Şəkərabad

ŞəkərabadNaxçıvan Muxtar Respublikasının Babək rayonunun Şəkərabad kənd inzibati ərazi dairəsində kənd.[1] Azərbaycan Respublikası Milli Məclisinin 30 sentyabr 2003-cü il tarixli, 500-IIQ saylı Qərarı ilə Naxçıvan Muxtar Respublikasının Babək rayonunun Şəkərabad kəndi Yarımca kənd inzibati ərazi dairəsi tərkibindən ayrılaraq, Hacıvar kəndi mərkəz olmaqla, Hacıvar kənd inzibati ərazi dairəsi yaradılmışdır.[2] Azərbaycan Respublikası Milli Məclisinin 29 mart 2005-ci il tarixli, 874-IIQ saylı Qərarı ilə Naxçıvan Muxtar Respublikasının Babək rayonunun Şəkərabad kəndi Hacıvar kənd inzibati ərazi dairəsi tərkibindən ayrılaraq, bu kənd mərkəz olmaqla, Şəkərabad kənd inzibati ərazi dairəsi yaradılmışdır.[3]

Şəkərabad
39°11′23″ şm. e. 45°26′12″ ş. u.
Ölkə
Tarixi və coğrafiyası
Mərkəzin hündürlüyü 852 m
Saat qurşağı
Şəkərabad xəritədə
Şəkərabad
Şəkərabad

Toponimikası

[4]

Tarixi

Tarixi abidələri

Kənddə daşınmaz tarix və mədəniyyət abidəsi qeydə alınmamışdır.

Əhalisi

İl Daimi əhali Kişilər Qadınlar
1999[5] 1138 559 579
2009[6] ↗1233 ↗598 ↗635

Tanınmış şəxsləri

  • İslam Səfərli — şair-dramaturq, tərcüməçi, Azərbaycan SSR Əməkdar incəsənət xadimi.
  • Ülviyyə Həmzəyeva — Azərbaycan Respublikasının Əməkdar rəssamı, Naxçıvan Muxtar Respublikasının Əməkdar rəssamı, Naxçıvan Rəssamlar Birliyinin sədri, Dördüncü çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı.
  • Abbas Quliyev – Sovet İttifaqı Qəhrəmanı.

İqtisadiyyatı

2014-cü ildə otuz bir min nəfər əhalinin yaşadığı 7 yaşayış məntəqəsini birləşdirən Şəkərabad-Babək-Nehrəm-Arazkənd dairəvi avtomobil yolunun yenidən qurulması məqsədi ilə Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabinetinə ilkin olaraq 5,0 (beş) milyon manat ayrılmışdır[7].

Mədəniyyəti

Kənddə mədəniyyət müəssisəsi mövcud deyil.

Təhsil

Kənddə Şəkərabad kənd tam orta məktəbi fəaliyyət göstərir.[8]

Din

Kənddə dini ibadət yeri və ya dini icma qeydə alınmamışdır.

Səhiyyə

Kənddə səhiyyə müəssisəsi mövcud deyil.

İstinadlar

  1. "Azərbaycan Respublikası Dövlət Statistika Komitəsi. Azərbaycan Respublikasının Dövlət Standartı. İnzibati ərazi bölgüsü təsnifatı — 2019. Bakı: 2020, səh. 106" (PDF). 2022-01-28 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2022-06-16.
  2. "Naxçıvan Muxtar Respublikasının bəzi rayonlarının inzibati ərazi bölgüsündə qismən dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinin 30 sentyabr 2003-cü il tarixli, 500-IIQ saylı Qərarı". 2022-06-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-06-16.
  3. "Naxçıvan Muxtar Respublikasının bəzi rayonlarının inzibati ərazi bölgüsündə qismən dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinin 29 mart 2005-ci il tarixli, 874-IIQ saylı Qərarı". 2022-06-17 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-06-17.
  4. Azərbaycan toponimlərinin ensiklopedik lüğəti. Bakı: Şərq-Qərb. 2007. səh. XXXX.
  5. Azərbaycan Respublikası əhalisinin siyahıya alınması. 1999-cu il. I hissə. Bakı: "Səda" nəşriyyatı, 2000, səh. 38.
  6. "Azərbaycan Respublikası əhalisinin siyahıyaalınması. 2009-cu il. I cild. Bakı: Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi, 2010, səh. 37". 2022-06-17 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-06-16.
  7. "Naxçıvan Muxtar Respublikasının Babək rayonunda Şəkərabad-Babək qəsəbə-Nehrəm-Arazkənd dairəvi avtomobil yolunun yenidən qurulması ilə bağlı tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı". president.az (az.). president.az. 27 avqust 2014, 18:15. 2021-07-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2014-09-10.
  8. "Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi. Babək rayon Təhsil Şöbəsinin əhatə etdiyi ümumtəhsil məktəbləri haqqında MƏLUMAT (tehsil.nmr.az)". 2022-06-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-06-21.

Xarici keçidlər


Həmçinin bax

This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.