Şərur hadisələri

Şərur hadisələri — 28 avqust 1994-cü ildə, Naxçıvan Muxtar Respublikasının Şərur şəhərində Azərbaycan polisi ilə Azərbaycan Xalq Cəbhəsinin (AXC) silahlı dəstələri arasında toqquşma. Toqquşma Azərbaycan Xalq Cəbhəsinin siyasi fəaliyyəti ilə bağlı idi.

Şərur hadisələri
Tarix 28 avqust 1994
Yeri Şərur, Naxçıvan Muxtar Respublikası, Azərbaycan
Səbəbi Azərbaycan Xalq Cəbhəsinin siyasi fəaliyyəti
Nəticəsi Azərbaycan hökumətinin qələbəsi
Münaqişə tərəfləri

AXC

Azərbaycan hökuməti

Komandan(lar)

Şahmərdan Cəfərov

Heydər Əliyev
Namiq Həsənov
Ramil Usubov

İtkilər

21–26 nəfər həbs edilmişdir

1 nəfər polis əməkdaşı həlak olmuş, 1-i ağır yaralanmışdır

    Nəticə

    İstintaq zamanı "Şərur işi" üzrə təqsirləndirilən şəxslərin Naxçıvan polis təcridxanasında işgəncələrə və kobud rəftarlara məruz qaldıqları iddia olunmuşdur. İlkin istintaq və məhkəmə icazə verilən doqquz ay yox, 17 ay davam etmişdir.[1] Azərbaycanlı deputat və AXC fəalı Şahmərdan Cəfərov hökumət qüvvələri tərəfindən tərksilah edilən qanunsuz silahlı birləşmənin başçısı idi.[2] Bu birləşmənin 20-dən çox insan həbs edilmiş (bəzi mənbələrə görə 21,[3] bəzilərinə görə 26 nəfər),[4] lakin Şahmərdan Cəfərov həmin vaxt həbsdən yayınmışdır. 1995-ci ilin mayında parlament onun deputat toxunulmazlığının ləğvi üçün səs vermiş və o, növbəti ay polis tərəfindən saxlanılmışdır.[2] Həmin ilin dekabrında artıq parlamentdə Şahmərdanın həbs olunmasıyla bağlı fikirlər səsləndirilməyə başlanmışdır. 18 may 1995-ci ildə spiker səviyyəsində bu məsələ gündəliyə gətirilmişdir. Təklif bir neçə dəfə səsə qoyulsa da, səs çoxluğu alınmırdı.[5] O, 29 iyun 1995-ci ildə öldürülmüşdür.[6]

    İstinadlar

    1. "Cases of alleged political prisoners in Armenia and Azerbaijan". Avropa Şurası (ingilis). 24 oktyabr 2001. 2022-08-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 26 avqust 2022.
    2. "AZERBAIJAN: Allegations of ill-treatment in detention" (PDF). Amnesty International (ingilis). yanvar 1996. 2022-08-13 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 26 avqust 2022.
    3. "Report on fact-finding mission til Azerbaijan Former OPON forces in Azerbaijan, etc. 27 Januar to 1 Februar 2002" (PDF). Danimarka İmmiqrasiya Xidməti (ingilis). 1 fevral 2022. 2022-08-28 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 28 avqust 2022.
    4. "Prisonniers politiques en Azerbaïdjan". Avropa Şurası Parlament Assambleyası (fransız). 11 yanvar 2022. 2021-10-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 28 avqust 2022.
    5. Əkrəmoğlu, Yafəz. ""Şahmərdan Elçibəyə xəyanət edə bilməzdi"". Azadlıq qəzeti (az.). 23 iyul 2011. 2022-08-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 26 avqust 2022.
    6. "ŞAHMƏRDAN CƏFƏROVUN MÜƏMMALI QƏTLİNDƏN 16 İL ÖTÜR". Müsavat qəzeti (az.). 26 iyul 2011. 2022-08-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-08-26.
    This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.