Şəmsəddin Cüveyni

Sahib Şəmsəddin Məhəmməd Cüveyni (XIII əsr16 oktyabr 1284) — Elxanlılar sülaləsi hökmdarı Abaqa xan zamanında yaşamış zamanının ünlü vəzirlərindən birisi. Bəzı qaynaqlara görə baş vəzir olub. Ayrıca Elxanlılar dövlətinin qurucusu Hülaku xan zamanında da maliyyə vəziri olmuşdu. Zamanının müəlliflərindən olan və onun kimi vəzir olmuş Əlaəddin Ataməlik Cüveyninin qardaşıdır.

Şəmsəddin Cüveyni
Doğum tarixi XIII əsr
Vəfat tarixi 16 oktyabr 1284(1284-10-16)
Uşağı
Fəaliyyəti ədib

Abaqa xan, bəzi qaynaqlara görə Anadoluda əsayişi pozan Pərvanə Muinəddin Süleymanın öldürülməsiylə yəni bir düzən ortamı bərpa etmək üzrə ünlü vəzir Sahib Şəmsəddin Məhəmməd Cüvəynini Rum Səlcuqlu dövləti ölkəsinə göndərdi. Sahib Şəmsəddin Məhəmməd Cüvəyni, Anadoluda ilk olaraq pozulan siyasi istiqrarı düzəltdi və yetişdiyində hələ davam etməkdə olan olan üsyanları yatırdı. İqtisadi sahədə yeniliklər aparmağa çalışdı. Öncə xalqa yük olan bir çok vergini ortadan qaldırdı. Xalqdan gəlişi gözəl pul və mal istənməsini yasaqladı. Ardından Şəmsəddin Tuğrai tərəfindən alınan və heç cür ödənə bilməyən iqrazla, Səlcuqluların ödəyəmədiyi illik xəracların borcunu silərək yerinə Elxanlı hökmdarları divanına Ərzincan yörəsi və başqa yerlərin gəlirlərini incu vergisi (xüsusi gəlir) olaraq təhsis etdi. Bu şəkildə Elxanlılar dövləti, Anadoluda özəl mülklər əldə edilib gəlirlərini doğrudan özlərinə yönəltmişdilər. Sahib Şəmsəddin Məhəmməd Cüvəyninin gətirdiyi bir başqa dəyişiklik eynən incu kimi Elxanlı ölkəsinin başqa bölgələrində uyğulanıb da Anadoluda olmayan tamğa vergisidir.

Tarixi mənbələr şair Hümam Təbrizinin də 1277–1278-ci illərdə Kiçik Asiyada baş verən qarışıqlıq zamanı oradakı hadisələri nizama salmaq üçün Abaqa xanın göstərişi ilə Osmanlı ölkəsinə gedən Sahib Divan Şəmsəddin Cüveyni ilə birlikdə olduğunu xəbər verir. Bu məlumatın həqiqiliyini şairin şeirləri də təsdiq edir. Şair divanındakı şeirlərində həmin səfərdən danışır və Ş. Cüveyniyə müraciətlə belə bir səmimi misra da işlədir: "Lütf edərək, Azərbaycandan Ruma gəldin".

Sahib Şəmsəddin Məhəmməd Cüveyninin Anadoluda qurmuş olduğu iqtisadi vəziyyət 1278-ci ildən Səlcuqlu vəzirinin yerinə İrandan Fəxrəddin Qəzvininin göndərildiyi 1288-ci ilə qədər sürdü.

Ədəbiyyat

  • V. Barthold, "Ilhanlılar Dəvrində Mali Vaziyət", Türk Hukuk və Iktisat Tarihi lvhl.:muası, 1(1931), s.ıSO vd.
  • Alaaddin Ata Məlik Cüvəyni, Tarix-i Cihan Güşa, Çəvirən, Mürsəl Öztürk, Ankara 1999
  • Səlçuklu-İlhanlı İktisadi, Ticari İlişkiləri və Sonuçları — Doç. Dr. İlhan ƏRDƏM

Xarici keçidlər

Həmçinin bax

This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.