Şəvkət Çoruh

Şəvkət Çoruh (30 iyun 1973, İstanbul) — 2006-cı ildən Arxa Küçələr adlı serialdakı Məsud rolu ilə tanınır. İstanbuldakı Ata Səhnənin qurucusudur.

Şəvkət Çoruh
türk. Şevket Çoruh
Doğum tarixi 30 iyun 1973(1973-06-30) (50 yaş)
Doğum yeri
Milliyyəti Türkiyəli
Vətəndaşlığı
Həyat yoldaşı

Günay Karacaoğlu (1993 — 2003)

Özge Turna (2017—h.h.)
Uşağı 2
Fəaliyyəti aktyor
Fəaliyyət illəri 1996—h.h.
Boyu 1.83 m
Çəkisi 85 kq
IMDb ID1281872
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Həyatı

Şəvkət Çoruh 1973-cü ildə İstanbulda dünyaya gəlib. 93 Hərbi sonunda Ardanuçun Anaçlı kəndindən İstanbula köç edərək hal-hazırda Ömərli Barajı suları altında qalmış olan Muradlı kəndinə yerləşmiş Artvinli bir ailənin tək uşağıdır. Anası dərzi, atası avtobus sürücüsü idi.

İlk təhsilini Üsküdarda Daşməktəb məktəbində tamamlayan Çoruh 14 yaşından 24 yaşına qədər Maltəpədə yaşayıb. Orta təhsilini Qartal Anadolu Məktəbində tamamlayıb. Məktəbdən məzun olduqdan sonra Müjdat Gəzən Sənət Mərkəzində teatr təhsili alıb.

1989-cu ildən bəri müxtəlif teatr oyunlarında rol alıb. Adını bir internet firmasının reklamında oynadığı "Kokoreççi" yazaraq duyurdu. Broadway keçmişində səhnələnən ən uzun tək nəfərlik oyun olaraq rekordlar kitabına girmiş Caveman (Mağara Adamı) adlı komediya Türkiyədə səhnələndi.

2006-cı ildən bu ilə qədər Arxa Küçələr adlı serialda oynayır. Serialda "Məsud" rolu ilə və kinoteatrda Eğreti Gelin, Usta filmləri və İnşaat ilə Çaqallarla Rəqs kimi film seriyasında aktyorluğu ilə tanınıb.

Çoruh 3 aprel 2017-ci ildə öz maddi dəstəyi ilə İstanbul Kadıköydə Ata Səhnə adını verdiyi teatrı açdı. Teatrın açılışında 8 mart 2021 tarixində həyatını itirən Rasim Öztəkin Türk teatrında tuluat simgəsi sayılan və özünə Münir Özkulun yerini verdiyi İsmail Dümbüllünün fesini Çoruha təhvil verdi.

2017də Ata Səhnədə səhnələnən "Bir Ata Hamlet" adlı Hamlet uyğunlaşdırılmasında rol yoldaşı Murad Ağqoyunlu ilə birlikdə "Teatr Jurnalı Əmək və Qələbə Mükafatları 2018də Komediya/Musiqili növündə Ən Yaxşı Kişi Aktyor Mükafatında dəyər verildi; 22. Afifə Jalə Mükafatlarında Haldun Dormen Özəl Mükafatını aldı.

Özəl həyatı

1993-cü ildə aktyor Günay Karacaoğlu ilə evləndi. 2003-cü ildə ayrıldı və 2017-ci il də Özgə Turna ilə evləndi. İlk evliliyindən Gülənay, ikinci evliliyindən Turna adlı bir qızı var.

Filmoqrafiya

İstinadlar

    This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.