Şərif Şərifov (heykəltaraş)
Şərif Şərifov (1945, Kirovabad) — Azərbaycanın əməkdar rəssamı, Rusiya Rəssamlıq Akademiyasının fəxri üzvü, Dünya Reklamçılar Assosiasiyasının üzvü, Azərbaycan Rəssamlar və Memarlar İttifaqlarının üzvü, Gəncə şəhərinin baş rəssamı.
Şərif Şərifov | |
---|---|
Şərif Hacı oğlu Şərifov | |
Doğum tarixi | 1945 |
Doğum yeri | |
Vətəndaşlığı |
SSRİ Azərbaycan |
Fəaliyyəti | Heykəltaraş |
Təhsili |
Əzim Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq Məktəbi Moskva Ali Rəssamlıq-sənaye məktəbi |
Mükafatları |
Nəriman Nərimanovun və Heydər Əliyevin Gəncədə ucaldılmış abidələrinə görə Rusiya Rəssamlıq Akademiyasının qızıl medalına layiq görülüb.
2006-cı ildə Azərbaycan Respublikasının əməkdar rəssamı fəxri adına layiq görülmüş Şərif Şərifov 2012-ci ildən Rusiya Rəssamlıq Akademiyasının fəxri üzvüdür. Onun Moskva Şərq Xalqları Muzeyində, Rusiya Rəssamlıq Akademiyasının Sərgi salonunda, Rusiyanın bir sıra muzey və qalereyalarında, həmçinin Türkiyə, İsveçrə, Meksika, Çexiya, Macarıstan, Polşa, Fransa və bir sıra xarici ölkələrin muzey və qalereyalarında 50-dən artıq əsəri nümayiş etdirilib.
Bioqrafiyası
Şərif Şərifov 1945-ci ildə Gəncə şəhərində qulluqçu ailəsində anadan olmuşdur. 1961-ci ildə M. Ə. Sabir adına 5 nömrəli orta məktəbi bitirmişdir. 1961–1966-cı illərdə Əzim Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq məktəbinin heykəltərəşlıq fakültəsində təhsil almışdır. Elə həmin il Moskva Ali Rəssamlıq-sənaye məktəbinin (əvvəllər Stroqonov adına olmuşdur) memarlıq-dekorativ plastika fakültəsinə qəbul olmuş və 1971-ci ildə təhsilini bitirərək Azərbaycana qayıtmışdır.
İlk əmək fəaliyyətinə Respublika Rəssamlar İttifaqı Yaradıcılıq Kombinatının Gəncə filialında rəssam-heykəltaraş kimi başlamışdır. Bir ildən sonra SSRİ Rəssamlar İttifaqının üzvü seçilmiş, 1978-ci ildə SSRİ Rəssamlar Akademiyasının həvəsləndirici mükafatına və diplomuna layiq görülmüşdür. 1980-ci ildə SSRİ mədəniyyət nazirliyi, Rəssamlar İttifaqı və ÜİLKGİ-nin ikinci dərəcəli mükafatı və diplomu ilə təltif olunmuşdur. Eyni zamanda Azərbaycan SSR Lenin komsomolu mükafatı laureatı olmuşdur.
2006-cı ildən Azərbaycan Respublikasının əməkdar rəssamıdır. 2012-ci ildə Rusiya Rəssamlar Akademiyasının fəxri üzvü seçilmişdir.
Şərif Şərifovun Moskva şərq xalqları muzeyində, Rusiya Rəssamlıq Akademiyasında, Rusiya mədəniyyət nazirliyinin muzey və qalareyalarında, eləcə də Amerika, Türkiyə, İsveçrə, Meksika, Çexiya, Macarıstan, Polşa, Fransa və müstəqil ölkəmizin muzey, qalareya və ayrı-ayrı bölgələrində 50-yə yaxın heykəltaraşlıq əsər nümayiş etdirilir.