Şəkərcik

ŞəkərcikAzərbaycan Respublikasının Füzuli rayonunun inzibati ərazi vahidində kənd. Kənd 1993-cü il avqustun 23-də Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal olunub. 9 noyabr 2020-ci ildə Azərbaycan Respublikası Silahlı Qüvvələri tərəfindən işğaldan azad edilmişdir.[1]

Şəkərcik
39°36′25″ şm. e. 47°09′44″ ş. u.
Ölkə
Tarixi və coğrafiyası
Saat qurşağı
Şəkərcik xəritədə
Şəkərcik
Şəkərcik

Toponimikası

Kənd Şəkərciklər adı ilə də tanınır. Kəndin adı orta əsrlərdə Qarabağda yaşamış cavanşir tayfasına mənsub şəkərciklər tirəsinin adı ilə bağlıdır.[2] Deyilənlərə görə bu kənd vaxtilə Şəkər adlı varlı bir qadının mülkü, bostan yeri olub. XIX əsrin əvvəllərində qarabulaqlı, dövlətli bir kişi bu yeri pul ilə ondan alıbdır. O vaxtdan həmin ərazi Şəkər xanımın bostanı, Şəkərin yeri kimi adlandırılmışdır. "Şəkər" sözünə "cik" hissəciyinin artırılması görünür ki, ərazinin kiçik olması ilə əlaqələndirilir.

Tarixi

1593-cü ilə aid olan Osmanlı qaynağında Şəkər mülk, yurd, torpağının adı kimi çəkilir. Yaşayış məntəqəsinin əhalisi əsasən, Hacılı camaatından ibarət olmuşdur. Bəzi mənbələrdə Şəkərcik kəndi yerləşən ərazinin adına Qaraköpək formasında da rast gəlinir.

Coğrafiyası və iqlimi

Kənd rayon mərkəzinin 2 kilometrliyində, şəhərin şimal-şərqində, düzənlikdə yerləşir.

Əhalisi

Əhalisi 800 nəfərdir.

İqtisadiyyatı

Əhalinin əsas məşğuliyyəti kənd təsərrüfatıəkinçilik, maldarlıqheyvandarlıq olub.

Mədəniyyəti

Kənddə klub və kitabxana mövcud olub.

Təhsil

Kənddə məktəb və uşaq bağçası fəaliyyət göstərib.

İstinadlar

Həmçinin bax

This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.