Şənbə

Şənbə — dünyanın bir çox ölkələrində həftənin sayca altıncı (bəzilərində yeddinci) günü.

ISO 8601 beynəlxalq standartına görə yeddi günlük həftənin altıncı günüdür.

Şənbə həftədə cümə günü ilə bazar günü arasında yerləşir.

Rəsmi sənədlərdə şənbə bəzən qısaldılmış şəkildə ş.- da yazılır.

Qədim Romada romalılar bu ğünü Saturna həsr edirdilər. Ona görə də bəzi dillərdə bu gün Saturn sözündən götürülür. Məsələn , ingiliscə Saturday. Azərbaycanca şənbə sözü yəhudi sğzü olan «şabbat» dan götürülüb. Bu söz xristianlıqla birlikdə Avropaya yayılıb.

Beşgünlük iş həftəsi qəbul edilmiş ölkələrdə şənbə günü axırıncı iş günündən sonrakı ilk istirahət günüdür.

Bu gün azərbaycan dilində qeyri-rəsmi şəkildə altıncı gün adlanır.

Maraqlı faktlar

Slavyanlarda şənbə günü «altılıq» adlanır.[1]

7 mart 1967-ci ildə Sov.İKP MK, SSRİ Nazirlər Soveti və ÜİHİMŞ «Müəssisə, idarə və təşkilatların fəhlə və qulluçularının iki istirahət günü olan beşgünlük iş həftəsinə keçməsi haqqında» birgə qərar qəbul etdilər. Bununla da şənbə günü istirahət günü oldu.

İstinadlar

This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.