Şəmkirçay
Şəmkirçay - Kürün sağ qoludur. Gədəbəy və Şəmkir rayonları ərazisindən axır. Başlanğıcını Kiçik Qafqazın şimal-şərq yamacından götürür və Kür çayına qovuşur.
Şəmkirçay | |
---|---|
azərb. Şəmkirçay | |
Ölkə | Azərbaycan |
Keçdiyi ərazilər | Gədəbəy və Şəmkir |
Mənbəyi | Kiçik Qafqaz:Hindaldağ |
• Yüksəkliyi | 3200 m |
Mənsəbi | Kür |
Uzunluğu | 95 km |
Su hövzəsi | Kür→Xəzər |
Hövzəsinin sahəsi | 1170 km² |
|
Ümumi məlumat
Uzunluğu 95 km, hövzəsinin sahəsi 1170 kvadrat km-dir. Sarısu və Ağdaşsu çaylarının birləşməsindən əmələ gəlir. Şamxorçay adını bu qollar qovuşandan sonra alır. Sarısu qolunun başlandığı sahə (Hindaldağın cənub ətəyi, hündürlüyü 3200 m) çayın mənbəyi hesab edilir. Başlıca qolları, sağdan Sarısu (uzunluğu 12 km), Qoşqar (uzunluğu 18 km), Şəmkir (uzunluğu 25 km), Əmiravan (uzunluğu 19 km), soldan isə Ağdaşsu (uzunluğu 11 km), Murquz (uzunluğu, 11 km) çaylarıdır.
Axımı yeraltı (45%), qar (35%) və yağış (20%) sularından əmələ gəlir. Yaz, yay fəsillərində qar suları çayda daşqınlar əmələ gətirir. Daşqın mart ayından başlayaraq iyun, iyul aylarına qədər (100-120 gün) davam edir. Bu dövrdə keçən axım orta illik axımdan 40-50 dəfə artıq.olur. Şamxorçay, Tərtərçay və Ağstafaçay müstəsna olmaqla, Kiçik Qafqazın şimal-şərq hissəsinin ən sulu çayıdır.
Çayın orta illik su sərfi 8,37 kub m/san-dir. Bunun da. 40%-i yaz, 35%-i yay, 15%-i payız, 10%-i isə qışda keçir. Orta illik asılı gətirmələr sərfi 2,0 kq/san, lillənməsi isə 250 q/kub m-dir. Çayın suyu orta mineral-laşmaya (300-500 mq/l) malik olmaqla hidrokarbonatlı-kalsiumludur.
Çaydan suvarma işlərində istifadə. edilir.