Şərəfə (Masallı)
Şərəfə — Azərbaycan Respublikasının Masallı rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 5 mart 2013-cü il tarixli, 590-IVQ saylı Qərarı ilə Masallı rayonunun Şərəfə kənd inzibati ərazi dairəsi tərkibindəki Şərəfə kəndinin ərazisindən 248,0 ha (bundan bələdiyyə mülkiyyətində olan 5,0 ha və xüsusi mülkiyyətdə olan 243,0 ha) torpaq sahəsi Masallı şəhər inzibati ərazi dairəsi tərkibindəki Masallı şəhərinin inzibati ərazisinə birləşdirilmişdir.[1]
Şərəfə | |
---|---|
39°03′56″ şm. e. 48°40′48″ ş. u. | |
Ölkə | |
Tarixi və coğrafiyası | |
Saat qurşağı | |
|
Əhalisi
1859-1864-cü ilə olan məlumata əsasən Bakı quberniyasının Lənkəran qəzasının Şərəfə (Şərəf-abad) kəndində 54 evdə 202 nəfəri kişilər, 132 nəfəri isə qadınlar olmaqla 334 nəfər şiə təriqətli müsəlman azərbaycanlılar[2] yaşayırdı.[3] Həmin tarixdə kənd dövlət xəzinəsinə məxsus idi.[3]
Şərəfə kənd inzibati ərazi dairəsi Şərəfə və Ağakişibəyli kəndlərini əhatə edir.[4] 2012-ci ilin sonuna olan məlumata əsasən bu ərazi dairəsinin sahəsi 1.121 hektar, əhalisi isə 3.962 nəfərdir.[4]
Şərəfəlilər Böyük Vətən müharıbəsində və Azərbaycanın bütövlüyü uğrunda Qarabağ müharibəsində qəhrəmanlıqla vuruşmuş, itkin və şəhidlər vermişdir.
Hazırda kəndin əhalisi 2331 nəfərdir.[5]
Toponimiyası
Keçmiş adı Şərəfabad olmuşdur. Şərəfə bu adın qısaldılmış formasıdır. Oykonim Şərəf (şəxs adı) və abad (kənd) komponentlərindən düzəlib, “Şərəfin kəndi” mənasındadır. Görünür, kəndi Şərəf adlı şəxs bina etmişdir.[6]
Coğrafiyası və iqlimi
Şərəfə kəndi Binə Xocavar, Çaxırlı, Digah, Bala Təklə, Səmidxan və Ağakişibəyli kəndləri ilə həmsərhəddir. Ələt-Astara yolunun 500 metrmiyində yerləşir. İqlimi quru subtropik iqlimdir. Kəndin cənub-qərbində böyük su anbarı yerləşir. İçməli su mənbəyi yoxdur. Mal-qara və əkinlərin suvarılmasında əsasən quyu suyundan istifadə edilsədə içmək üçün yararsızdır.Quyu sularında ağır metal duzları olduğundan su coddur.
Tarixi
Şərəfə kəndinin əsası cənubi Azərbaycanın Ərdəbil şəhəri ətrafindakı Şərəfabad kəndindən XV əsrdə köçmüş 7-8 ailə tərəfindən qoyulmuşdur. Bu ailələr səfəvilərlə qohum olduğuna və qızılbaş ideyalarını daşıdıqlarına görə Seyid Nəbiyyədin Səfəvi ilə Ağqoyunlu hökümdarı Rüstəm Mirzənin təqibindən qaçaraq əvvəllər qalın meşə olmuş indiki Şərəfə ərazisində məskunlaşmışlar. Seyid Nəbiyyəddin 20-25 yaşlarında xəstəlikdən vəfat etmişdir (Bu tarixi Adəm Seyfullayev kənd ağsaqqallarından eşitmişdir). Hal-hazırda Seyid Nəbiyyəddin Səfəvinin məzarı Çaxırlı (Masallı) kəndındədir. Şərəfə kəndində XIX əsrə aid məscid fəaliyyət göstərir. XIX əsrə aid gümbəzli kənd hamamı XX əsrin 90-cı illərinədək fəaliyyət göstərsədə sonradan baxımsızlıqdan dağılmışdır. Bundan başqa kənd arxı üzərində də XIX əsrə aid tağ körpü indi də istifadə olunur.
Mədəniyyəti
Şərəfə kəndı Masallı rayonunun ən ziyalı kəndidir. Kənd əhalisinin əksəriyyəti ali və ya orta ixtisas təhsillidir. Kənddə 11 illik təhsil bazasında orta məktəb, kənd tibb məntəqəsi, kitabxana, aptek, poçt, Bələdiyyə və icra nümayəndəliyi binası, 2 şadlıq evi fəaliyyət göstərir. Əfsuslar olsun ki, 90-cı illərin əvvəllərinədək fəaliyyət göstərilən klub binası baxımsızlıqdan dağılmışdır. Vaxtı ilə o klubda Şövkət Ələkbərova, Elmira Rəhimova, Akademik milli dram və Musiqili dram teatrının çıxışları olmuşdur. Kəndin Özfəaliyyət ansambılı və Halay qrupu var.
İqtisadiyyatı
Şərəfə kəndi ilkin dövrdən əkinçılilik və heyvandarlıqla məşğul olub .Sovet illərində əvvəlcə kolxoz ,sonra isə sovxoz təsərrüfatı fəaliyyət göstərsədə iqtisadiyyat fəaliyyəti dəyişilməmış qalıb. Belə ki əhali dənlı bitkilər(çəltik,arpa, buğda,qarğıdalı,noxud və s.), tərəvəz bitkiləri (xiyar,pomidor,kələm,badımcan,soğan,bidər və s.), bostan bitkiləri(qarpız,yemiş,boranı və s.) yetişdirməklə , iri və xırda buynuzlu (inək, camış və qoyun) mal -qara saxlamaqla məşğul olmuşdur.Kənddə yerləşən su anbarında balıq saxlanılır. Kənddə pendir sexı fəaliyyət göstərir.
İstinadlar
- "Masallı rayonunun inzibati ərazi bölgüsündə qismən dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinin 5 mart 2013-cü il tarixli, 590-IVQ Qərarı". 2022-08-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-08-25.
- Qeyd: mənbədə tatarlar
- Списки населенных мест Российской Империи. По Кавказскому краю составленные и издаваемые Кавказским статистическим комитетом при Главном управлении Наместника Кавказского. LXV. Бакинская губерния. Списокь населенных мест по сведениямь 1859 по 1864 годь. Кавказскимь стататистическимь комитетомь при Главном управлении наместника кавказского. Составлен главным редактором Комитета Н. Зейдлицем. Тифлись. В Типографии главного управления наместника кавказского. 26 ноября 1870 г./Содержание: Спискок населённых мест Бакинской губернии. стр. 37
- Masallı rayon İcra Hakimiyyəti: Xəbərlər: Şərəfə kənd sakinləri ilə görüş Arxivləşdirilib 2016-03-05 at the Wayback Machine---yayınlanma tarixi: 2012-12-11
- Azərbaycan Respublikası əhalisinin siyahıyaalınması 2009-cu il. I cild. Bakı - 2010.
- Şərəfə (Masallı) // Azərbaycan toponimlərinin ensiklopedik lüğəti. II cild. Bakı: Şərq-Qərb. 2007. 304. ISBN 978-9952-34-156-0.