Şağan qalası
Şağan qalası — Şağan qəsəbəsində yerləşən XII-XIII əsrlərə aid Abşeron qalalarından biri[1]. 1841-ci ildə baş vermiş güclü zəlzələnin nəticəsində qalanın çox hissəsi dağılıb. Hazırda yalnız bir bürcü salamatdır.[2]
Şağan qalası | |
---|---|
40°29′51″ şm. e. 50°07′45″ ş. u. | |
Ölkə | Azərbaycan |
Şəhər | Bakı |
Yerləşir | Şağan |
Aidiyyatı | Şirvanşahlar dövləti |
Tikilmə tarixi | XII-XIII əsrlər |
Üslubu | Şirvan-Abşeron memarlıq məktəbi |
Material | kirəc daşı |
Vəziyyəti | xarabalıqları qalıb |
UNESCO Ehtiyat Siyahısı | |
Rəsmi adı: The Caspian Shore Defensive Constructions | |
Tipi | Mədəni |
Təyin edilib | 2001 |
İstinad nöm. | 1573 |
Dövlət | Azərbaycan |
Region | Avropa |
İstinad nöm. | 94 |
Kateqoriya | Qala |
Əhəmiyyəti | Ölkə əhəmiyyətli |
|
|
Vikianbarda əlaqəli mediafayllar |
Qala Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2 avqust 2001-ci ildə verdiyi 132 nömrəli qərar ilə ölkə əhəmiyyətli daşınmaz tarix və mədəniyyət abidələrinin siyahısına salınıb.[3]
2001-ci ildə Şağan qalası digər Xəzəryanı müdafiə qurğuları ilə birlikdə UNESCO-nun Ehtiyat siyahısına daxil edilmişdir.[4]
Qalanın tarixi
Şağan qalası XII-XIII əsrlərdə tikilib[5][6]. Abşerondakı digər qalalar kimi ağ daşdan tikilən qalanın hazırda 24 metr hündürlüyündəki bir bürcü salamat qalıb. Abidənin dağılmasına əsas səbəb kimi 1841-ci ildə baş vermiş güclü zəlzələ göstərilir. Bu zəlzələ nəticəsində Şağan qalasına yaxın yerləşən Maştağa qalası tamamilə dağılıb. Uzun müddət dağıntı halında qalda yalnız 2014-cü ildə bərpa-bərkitmə işləri görülüb[7]. Təmir işləri zamanı qalanın iki daş hasarının bünövrələri və bir neçə quyu aşkar edilib. Şağan qalası da Abşeronun digər qalaları kimi yeraltı yollara sahibdir. Qalanın içərisində ilk baxışda quyunu xatırladan yeraltı yol vaxtilə Mərdəkan qalalarına aparıb. Qala qəsəbənin hündür yerində inşa edildiyi üçün üstündən dənizin sahilini və Mərdəkan qəsəbəsini müşahidə etmək mümkündür[2].
Həmçinin bax
İstinadlar
- Davud Axundov. Архитектура древнего и раннесредневекового Азербайджана (PDF). Bakı: Azərnəşr. 1986. səh. 134. 2017-09-10 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2022-09-27.
- "Müharibə, zəlzələ... və daşları daşınan Şağan qalası" (az.). trend.az. December 10, 2017. October 18, 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: September 27, 2022.
- "Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 2 avqust Tarixli 132 nömrəli qərarı ilə təsdiq edilmişdir" (PDF) (az.). mct.gov.az. 2 avqust 2001. 7 iyul 2021 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 27 sentyabr 2022.
- Centre, UNESCO World Heritage. "The Caspian Shore Defensive Constructions". UNESCO World Heritage Centre (ingilis). unesco.org. 2019-11-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 27 sentyabr 2022.
- "Dəniz qoxulu Şağan hekayəti..." (az.). Azadlıq. November 25, 2013. January 17, 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: September 28, 2022.
- İradə Sarıyeva. "Tariximizin memarlıq abidələri – qalalar" (az.). Bakı xəbər. October 2, 2014. May 15, 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: September 28, 2022.
- Orxan Əzim. "Tarixi Şağan qalası" (az.). report.az. January 7, 2015. May 12, 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: September 28, 2022.