Şəhriyar Musayev
Şəhriyar Musayev (tam adı: Şəhriyar Vahid oğlu Musayev; 2 noyabr 1988, Sumqayıt) — Azərbaycanlı kamança ifaçısı.[2]
Şəhriyar Musayev | |
---|---|
Ümumi məlumatlar | |
Doğum tarixi | 2 noyabr 1988 (35 yaş) |
Doğum yeri | Sumqayıt, Azərbaycan SSR, SSRİ |
Vətəndaşlığı |
SSRİ→ Azərbaycan |
Milliyyəti | azərbaycanlı |
Musiqiçi məlumatları | |
Fəaliyyəti | Kamança, pedaqoq |
Fəaliyyət illəri | 2007 – h.h. |
Musiqi aləti | Kamança[1] |
Təhsili |
Sumqayıt Musiqi Texnikumu Azərbaycan Milli Konservatoriyası |
Mükafatları | Aler Kamancha (2020) |
Həyatı
Musayev Şəhriyar Vahid oğlu 1988-ci il noyabrın 2-də Sumqayıt şəhərində anadan olub. 1995-ci ildə Mətləb Quliyev adına Sumqayıt şəhər 3 saylı orta məktəbin 1-ci sinfinə daxil olub. 2004-cü ildə həmin məktəbin 9-cu sinfini bitirib.[3]
2004-cü ildə Sumqayıt şəhər Bülbül adına Uşaq İncəsənət məktəbinin kamança ixtisasını bitirib, 2004-cü ildə Sumqayıt Musiqi Texnikumunun (indiki Azərbaycan Milli Konservatoriyasının nəzdində Sumqayıt Musiqi Kolleci) "Xalq Çalğı Alətləri" şöbəsinin kamança sinfinə qəbul olmuş, 2008-ci ildə oranı bitirmişdir. 2008–2009-cu illərdə hərbi xidmətdə olmuşdur.[3]
2010-cu ildə Konservatoriyanın "Xalq Çalğı Alətləri İfaçılığı" fakültəsinin kamança ixtisasına qəbul olmuşdur. 2014-cü ildə AMK-ni bitirmi, həmin ildə dövlət hesabına müsabiqədənkənar magistr təhsil pilləsinə qəbul olmuş və 2016-cı ildə magistr təhsilini bitirmişdir.[4]
Ailəlidir iki övladı var. Həyat yoldaşı Zülfiyyə Musayeva psixoloqdur. Azərbaycan Dövlət Pedaqoji Universitetinin psixologiya fakültəsinin doktorantıdır. Böyük oğlunun adı Murad (01.08.2015), kiçik oğlunun adı isə Amindir (07.07.2017).
Yaradıcılığı
Şəhriyar Musayev 2009–2012-ci illərdə Sumqayıt şəhər Uşaq və Yeniyetmələrin Yaradıcılıq Mərkəzində dərnək rəhbəri kimi fəaliyyət göstərmişdir.
2013-cü ilin fevralında Bakıda Heydər Əliyev Fondunun, Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi, Təhsil Nazirliyinin və Azərbaycan Milli Konservatoriyasının birgə təşkilatçılığı ilə keçirilən III Respublika Muğam Müsabiqəsinin laureatı (3-cü yer) olmuş və III Beynəlxalq Muğam Festivalında iştirak etmək hüququ qazanıb.[5]
2013-cü il martında "Muğam aləmi" III Beynəlxalq Muğam Festivalı çərçivəsində keçirilən Beynəlxalq muğam müsabiqəsində Azərbaycanı təmsil edib.[6][7] Martın 18-də Heydər Əliyev Fondunun, Mədəniyyət və Turizm Nazirliyinin və Azərbaycan Bəstəkarlar İttifaqının birgə təşkilatçılığı ilə keçirilən “Muğam aləmi” Üçüncü Beynəlxalq Muğam Festivalı çərçivəsində Üçüncü Beynəlxalq muğam müsabiqəsi başa çatmışdır. Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasının kamera və orqan musiqisi zalında keçirilən tədbirdə instrumental muğam ifaçılığı üzrə Azərbaycandan Şəhriyar Musayev də qalib gəlib.[8][9]
2013-cü ilin noyabrında Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə "Gənc Muğamsevərlər" Musiqi Festivalı layihəsi çərçivəsində Sumqayıt şəhərində Nəriman Nərimanov adına mədəniyyət evində baş tutan Muğam Festivalında gənc muğam ifaçılarını kamançada müşayiət edib.[10][11][12][13]
