Şəmmar
Şəmmar (ərəb. شمر) — ərəb qəhtani qəbilə konfederasiyası. Bəni Tay ərəb qəbilə birliyinə mənsubdur.
Şəmmar qəbiləsinin Bəni Tay qəbiləsindən olan əcdadları II əsrdə Yəməndən köçüb Nəcd yaylasının şimalında məskunlaşaraq Bənu Əsəd və Bənu Təmim qəbilələrini oradan sıxışdırıb çıxarmışdılar. 630-cu ilin iyulunda Bəni Tay qəbiləsi Məhəmməd peyğəmbərin tərəfdarları tərəfindən tabe edilmiş və islamlaşdırılmışdır.[1] Şəmmar etnonimi tarixi mənbələrdə XIV əsrdən tapılmış və tayfanın şərəfinə Əcə və Səlma əkiz dağları yeni ad almışdır – Cəbəl-Şəmmar. XII əsrdə Şammar qəbiləsinin əhəmiyyətli bir hissəsi Ərəbistandan İraqa köçərək onun Mosula qədərşimal bölgələrini işğal etmiş, qəbilənin Ərəbistanda qalan hissəsi isə Həil ərazisində yaşayırdı.
Şəmmar qəbiləsinə uzun müddət əl-Əli qəbiləsindən olan şeyxlər və əmirlər rəhbərlik edirdi. XIX əsrin əvvəllərində mərkəzi Həil şəhərində olan Cəbəl-Şəmmar əmirliyi qurulmuşdur.[2] 1835-ci ildə Ər-Rəşid sülaləsi əmirliyi və qəbiləni ələ keçirmişdi. 1921-ci ildə Cəbəl-Şəmmar əmirliyiSəud dövlətinin bir hissəsi olmuşdur.
İstinadlar
- Al-Jawziyya, Ibn Qayyim. Zad Al-Ma'ad - Provisions Of The Afterlife Which Lie Within Prophetic Guidance: زاد المعاد [انكليزي] ترجمة (ingilis). Dar Al Kotob Al Ilmiyah دار الكتب العلمية. 2010-01-01. 498. ISBN 9782745162144. 2023-07-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-07-30.
- The Statesman's Year Book: Statistical and Historical Annual of the World (ingilis). John Paxton. 1917. səh. xliv.
... has its capital at Hail
Əlavə ədəbiyyat
- Aladhadh, Amer; A comprehensive history of Shammar
- Alazzawi, Abbas; The Tribes of Iraq (Arabic)
- AlfudailyThe Days of the Arabs before Islam (Arabic)
- Hassan, Hussein D.; Tribal Structure, Social, and Political Activities Information Research Specialist Foreign Affairs, Defense, and Trade Consultancy Knowledge Services Group (re Iraq)
- Madawi Al Rasheed: Politics in an Arabian oasis. The Rashidi Tribal Dynasty. I. B. Tauris & Co Ltd, London & New York 1991 (based on a Ph. D. thesis presented to Cambridge University, 1988). ISBN 1-85043-320-8 (English)
Xarici keçidlər
- Web site for Shammar (Tayy) tribe.
- A member of the shammar tribe