ortalarında Marduk tanrıya həsr etdiyi mətndə deyilir:
"Mən (Tuqdammenin) gücünü dağıdacağam, öz belindən gələn və ona varis təyin edilən oğlu Sandakşatrunu yenəcəyəm."[5]
Qamər elbəyi Tuğdamlı varisi olan oğlunu şad titulu ilə görəvləndirmiş, asur mirzəsi də onu Sandak-Şat (ru) kimi qələmə almışdır. Sandak sözü isə bizə səlcuq sultanı Alp Arslanın türkmən atlı qüvvələrinə 1068 – ci ildə komandan olan Sandak bəyin adından tanışdır. Bu asur olayından min il sonra Xəzər xaqanlarının Ərməniyyə üzərinə göndərdiyi qoşunların başında biz yenə də Şad titullu xaqan oğullarını görünür.
Miladdan öncə XIII əsrdə Dəclə sahilində Urraxinaş (Urratinaş) ölkəsi çarının oğlu da (Şadi-Teşub) adı daşıyırdı [6]. Qədim türklərlə bağlı şad titulu şumer mətnində də vardır. Şumerli elçinin sarayda Aratta elbəyinin Şatammu ilə gənəşdiyi barədə verdiyi məlumat III minilin son rübünə aid olduğu üçün şad sözünün ən qədim nümunəsi hesab olunur. Assur – Urartu mətnləri isə I minildə qeydə aldıqları şad titulu və şad, şadlı tayfalarından bəhs edir. Bu qaynaqlarda adı keçən Pirişati m.ö. 820 – ci ildə qızıl tayfalarının yaşadığı Qızılbund bölgəsinin bəyidir. "Mucmil at – tavarix" əsərində onun adaşı Pirşad isə Feridunun vəziridir.
Elin dili
1-Azərbaycanca 2-Kürdcə 3-Türkcə 4-Farsca 5-Dərsimcə (zazaca) danışan şadlılar var. Şadılıların Anadoluya gələn ən büyük qrupu Bingöl elinə bağlı Kiği elçəsinə Gırı Qakvin ətəklərinə dolanmış və bu yerdə yerləşməyə çalışmışlar. Bu dəfə də o bölgəyə o tarixdə hakim olan erməni hücumuna uğramış və el rəisləri Bağın qalasında zindana atılmışdılar. Ancaq o tarixlərdə o bölgəyə yaxın və bu gündə Elazığ eli Karakoçan elçəsinə bağlı Dəlikan kəndini quran və yerləşən Seyid Nuri Camaləddin (xalq arasında Camal Abdal olaraq bilinən zat) tərəfindən qurtarılan Şadılılar Camal Abdala iqrar verib talibi-ziyarətçisi olmuşdular.
Şadılılarla ilgili bilgilərdə bunların Anadoludaki ən büyük el boyların olduqlari və Türkiyənin bir çox elinə dağılmışlar.
Anadoludakı Şadili elinin tarixçəsi
Artıq Kiği bölgəsinə yerləşməsində əngəl qalmayan şadılılar bu bölgədə bir çox yerləşim birimi qurub buraya yerləşmişlər, bu yerləşim birimlərindən biridə Bilican kəndidir. Daha sonraları bu yörədən ayrılıb başqa yörələrə gedən xalqa da Bilicanlılar deyilmişdir. Əsasən bu insanlar bir-birinə bağlı Şahdili eli qolundandırlar. Şahdililrin Seyid Nuri Camaləddinə iqrar vermələri də kəndilərini möcizatı ilə Bağın zindanlarından qurtarmaları səbəbiylədir o tarixdən bu yana Şadılılar Camal Abdala biat edib talib olmuşdılar.
Bu bilgilər tamamən Seyid Camal {Camal Abdalın} səcərəsinə dayalıdır. Bu səcərə Camal Abdal ın türbəsinin və ocaq evinin olduğu Dəlikanda kəndidədir. Həmin səcərə Səlcuqlu İmperatoru Əlaaddin Keyqubad tərəfindən da tuğrası ilə möhrlənərək təsdiq edilmişdir.
Bilicanlılar daha sonraları çeşitli nədənlərlə bir qisim xalq Bilican kəndindən köç edərək başqa bölgələrə gidip yərləşmişlərdir Karayaprak köyüdə bunun bir örnəğidir.