2017-ci ildə Türk dövlətlərinin musiqiçi və ifaçılarından ibarət yaranmış "TÜRKCAN"[14] beynəlxalq layihənin general meneceridir.[4][15]
2017-ci ildə “Modern muzik” qrupu olaraq həbsdə olan müğənni Fədayə Laçının "Ayrılırıq" mahnısı fərqli tərzdə ifa edilib.[16] 2019-cu ildə müğənni Elnarə Xəlilovanın "Səndən sonra..." mahnısına çəkilən klipdə kamançada ifa edib.[17]
2020-ci il avqust ayında Xalq Artisti Alim Qasımov ilə birgə "Xatirədir" adlı layihədə iştirak etmişdir. YouTube kanalı üzərindən yayımlanan "KamanTV" adlı layihənin müəllifidir.[4]
Yaradıcılığı ilə yanaşı müəllimlik fəaliyyətini də davam etdirərək hal-hazırda Xocavənd rayonu Tuğ kənd uşaq musiqi məktəbində[18] və eyni zamanda Sumqayıt Musiqi Kollecində Kamança ixtisası üzrə tədris aparır.[19]
2020-ci ildə "Aler Kamancha" tərəfindən "Stay Home, Stay With Music" şüarı ilə təşkil edilən "Online Music Festival"-ında "Over 25 age group" üzrə 1-ci yer olub. Qalib olaraq 4500 ABŞ dolları dəyərində Aler Kamanchah şirkətinin təsis etdiyi kamança aləti qazanıb.[20]
13 mart 2023-cü ildə The Ritz-Carlton hoteldə Heydər Əliyevin 100 illiyinə həsr olunmuş "Qarabağ Azərbaycandır" adlı tədbir ilə ilin ilk "Azerbaijan Best Awards" mükafatlandırma layihəsində mükafat qazanıb.[21]
Albomları
Konsertlər
2007-ci il Türkiyənin paytaxtı Ankara şəhərində keçirilən Beynəlxalq Musiqi Festivalı.
2011-ci il İran İslam Respublikasının Təbriz, Ərdəbil, Əhər və Meşkin şəhərlərində keçirilən muğam konsertləri.
2011-ci il Macarıstanın paytaxtı Budapeşt və Buqac, Balatonendred şəhərlərində keçirilən Turan Kurultayı.
2012-ci il Rusiyada Tatarıstanın paytaxtı Kazan və Çuvaşıstanın paytaxtı Çeboksarı şəhərlərində "Qədim Musiqi Alətləri" ansamblı ilə bayram konsertləri.
2013-cü ildə Azərbaycanda keçirilmiş III Respublika və Beynəlxalq Muğam müsabiqəsinin[22] Laureatı (3-cü yer).[23]
2013-cü ilin mayında tarzən Humay Qədimovanın Beynəlxalq Muğam Mərkəzində "Oxu tar" adlı solo konserti.[24]
2013-cü il Türkiyədə İstanbul şəhərində millət vəkili Qənirə Paşayeva ilə Xocalı Soyqırımına həsr edilmiş tədbir.
2015-ci ildə Qazaxıstanın Alma-Ata şəhərində "Jas Star" (Gənc Ulduz) festivalı (fəxri musiqiçi qismində).
2016-cı ildə Azərbaycan Milli Konservatoriyasının dəstəyi ilə Beynəlxalq Muğam Mərkəzinin təşkil etdiyi Yel çərşənbəsinə və 8 mart Beynəlxalq qadınlar Gününə həsr edilmiş muğam gecəsi.[25]
2016-cı ildə TÜRKSOY-un təşkil etdiyi Novruz bayramına həsr edilmiş silsilə konsertlər; Türkiyə — Ankara, İstanbul, Bolu, Amerika Birləşmiş Ştatlarında — Nyu-York və Vaşinqton.
2016-cı ildə "TÜRKSOY"-un təşkil etdiyi Qazaxıstan — Alma-Ata, Qırğızıstanda — Bişkek, Türkiyə — İzmir və Kiprdə silsilə konsert proqramları.
2017-ci ildə Türkiyə — Ankara, Bolu, Bursa, Ədirnə, Rumıniya — Buxarest[26][27], Moldova — Kişinyov və Komrat şəhərlərində "TÜRKSOY"-un yaranmasının 25 illiyinə həsr edilmiş konsert proqramları.
2017-ci il Avstriyanın paytaxtında Vyana şəhərində Azərbaycan Mədəniyyət Mərkəzində Xan Şuşinski Fondunun keçirtdiyi "Könlüm Keçir Qarabağdan" adlı konsert proqramı.
