Şərqi Sibir
Şərqi Sibir — Sibirin şərq hissəsi, Asiyanın şimal-şərqini əhatə edir. Rusiyanın Yenisey çayından Sakit okean sahillərinə qədərki əraziləri anlamışda işlədilir. Şərqi-Sibir iqtisadi rayonuna daxildir.
Coğrafiyası
Sahəsi — 7,2 milyon km²[1]. Böyük hissəsinin Orta Sibir yaylası əhatə edir. Şimal tundra əraziləri, cənub və şərq hissəsində yüksək dağlıq sahələr yayılmışdır. Burada Qərbi Sayan və Şərqi Sayan silsilələri, Zabaykal, Bırranqa və Yana-Kolıma dağları yerləşir. Şərqi Sibirdən Rusiyanın ən iri çayları olan Yenisey və Lena çayı axır.
Şərqi Sibir ərazisində Krasnoyarsk diyarı, Zabaykal diyarı, İrkutsk vilayəti, Buryatiya, Tuva, Saxa kimi vilayətlər yerləşir. Ən iri şəhərləri: Krasnoyarsk İrkutsk, Ulan-Ude, Çita, Yakutsk, Anqarsk, Bratsk, Norilsk, Açinsk.
Şərqi Sibir demək olar ki, başdan-başa Tayqa meşələri ilə örtülmüşdür. Şimal hissələri tundra-meşə sahələri təşkil edir. Burada meşə bitkilərinin hündürlüyü 1 metri keçmir. Meşənin cənub sərhədi Monqolustan sərhədinə qədər uzanır. Tayqa meşələri Şərqi Sibirin 5 milyon km² ərazisini əhatə edir. Bunun isə 3 455 min km² sahəsi iynə yarpaqlı meşələr ilə örtülmüşdür.
Şimal hissələrinə görə cənubu nisbətən dağlıq və sərbəst keçilmə şəraitinə malikdir. Tundra zonasında bataqlamış sahələr səbəbindən Tayqa ərazisinə keçmək çətinlik törədir. Bununla belə Qərbi Sibirə nisbətdə ərazisi əlverişlidir.
Coğrafiyası
Dənizləri — Laptevlər dənizi, Şərqi Sibir dənizi və Kara dənizi.
İri gölləri — Baykal, Taymır gölü, Xantay gölü, Lama gölü, Prasino gölü.
İri çayları — Yenisey, Lena çayı, Vilyoy çayı, Selenqa çayı, Olyokma, Anqara, Aldan çayı, Vitim, Kolıma çayı, İndiqirka, Yana, Aşağı Tunqus, Xatanqa çayı və b. Bürün çayların uzunluğu 700 min km² keçir. Çayların çoxu şimala istiqamətlənir və Şimal Buzlu okeana axır. Sakit okeana axan çayları isə bunlardır: İnqoda, Şilka, Arqun, Onon.
İqlimi
Şərqi Sibir kontinental iqlimə malikdir. Rusiyanın qərb hissəsinə nisbətdə yağıntı az düşür. Ərazi çox illik qrunt buzları ilə örtülmüşdür.
Qışı sərt soyuq və şaxtalı olur. Yayda isə isti və rütubətli olası ilə seçilir. İllik amplitut 40–65°, Yakutiya ərazisində isə hətta 100° ola bilir.
Qoruqları
- Barquzin qoruğu — 1916-cı ildə yaradılmışdır.
- Lena dirəkləri təbiət parkı — UNESCO-nun Ümumdünya irsi siyahısına saxil edilmişdir.
- Baykal qoruğu
- Olemsk qoruğu — Saxa 1984-ci ildə yaradılmışdır.
- Tunqus qoruğu — 1995 ildə Tunqus meteoritinin düşdüyü yerdə yaradılmışdır.
- Ust-Lena qoruğu — 1985 ildə yaradılmışdır.
Ehtiyyatları
Şərqi Sibirdə Rusiyanın malik olduğu meşə ehtiyatlarının yarısına sahibdir. Burada əsasən: Qara şam, Meşə şamı, Küknar, Sibir sidrağacı, Ağ şam yayılmışdır
Burada Rusiyanın sahib olduğu Daş kömür və qonur kömür ehtiyatının 80 % burada cəmləşmişdur. Burada Dəmir filizi əsasən Korşunova və Abakan, mis-nikel isə Norilskdə[2], polimetal Altayda, Boksit isə Şərqi Sayanda çıxarılır.
Bura hələ yaxın keçmişdən məlum olan Bodaybinskoye qızıl yatağı vardır[3]. Krasnoyarsk diyarı ərazisində zəngin Neft yatağı vardır[4]. Burada həmcinin qeyri metallar qrafit tikinti matirialları və duz çıxarılır. Üstəlik Saxa ərazisində zəngin Almaz yatağı vardır.
İstinadlar
- "Şərqi Sibir". 2015-04-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-11-25.
- "Arxivlənmiş surət". 2009-04-22 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2015-11-25.
-
- Красноярский край потратит на развитие инфраструктуры Северо-Енисейского района 15 млрд рублей Arxivləşdirilib 2013-10-21 at the Wayback Machine
- YARSK.RU, 20.08.2007 — Месторождение золота в Красноярском крае, открытое в 1912 году, выставлено на торги Arxivləşdirilib 2014-11-29 at the Wayback Machine
- "Полюс Золото" планирует инвестировать в 2011–2020 гг $8,7 млрд | Вклады/Кредиты — ИнвестГУРУ