Anadolu Ələvi ocaklarının Xorasandan gəliş yollarının Sürməli Çuxur-Araz boyları olduğu kəsinləşir.
Bu şu deməkdir ki, Malazgiritdən öncə Şadılılar Anadoluya gəlmişlərdir. Şadılı kəndləri bu gün Anadoluda olanları aşağı yuxarı bunlardır: Tuncəli-Malazgirtdə Muhundu, Canik, Kırzi, Dırban, Hivədan, İsnis kəndləri, Ərzincan-Ilıç’ta Kırzi köyü Tərcan’da Kəşan komu,Sivas-Kangal’da Yəllicə köyü,Varto bölgəsində Şahdəli adıyla tanınan bir elin Şadılı kökənindən olduğu və Ələvi inancında bulunduğu bölgə tarihində anlatılmaktadır.
Elazığ, Tuncəli, Bingöl və Diyarbakır bölgələrində isə Kubathan, Okçiyan, Kimsoran, Cunan, Zimtək oymaqları və doğrudan doğruya Şadılı adını taşıyan bir oymak vardır. Bu son oymak Kiğıya bağlı Yazıcıoğullarının korumasında 60 kəndlik bir yerləşim durumundadır.
Azərbaycan Şadılılarının bir kəsimi daha sonraları Irak bölgəsinə gitmişlər və oralarda yərləşmişlərdir. İrak Səlçuklularının ünlü atabəki Səlahaddin Əyubi də bu soydandır.
Ancak Səlahəddin Əyyubinin aslında bu oymağın qurucusu Şadinin deyil də daha sonraki Şadinin torunu olduğu da tarihlər nədəniylədə kəsindir.
Şadilərin bağli olduğu Pir Camal Abdal həzrətləri türbəsi
Səlcuqlu dönəmində 1160-1230-cu illər arasında yaşadığı təxmin edilməktədir. Pir Camal Abdal Orta Asyadan Anadoluya gələn Yəsəvi şeyxlərindən biridir. Anlatılan rəvayətlərə görə Mövlanə Cəlaləddin Ruminin babası Bahaəddin Vələd lə birliktə Bəlh yörəsindən kalkarak öncə Ərzincan'a daha sonra, Pir Camal Abdalla eyni oymakdan olan Okçu Yusuf və qardaşları Həmzə, Bahadır, Çakabəy, Kızıl və Şəvti ilə birlikdə bugünkü Okçular kəndinə gəldiyi və buraya yerləşmələrinə isə Sultan Əlaaddin Keyqubadın aracılık etdiyi, razılıq verdiyi söylənir. Pir Camal Abdalın Üçbudak kəndindəki ev qalıntısından qalan izlərə hələ rast gəlmək mümkündür.(Osmanlı, sonra da Türkiyə dövlətınin qaynaqlarına görə) Karakoçan elçəsinin şimal şərqindəə olan Üçbudak kəndində dəfn edilib. Məzarı son illərdə mərmər bir sənduqə içinə qoyulub. Bu mərmər sənquqənin ətrafı dəmir bir qəfəslə hasarlanıb.
Camal Abdal Ocağı Elazığ Karakoçanda Madran ilə Dəlikan kəndlərinin arasında qərar tutur.( Ələvi qaynaqlarına görə) İki türbə vardır. Büyük Camal Abdal və Küçük Camal Abdal türbələri. Şadılı elinin bir bölümü bu ocağın ziyarətçisidir. Camal Abdal Ocağı Dədələrinin mürşidləri isə Ağuiçən Ocağı Dədələridir. Tunceli ili Mazgirt elçəsində olan Qızılqala kəndində də bu ocağa mənsub Dədə ailələri yaşayır. Camal Abdal, Dərviş Camal və Seyyid Nuri Camaləddinin eyni olduğu olduğu ifadə edilməkdədir.
İstinadlar
- F. Cəlilov – Azər xalqı, II nəşri, Bakı, 2006, səh 66
- Mенда Бейлу. M. 1975, səh 49
- Н.В.Арутюнян, Топонимика Урарту, Ереван, 1985, səh 240 – 241
- DTS, səh 519
- АВИИУ – И.M.Дьяконов. Ассиро-Вавилонские источники по истории Урарту. "Вестник Древней Истории", №2-3, 1951, səh №78.
- АВИИУ – И.M.Дьяконов. Ассиро Вавилонские источники по истории Урарту. "Вестник Древней Истории", №2-3, 1951, səh 10