2017-ci ildə Türkiyə, Qazaxıstan, Azərbaycan səfirliklərinin Braziliyanın Brazilia və San Paulo şəhərlərində birgə təşkil etdiyi konsert proqramı.[28][15][29]
2018-ci ildə Bəstəkar Qara Qarayevin 100-illik yubileyi, "TÜRKSOY"-un yaranmasının 25 illiyi ilə əlaqədar Türkiyə — İstanbul, Yaponiya — Tokio, Kavasaki, Hamamatsu və Akasaka şəhərlərində silsilə konsert proqramları.[30]
2023-cü ildə UNESCO üzrə Azərbaycan Respublikası Milli Komissiyasının dəstəyi, Azərbaycanın Avropa Şurası yanında Daimi Nümayəndəliyinin və Avropa Şurasının Yerli və Regional Hakimiyyətlər Konqresində (Konqres) Azərbaycan nümayəndə heyətinin birgə təşkilatçılığı ilə Konqresin 44-cü sessiyası çərçivəsində Novruz bayramı münasibətilə keçirilmiş mədəni tədbir.[31][32]
Həmçinin bax
İstinadlar
- "Elnarədən yeni mahnı - "Səndən sonra..."". 2023-05-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-05-21.
- "ADPU-da Ulu Öndərə həsr olunmuş ədəbi gecə: Sən elə bir zirvəsən…". 2023-05-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-05-21.
- "Şəhriyar Musayev * Artist.az: Azərbaycan artistləri". 2023-05-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-05-21.
- "Şəhriyar Musayev:"Kamançanı daim diqqət mərkəzində görmək istəyirəm"-VİDEO". 2021-01-26 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2020-12-31.
- "Respublika muğam müsabiqəsinin seçim turları başa çatıb". 2023-05-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-05-21.
- "III Beynəlxalq muğam müsabiqəsinin püşkatma mərasimi keçirilib". 2023-06-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-06-30.
- "Bakıda beynəlxalq muğam müsabiqəsinin açılış mərasimi olmuşdur". 2023-06-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-06-30.
- Üçüncü Beynəlxalq muğam müsabiqəsinin qalibləri müəyyən edilmişdir
- "Üçüncü Beynəlxalq muğam müsabiqəsinin qalibləri müəyyən edilmişdir". 2023-06-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-06-30.
- Sumqayıtda Muğam Festivalı keçirilib
- Sumqayıtda gənc ifaçıların muğam festivalı keçirilmişdir
- "Sumqayıtda muğam festivalı keçirildi". 2023-05-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-05-21.
- "Sumqayıtda muğam festivalı keçirildi- Foto". 2023-05-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-05-21.
- "Arxivlənmiş surət". 2020-11-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-12-31.
- Şəhriyar Musayev: "Yaradıcı insan gördüyü işləri ilə ön planda olmalıdır" + VİDEO
- "FƏDAYƏ LAÇINI belə yad etdilər". 2023-06-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-06-30.
- "Elnarə: "Səndən sonra…"". 2023-06-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-06-30.
- "Xocavənddə Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr edilmiş konsert proqramı və atəşfəşanlıq təşkil edilmişdir". 2023-05-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-05-21.
- "Gənc rəssamın fərdi sərgisi". 2023-05-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-05-21.
- "Şəhriyar Musayev:"4500 dollar dəyərində kamança aləti qazanmışam"". 2021-01-24 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2020-12-31.
- "Məşhurların iştirakı ilə ilin ilk "Azerbaijan Best Awards" mükafatlandırma layihəsi baş tutdu - FOTO". 2023-05-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-05-21.
- "Üçüncü Beynəlxalq muğam müsabiqəsinin instrumental muğam ifaçılığı üzrə birinci turunun nəticələri məlum olmuşdur". 2023-05-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-05-21.
- "Muğam festivalında ikinci seçim turu olub". 2023-05-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-05-21.
- "Humay Qədimovanın "Oxu tar" konserti baş tutub". 2023-05-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-05-21.
- "Beynəlxalq Muğam Mərkəzi xalqımızı "Yel çərşənbəsi" və Beynəlxalq Qadınlar Günü münasibətilə təbrik edib". 2023-05-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-05-21.
- "TÜRKSOY-un Buxarestdə möhtəşəm konserti keçirilib". 2023-05-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-05-21.
- "TÜRKSOY-un Buxarestdə möhtəşəm konserti keçirilib". 2023-05-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-05-21.
- Braziliyada Türk və Latın Amerikası mədəniyyəti bir araya gəlib
- "Braziliyada Türk və Latın Amerikası mədəniyyəti bir araya gəlib". 2023-05-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-05-21.
- Azərbaycanlı musiqiçilər: Fəxr edirik ki, xalq musiqimizi Yaponiyada təmsil etmək bizə həvalə olunmuşdu
- "Novruz bayramı Avropa Şurasının mənzil-qərargahında və Strasburq kilsəsində də qeyd olunub VİDEO". 2023-03-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-05-21.
- "Novruz bayramı Avropa Şurasında qeyd olunub". 2023-05-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-05-21.
Xarici keçidlər
- Shahriyar Musayev — YouTube kanalı
- Shahriyar Musayev — Spotify səhifəsi
- Shahriyar Musayev — iTunes səhifəsi
- Shahriyar Musayev — Instagram səhifəsi
- Shahriyar Musayev — Deezer səhifəsi