Nuxa dairəsi

Nuxa dairəsi və ya Nuxa mahalıAzərbaycan Sovet Sosialist Respublikasında 1930-cu ilin yanvar–avqust aylarında mövcud olmuş inzibati-ərazi vahidi. Şəki dairəsi və ya Şəki mahalı kimi də anlandırılmışdır.

Nuxa dairəsi
Ölkə
Tarixi və coğrafiyası
Yaradılıb 25 yanvar 1930
Ləğv edilib 8 avqust 1930
Nuxa dairəsi 1930-cu ilin yanvar–avqust aylarında
Nuxa dairəsi 1930-cu ilin yanvar–avqust aylarında

Tarixi

Nuxa dairəsi Azərbaycan SSR Mərkəzi İcraiyyə Komitəsinin 25 yanvar 1930-cu il tarixli qərarı ilə Zaqatala-Nuxa dairəsinin iki yerə (Zaqatala və Şəki dairələrinə) bölünməsi nəticəsində müstəqil inzibati vahid kimi yaradılmışdır.[1]

SSRİ Mərkəzi İcraiyyə Komitəsi və Xalq Komissarları Sovetinin "Dairələrin ləğv edilməsi haqqında" 23 iyul 1930-cu il tarixli qərarına uyğun olaraq Azərbaycan SSR Mərkəzi İcraiyyə KomitəsiXalq Komissarları Soveti 8 avqust 1930-cu ildə Azərbaycan SSR ərazisində dairələrin ləğv edilməsi haqqında qərar qəbul etmişdir. Bununla Nuxa dairəsi də daxil olmaqla ölkə ərazisindəki bütün dairələr ləğv olunmuş, onların ərazisində ümumilikdə 63 rayon təşkil edilmişdir.[2]

Həmçinin bax

İstinadlar

  1. "İnzibati-ərazi vahidləri" (PDF). Prezident Kitabxanası. 2021-05-12 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2023-08-25.
  2. История государства и права Азербайджанской ССР (1920–1934 гг.). Баку: Элм. 1973. səh. 410–412.
This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.