Şərqi Avropa kirpisi
Şərqi Avropa kirpisi (lat. Erinaceus concolor) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin həşəratyeyənlər dəstəsinin kirpilər fəsiləsinin meşə kirpisi cinsinə aid heyvan növü. Adi kirpinin ən yaxın növ sayılır.
Şərqi Avropa kirpisi | ||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|
Elmi təsnifat | ||||||||||
Domen: Ranqsız: Amorphea Ranqsız: Obazoa Ranqsız: Opisthokonta Ranqsız: Holozoa Ranqsız: Aləm: Yarımaləm: Klad: ParaHoxozoa Klad: Nephrozoa Tipüstü: Tip: Klad: Olfactores Yarımtip: İnfratip: Klad: Eugnathostomata Klad: Teleostomi Klad: Euteleostomi Klad: Klad: Rhipidistia Klad: Tetrapodomorpha Klad: Eotetrapodiformes Klad: Elpistostegalia Klad: Stegocephalia Sinifüstü: Klad: Reptiliomorpha Klad: Amniota Sinif: Klad: Theriimorpha Klad: Theriiformes Klad: Trechnotheria Klad: Cladotheria Klad: Prototribosphenida Klad: Zatheria Klad: Tribosphenida Yarımsinif: Klad: İnfrasinif: Maqndəstə: Boreoeutheria Dəstəüstü: Dəstə: Fəsilə: Yarımfəsilə: Erinaceinae Cins: Növ: Şərqi Avropa kirpisi |
||||||||||
Beynəlxalq elmi adı | ||||||||||
|
||||||||||
|
Xarici görünüş
Şərqi Avropa kirpisi demək olar ki, adi kirpiyə çox oxşardır. Ancaq omnları Şərqi Avropa kirpisinin başı və yan hissələri hiss ediləcək tərzdə tünd-bozdur. bel və yan hissələri iynələrlə örtülüdür. İynələrinin uzu ağdır. Orta hissəsi isə qara və boz rəngli zolaqlıdır. İynələrin uzunluğu 2,5—3,5 sm-dir. Xəzi qəhvəyidir. Sinə nahiyyəsində hər zaman ağ ləkə olur. qulaqları xırdadır (3,5 sm-dən az).dairəvi olub demək olar ki, xəz səbəbindən görsənmir. Bədəninin uzunluğu 35 sm, quyruğu 20—39 mm-dir. İlin mövsümündən asılı olaraq 240—1232 q arasında dəyişir.
Yayılması
Şərqi Avropa kirpisi mərkəzi avropadan tutmuş Qərbi Sibirə kimi yayılmışdır. Şimal areal Rusiyanın Moskva və Kirov vilayətləri, Belarusiyadan keçir. Cənub sərhədi isə Qafqaz, Kiçik Asiya, İran, Kipr adasından keçir.
Onların yayılma relyefi müxtəlifdir. onlara yarımsəhradan tutmuş alp cəmənliklərinə qərdər ərazilərdə müşahidə etmək olar. 1100 metr hündürlüyü olan ərazilərdə müşahidə edilirlər. kanalların kənarı, meşələr, çay vadilərini üstün tuturlar. Əsasən gecə həyat tərzi keçirirlər. Təbii gizlənmə əraziləri otların və kolların arası yarpaqların altıdır. Qışlama yaşadığı iqlim şəraitindən, heyvanın yaşından, yığdığı piy ehtiyyatından asılı olaraq dəyişir. Qışlama əsasən noyabrın sonlarından başlayır və marta qədər davam edir. bu zaman kirpi şəkisinin 35% itirir. Qışlamağa gedən kirpi ən azı 600 q şəkiyə sahib olmalıdır. Əks halda o qışlamdan ağ çıxa bilməyəcək.
Qidalanma
Onların qidasının əsasını həşəratlar təşkil edir: sərtqanadlılar, düzqanadlılar, dermaptera, ilbizlər, oniscidea, yağış qurdları və s. Onların qidasına həm də giləmeyvələr, göbələklər, bitki tumları və meyvələrdə daxildir. Leş belə yeyə bilirlər. Onlar bəzi suda-quruda yaşayanlar, kərtənkələlər, kiçik gəmiriciləri ovlayırlar.
Təbii düşmənləri
Şərqi Avropa kirpisini müxtəlif yırtıcı quşlar yeyə bilir (bayquşlar), porsuqlar, gəlinciklər və digər susamurları).
Şərqi Avropa kirpisi bir çox parazitar canlıların qurbanına çevrilə bilir (birələr, gənələr, yumru və lentşəkilli qurdlar).
Çoxalmması
İlin isti dönəmində çütləşirlər. Dişilər əsasən yarpaq altında və ya otların arasında, uzunluğu 20—30 sm, eni 15—20 sm olan yuvalar qururlar. İl ərzində dişi 3—8 arası bala verə bilir.
İstinadlar
- Integrated Taxonomic Information System (ing.). 2004.
- Mammal Species of the World (ing.): A Taxonomic and Geographic Reference. / D. E. Wilson, D. M. Reeder 3 Baltimore: JHU Press, 2005. 35, 2142 p. ISBN 978-0-8018-8221-0