Şadiyə Müvəddət Qadınəfəndi
Şadiyə Müvəddət Qadınəfəndi (12 oktyabr 1893, Adapazarı[d], Osmanlı imperiyası – 1951) — son Osmanlı sultanı VI Mehmed Vahidəddinin üçüncü xanımı.
Şadiyə Müvəddət Qadınəfəndi | |
---|---|
وداعا عشيقة | |
Şəxsi məlumatlar | |
Doğum adı | شاديه چيخچى |
Doğum tarixi | |
Doğum yeri |
|
Vəfat tarixi | |
Fəaliyyəti | Əsilzadəlik |
Həyat yoldaşları |
VI Mehmed Şakir bəy Əminpaşazadə |
Uşağı | Mehmed Ərtoğrul Əfəndi |
Ailəsi | Osmanlı sülaləsi |
Dini | Sünni, İslam |
Həyatı
Kiçik yaşlarında olan Müvəddət xanım Şahzadə Vahidəddinin xəzinədarı olan xalası Həbibə xanımın vasitəsilə Çəngəlköy sarayına alınmış, burada saray təhsili almışdır. Sarayda xidmət edərkən Şahzadə Vahidəddinin nəzərini cəlb etmiş, 24 aprel 1911 tarixində onun üçüncü xanımı olaraq evlənmişdir. Bir il sonra sultanın yeganə oğlu olan Şahzadə Mehmed Ərtoğrul Əfəndini dünyaya gətirmişdir. Sultan Vahidəddin taxta çıxdıqdan sonra isə Şadiyə Müvəddət xanım sultanın ikinci qadınəfəndisi elan edildi.
1922-ci ildə Sultan Vahidəddin taxtdan endirilərək sürgün edilmiş, Şadiyə xanım da onunla birlikdə İtaliyadakı San-Remo qəsəbəsinə getmişdir. Burada böyük bir köşkdə yaşayan Şadiyə xanım 1926-cı ildə ərinin vəfatının ardından İsgəndəriyyəyə köçdü və burada 2 may 1932-ci ildə Şakir bəy Əminpaşazadə ilə evləndi. Ancaq bu evlilik 28 fevral 1936 tarixinədək davam etdi. 1944-cü ildə oğlunun vəfatının ardından İstanbula qayıtmaq istədi və davam edən müzakirələrin ardından 1948-ci ildə vətənə qayıtmaq üçün xüsusi icazə aldı. Ancaq çox keçmədən 1951-ci ildə İstanbulun Çəngəlköy rayonunda vəfat etdi və burada dəfn olundu.
Övladları
- Mehmed Ərtoğrul Əfəndi (d. 5 oktyabr 1912 — ö. 2 iyul 1944)
Mənbə
- Günay Günaydın (2006). Haremin son gülleri. Mevsimsiz Yayınları. ISBN 978-9944-987-03-5
- Bir Çerkes prensesinin harem hatıraları. L & M. 2004. ISBN 978-975-6491-31-7