Şəmsəddin Eltutmuş
Şəmsəddin Eltutmuş (bilinmir – 28 aprel 1236, Mehrauli[d]) — Dehli Türk sultanlığı sultanı. dekabr 1210-cu ildən 27 aprel 1236-cı ilədək hökm sürdü.
Şəmsəddin Eltutmuş | |
---|---|
| |
Dehli sultanı[d] | |
may 1211 – 28 aprel 1236 | |
Əvvəlki | Aram Şah |
Sonrakı | Sultan Rüknəddin Firuz |
Şəxsi məlumatlar | |
Doğum tarixi | bilinmir |
Vəfat tarixi | 28 aprel 1236 |
Vəfat yeri | |
Dəfn yeri | |
Fəaliyyəti | siyasətçi |
Uşaqları | |
Ailəsi | Müəzzilər dövləti |
Dini | sünnilik |
Vikianbarda əlaqəli mediafayllar |
Həyatı
Türk mənşəli olan Sultan Şəmsəddin Eltutmuş, Sultan Qütbəddin Aybəkin ölümündən sonra qısa müddət taxtda qalan Sultan Ərəm şahdan sonra hakimiyyətə keçdi. 1229-cu ildə Xəlifə Müntəsirdən Nasırü-l-Əmir-ül-Möminin unvanını aldı. Çingiz xan başçılığında qərbə doğru yayılan Monqol imperiyasının hücumlarına müqavimət göstərdi.
Dalbadal səfərlərlə Sind, Moltan və Benqal bölgələrini hakimiyəti altına aldı. Eltutmuş, Qucaratı ələ keçirməyi bacarmadısa da, racputları məğlubiyyətə uğradaraq torpaqlarını cənuba doğru genişlətdi, həmçinin yavaş-yavaş Dehli Türk sultanlığının Qanq vadisinə hakim olmasını da bacardı.