Şəmsi Əsədullayevin evi

Şəmsi Əsədullayevin evi və ya Neft kralının sarayı[1] — Qoqol (Praçeçnaya) 9, Tolstoy (Gimnaziçeskaya) 183 və Həzi Aslanov (Karantinnaya) 84 küçələrinin kəsişməsində yerləşən üç mərtəbəli saray tipli yaşayış binası.[2] 1896-cı ildə Bakı milyonçularından Şəmsi Əsədullayevin sifarişi ilə memar İohan Edelin layihəsi əsasında inşa edilmişdir.[3][4]

Şəmsi Əsədullayevin evi
40°22′25″ şm. e. 49°50′23″ ş. u.
Ölkə  Azərbaycan
Şəhər Bakı Bakı
Yerləşir Mərdanov Qardaşları küçəsi 9
Memar İohan Edel
Sifarişçi Şəmsi Əsədullayev
Tikilmə tarixi 1896
İstinad nöm.2946
KateqoriyaBina
ƏhəmiyyətiÖlkə əhəmiyyətli
Şəmsi Əsədullayevin evi (Bakı)
Şəmsi Əsədullayevin evi
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Haqqında

Qoqol 9 küçəsində, Gimnaziçeskaya, 183 və Karantinnaya, 84 ünvanlarının tinində ucaldılmış bina milyonçu Şəmsi Əsədullayevə məxsus saray üslubundadır. 1896-cı ildə memar İohan Edel tərəfindən inşa olunub. Bina üç küçəyə üz tutub və öz monumental fasadları və həcmi ilə tarixi mərkəzin şəhərqurma sistemində əhəmiyyətli yer tutub. Planda binanın günbəzlə tamamlanan yanmdairəvi küncləri xüsusi qeyd olunub. Binanın belə maraqlı künc həlli memar İ. Edelin yaradıcılığında rast gəlinən haldır. Binanın memarlığı klassik formalarda qurulub, həcmi plastika, və iri daş kronşteynləri olan çoxsaylı balkonlarla zənginləşdirilib.[3]

Yaşayış binasının birinci mərtəbəsi xidməti kontorlar və ofislərin ixtiyarına verilmişdir. Yan bloklarda ikisıralı sistem tətbiq edilmişdir, bu blokları uzun üç-sıralı sistem birləşdirir, Bakıda bu təcrübədən nadir hallarda istifadə olunub. Binanın künc hissəsi həmişə qaranlıq olur. Memar İ. Edel künc salonu diaqonal boyunca uzadıb və qismən də olsa faydalı sahəni artırıb. Hündür kürsülü və iri yarımçevrəvi pəncərə gözləri olan əzəmətli birinci mərtəbə təsirli monumentallığa və həlli kamilliyə malikdir, ikinci mərtəbə daxili planlaşdırmasına görə daha təmtəraqlıdır, fasad ionik orderli sütunlardan ibarət kiçik portiklər şəklində təqdim olunan pəncərə gözləri və qabarıq profillənmiş kronşteynli karnizlə təmsil olunub. Üçüncü mərtəbə nazik haşiyələrlə profillənmiş və qabarıq yonulmuş qıfıl daşları olan iri pəncərə gözləri ilə fasadın strukturuna fəal bir şəkildə daxil olub. Pəncərə gözləri korinf orderindən olan bəzəkli pilyastrlarla tamamlanıb. Daş kapitellər fasada təbii yaraşıq verir, onların üzərindən relyefli frizi və klassik arsenaldan olan ornamental motivli baş karniz keçir.[4]

Şəkillər

Həmçinin bax

İstinadlar

Xarici keçidlər

This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.