Şərqi Bəyazid

Şərqi Bəyazid (türk. Doğubayazıt) — Ağrı ilinin ilçəsi. Avropa E-yolu Anadolunun şərqindəki E80 tranzit yolunda qurulmuşdur. Mərkəzi rayondan 93 km şərqdə, İrandan isə 35 km məsafədə yerləşir. İlçə əraziləri ümumiyyətlə təpəli və kələ-kötürdür. Lakin, ilçə mərkəzi düzənlikdə qurulmuşdur. Ağrının ən qədim, tarixi və inkişaf etmiş bir bölgəsidir. Adını daşıyan düzənliyin cənub şərqində qurulmuşdur.[1]

Şərqi Bəyazid
Doğubayazıt
39°33′ şm. e. 44°05′ ş. u.
Ölkə
Tarixi və coğrafiyası
Mərkəzin hündürlüyü 1.625 m
Əhalisi
Əhalisi
  • 121.263 nəf. (2018)
Rəqəmsal identifikatorlar
Poçt indeksi 04×××
Şərqi Bəyazid xəritədə
Şərqi Bəyazid
Şərqi Bəyazid
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Tarixçə

Ağrı tarixi ilə əlaqəli "Ağrı tarixi" olaraq adlandırılan isim əslində uzun müddət şəhər mərkəzi olan Şərqi Bəyazid ilçəsinin tarixidir. Şərqi Bəyazidin İran sərhədində Türkiyə-İran tranzit yolunun keçid nöqtəsində olması, tarixi baxımdan buranın əhəmiyyətini artırmışdır. İlçə zəngin tarixə malikdir. Köhnə Bəyaziddə və qalada Urartu türbələrinin mövcudluğu şəhərin tarixini çox qədimlərə söykənməsinin sübutudur. Şərqi Bəyazidin ilk qurulduğu yer Yuxarı Bəyaziddə yerləşən köhnə qaladır. Qala Trabzon yol marşrutu üzərində gömrük mərkəzi olaraq davamlı inkişaf təmin etmişdir. Bəyazid qalasının hər dövrdən izləri var. Urartular Vandan Alagöz dağlarına və Göyçə gölünə uzandıqları üçün Bayazıt uzun müddət onların hakimiyyəti altında qaldı. 625-ci ildə Araz çayı sahillərinə gələn Xəzər türkləri tərəfindən ələ keçirildi.[2]

Coğrafiya

Şərqdə İran, cənubda İran və Van (MuradiyyəÇaldıran ilçələri), qərbdə DiyadinDaşlıçay, şimalda Duzluca, İğdırAralıq ilə həmsərhəddir. Düşmən işğalından qurtuluş günü 14 apreldir. Rayon əraziləri düzən və vulkanik kütlələrdən ibarətdir. Büyük Ağrı dağı (5,137 m) Kiçik Ağrı dağı (3,896 m) Qala təpə (3.196 m) Arı dağ (2.934 m) Təndürək dağı (3533 m) və Göllər təpəsi (2.633 m) Şərqi Bəyazid ilçəsinin ən əhəmiyyətli yüksəklikləridir. Dağların yüksək hissələri və ətəkləri geniş yaylı ərazilərdir.[3]

Şərqi Bəyazid düzənliyi və bu düzənliyin uzantısı olan Sarısu vadisi, Masun və Sürbahan çölləri, ilçənin əhəmiyyətli düzənliklərdir. Düzənliklər yüksək dağlarla əhatə olunmuşdur. Bu düzənliklərdə əkinçilik və bostançılıq aparılır, uyğun yerdə tərəvəz və meyvələr əkilir. Bəzi yerlərdə çəmənlik otları üçün tədarük edilir.

Qaya və parazitar təpələrin yerdən-yerə göründüyü düzənliyin bir hissəsi kələ-kötürdür, yamaclarda və düzənlikdə eroziya yüksəkdir. Ağrı dağının ətəyində kollar olsa da, rayonda meşəlik ərazilər demək olar ki heç yoxdur. Şəhər mərkəzi və kəndlər ağac baxımından zəifdir. Ağrı dağın ətəyində geniş qamışlar böyüyür.

İqtisadiyyat

İlçənin iqtisadiyyatı heyvandarlığa, sərhəd ticarəti, ticarət və kənd təsərrüfatına əsaslanır. Son illərdə ticarət və xarici ticarət inkişaf etdikcə şəhər daim böyüyür və inkişaf edir. Bununla birlikdə, yaşayış, iş yeri, otel, əyləncə yerləri, ticarət malları və neft nəqliyyatı da artır.

Mədəniyyət

Şərqi Bəyazid təbii gözəlliklər və tarixi binalarla zəngindir.[4]

İstinadlar

  1. "Doğubeyazıt Gezi Rehberi". Gezimanya (türk). 28 January 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 8 may 2020.
  2. "İshak Paşa Sarayı hakkında bilmeniz gereken her şey". CNN Türk (türk). 5 July 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 8 may 2020.
  3. "Doğubayazıt Hakkında Her Şey". https://www.agridahaber.com/ (türk). 23 January 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: 8 may 2020.
  4. Uslu, Melih. "Doğubayazıt'a gitmek için 10 neden". www.hurriyet.com.tr (türk). 29 January 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 8 may 2020.

Xarici keçidlər

Həmçinin bax

This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.