Şərif Vəlizadə
Vəlizadə Şərif Əfəndi Hacı-Veysal oğlu — Qafqaz müsəlmanlarının VIII Müftisi. 1881-ci ildə Göyçay qəzasının Martı kəndində anadan olub.Qafqaz (Zaqafqaziya) müsəlmanlarının V qurultayında (1960-ci il) Göyçay məscidinin imamı Şərif Əfəndi Vəlizadə Zaqafqaziya Müsəlmanları Ruhani İdarəsinin sədr müavini – müfti seçilir. Yaxşı dini məlumata və nitq qabiliyyətinə malik olan Şərif Əfəndi daim müasirləşmənin tərəfdarı olub. O, deyib: "Köhnəlmiş dini tələbləri təzələməsək dinimiz əldən gedər, dindarlar bizdən üz döndərər". Ateizm təbliğatına müqavimət göstərməyin tərəfdarı olub. O, ateizmi "məscidin günbəzinə dəyib kənara düşən" qoza bənzədib.Şərif Əfəndi 1966-ci ildə vəfat edib. Onun vəfatından sonra Ruhani İdarəsində müfti vəzifəsi iki il boş qalıb.O bir müddət əlyazmalar institutunda kiçik elmi işci işləyib, N.Gəncəvinin xəmsələrinin tərcüməsi ilə məşğul olub.
Vəlizadə Şərif Əfəndi | |
---|---|
Doğum tarixi | |
Doğum yeri | Azərbaycan, Göyçay qəzası, Martı kəndi |
Vəfat tarixi | |
Atası | Hacı-Veysal |
Milliyyəti | Azərbaycanlı |
Dini | İslam |
Fəaliyyəti | Qafqaz müsəlmanlarının VIII Müftisi |
Fəaliyyət illəri | 1960-1966 |