Şəmsəddin Əsədov

Şəmsəddin Əsədov (tam adı: Şəmsəddin İsrafil oğlu Əsədov) — kənd təsərrüfatı elmləri doktoru, professor.

Şəmsəddin Əsədov
Şəmsəddin İsrafil oğlu Əsədov
Doğum tarixi
Doğum yeri Kürdlər, Ağdam rayonu, Azərbaycan SSR, SSRİ
Vətəndaşlığı SSRİ SSRİ
Azərbaycan Azərbaycan
Elm sahəsi biologiya
Elmi dərəcəsi kənd təsərrüfatı elmləri doktoru
Elmi adı professor
İş yeri Azərbaycan Milli Elmlər Akademiyası
Təhsili Azərbaycan Pedaqoji İnstitutu

Həyatı

Şəmsəddin İsrafil oğlu Əsədov 20 iyun 1949-cu ildə Ağdam rayonunun Kürdlər kəndində anadan olmuşdur. O, 1966-cı ildə Ağdamın Əlimədədli kənd orta məktəbini bitirib, 1968-1972-ci illərdə Azərbaycan Pedaqoji İnstitutunun (indiki Azərbaycan Dövlət Pedaqoji Universiteti) Biologiya fakültəsində ali təhsil almışdır. Tələbəlik illərində ictimai fəaliyyətinə görə Respublika LKHT MK-nın fəxri fərmanı ilə təltif edilmişdir. İnstitutu bitirib, təyinatla Bərdədə müəllim işlədikdən sonra Azərbaycan Elmlər Akademiyasının (indiki Azərbaycan Milli Elmlər Akademiyası) Genetika və Seleksiya İnstitutunun aspiranturasına qəbul olunmuş (1975), "Pambıqda fiziki-kimyəvi mutagenlərin təsiri ilə dəyişkənliyin və viltədavamlılığın öyrənilməsi" mövzusunda dissertasiya müdafiə edib (1981), biologiya elmləri namizədi alimlik dərəcəsi almışdır. O, K.A.Timiryaziyev ad. Kənd Təsərrüfatı Akademiyasında "Eksperimental mutagenez və hibridləşdirmə ilə orta lifli pambıq sortlarında yeni formaların yaradılması" mövzusunda dissertasiya müdafiə edərək (1994, Moskva), kənd təsərrüfat elmlər doktoru alimlik dərəcəsi almışdır.

Şəmsəddin Əsədov 1996-1997 illərdə Rusiya Federasiyası Aqrar Universitetində işləmişdir. Hazırda o, Azərbaycan Milli Elmlər Akademiyasının Genetika Ehtiyatları İnstitutunun texniki-yem və dərman bitkiləri laboratoriyasının müdiridir.

Şəmsəddin Əsədov 1979 ildən 1991 ilə qədər kimyəvi mutagentlərin kənd təsərrüfatı bitkilərinə təsirinin öyrənilməsi sahəsində Moskvada keçirilən Ümumittifaq müşavirələrinin iştirakçısı, bəzi illərdə isə təşkilat komitəsinin üzvü olmuşdur.

Şəmsəddin Əsədov Azərbaycan Elmlər Akademiyasının (indiki Azərbaycan Milli Elmlər Akademiyası) Genetika və Seleksiya İnstitutunda işlədiyi müddətdə institutun ictimai işlərində fəal iştirak edib; uzun müddət institutun xalq nəzarəti komitəsinin sədri olmuş, hazırda isə institutda fəaliyyət göstərən metodkomissiyanın və müsabiqələr komissiyasının üzvüdür. Elmi fəaliyyətlə yanaşı pedaqoji fəaliyyətlə də məşğul olan Şəmsəddin Əsədov 2001 ildə Azərbaycan Respublikası Təhsil Nazirliyinin "Təhsilin humanistləşdirilməsi və yeni təfəkkür" mövzusunda keçirdiyi respublika müsabiqəsinin qalibi olaraq nazirliyin ikinci dərəcəli diplomuna layiq görülmüşdür.

Elmi fəaliyyəti

Şəmsəddin Əsədov xarici jurnallarda və kitablarda dərc olunmuş 60-a qədər elmi iş və 1 monoqrafiyanın müəllifidir. Pambıqda mutagenlərin təsiri ilə əmələ gələn dəyişkənliklərin, xüsusilə də təsərrüfatca qiymətli əlamətlərin irsi xüsusiyyətlərinin öyrənilməsi daima onun diqqət mərkəzində olmuşdur. Keçmiş Sovetlər ölkəsində ilk dəfə olaraq o, pambıqda alınmış mutant formalarından qiymətli əlamətlərin donoru kimi istifadə edərək, mutant-sort hibridləşdirmə sxemini işləyib hazırlamışdır. Bu metod pambıqda qiymətli genstik əlamətlərin öyrənilməsini xeyli genişləndirmişdir.

Mənbə

  • Orxan Məmmədov (Baharlı). Ağdamın adlı-sanlı pedaqoqları, alimləri. Bakı, Sabah, 2001.

Həmçinin bax

This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.