Şərq legionları

Şərq legionları (alm. Ostlegionen) — İkinci Dünya müharibəsi zamanı SSRİ işğalı altında olan xalqların nümayəndələri və hərbi əsirlərindən təşkil edilmiş və Nasist Almaniyası tərəfində vuruşan könüllü hərbi qruplaşmalardır.

Tərkibi

İngili-amerikan və alman təxminlərinə görə, Şərq legionlarına aşağıdakı qruplaşmalar daxildir:

Ümumilikdə təxminən 130.000-150.000 nəfər[1].

Legionerlərin geyim forması

İlk vaxtlar legionerlərə xaki rəngli alman hərbi forması və dərəcə nişanları vermək nəzərdə tutulmuşdu. Ancaq 1942-ci il 24 aprel tarixli qərarda bu məsələyə yenidən qayıdıldı və seyimlərinin alman əsgərlərinin geyimi ilə fərqli olması xüsusı qeyd edildi. Beləcə legionerlər alman hərbi formasını qazandılar və ruslar, ukraynalılar, beloruslardan fərqli olaraq kazaklar kimi alman rütbə nişanları daşımaq hüququ əldə etdilər. Onların rütbə göstəricisi olan ənənəvi döş nişan və baftaların çiyin nişanları və ulduzları tamamilə fərqli idi. Legionlarda müvəqqəti qrup rəhbərləri, taqım və bölük rəhbərləri hərbi dərəcəsinə görə deyil, hərbi mövqeyinə görə seçilirdi. Hər hansı bir çatışmayan cəhətə görə vəzifədən uzaqlaşdırılanda onlar nişanlarını da təhvil verməli idilər.

İstinadlar

  1. Mawdsley E. Thunder in the East : the Nazi-Soviet war, 1941—1945. L., 2007. P. 230.
This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.