Şəhriyar Məcidzadə
Şəhriyar Məcidzadə (azərb. Şəhriyar Sərdar oğlu Məcidzadə d. 10 sentyabr 1986, Tərtər rayonu, Azərbaycan SSR) – Etatist qəzetinin təsisçisi, Milli Fikir Mərkəzinin sədri.
Şəhriyar Məcidzadə | |
---|---|
azərb. Şəhriyar Sərdar oğlu Məcidzadə | |
Doğum tarixi | |
Doğum yeri | Tərtər rayonu, Azərbaycan SSR, SSRİ |
Vətəndaşlığı | SSRİ Azərbaycan |
Atası | Sərdar Həmidov |
Milliyyəti | Azərbaycanlı |
İxtisası | Beynəlxalq Hüquq |
Təhsili | Taras Şevçenko adına Kiyev Milli Universiteti |
Fəaliyyəti | siyasətçi, jurnalist |
Fəaliyyət illəri | 2011 - 2017 |
Əsli
Şəhriyar Məcidzadənin atası – Sərdar Məcid oğlu Həmidov, 1992-ci ildən 1994-cü ilə qədər Dağlıq Qarabağla təmas xəttində yerləşən Tərtər rayon İcra Hakimiyyətinin başçısı və Tərtər Özünümüdafiə Batalyonunun komandiri olmuşdur. 15 may 1994-cü ildə Bişkekdə Azərbaycanla Ermənistan arasında imzalanan atəşkəs razılaşmasından 10 gün sonra vəzifəsindən azad edilib.
Həyatı
Şəhriyar Məcidzadə 10 sentyabr 1986-cı ildə Tərtər rayonunda anadan olub. Müharibə bitənə qədər Tərtər rayonunda 1 saylı orta məktəbdə təhsil alıb. 1994-cü ildə Bakı şəhəri, Nərimanov rayon 77 saylı orta məktəbdə təhsilini davam etdirib. 1997-ci ildə atası həbs edildikdən sonra Nəsimi rayonunda Elitar Gimnaziyaya daxil olub və 2003-cü ildə həmin gimnaziyanı bitirib.
2005-ci ildə Taras Şevçenko adına Kiyev Milli Universitetinin Beynəlxalq Əlaqələr İnstitunun Beynəlxalq Hüquq fakültəsinə daxil olub və 2009-cu ildə həmin universiteti fərqlənməylə bitirib. Universitetdə nizam-intizam qaydalarına ciddi yanaşmasına və fəaliyyətinə görə universitet rəhbərliyi tərəfindən xasiyyətnamə alan yeganə xarici tələbə olub.[1][2]
2009-cu ildə universiteti bitirdikdən sonra həqiqi hərbi xidmətə çağırılıb və Azərbaycan Respublikası Silahlı Qüvvələrin Təlim-Tədris Mərkəzinə daxil olub. 2010-cu ildə Müdafiə Nazirinin müvafiq əmrinə əsasən leytenant rütbəsi alaraq taqım komandiri vəzifəsinə təyin edilib və cəbhə bölgəsində yerləşən N saylı hərbi hissəyə göndərilib.
Fəaliyyəti
2011-ci ilin iyul ayından ordu sıralarından ehtiyata buraxılır və elə həmin ilin oktyabr ayında özünün fikir müəllifliyi ilə həftəlik “Etatist” qəzetinin nəşrinə başlanılır.[3] 2012-ci ilin may ayının 5-də bir qrup gənc Milli Fikir Mərkəzini təsis edir və 15 iyun tarixdə Şəhriyar Məcidzadə Milli Fikir Mərkəzinin sədri seçilir.[4][5]
2012-ci ilin oktyabrın 6-da həbs olunan siyasi məhbusların azad edilməsi tələbi ilə təşkil olunan Müsavat Gənclər Təşkilatının gənclərlə bağlı forumunda iştirak edib.[6]
2012-ci ilin noyabr ayında Şəhriyar Məcidzadənin təşəbbüsü ilə, Milli Fikir Mərkəzinin üzvlərindən ibarət, könüllülük əsasında fəaliyyət göstərən redaksiya heyəti yaradılır və “Etatist” internet qəzeti təsis edilir.[7]
Şəhriyar Məcidzadənin Milli Fikir Mərkəzinə rəhbərlik etdiyi dövrdə mərkəz, müxtəlif ictimai-siyasi simaların, şair və yazarların, professorların, tarixçilərin iştirakı ilə 60-dan çox seminar, müxtəlif tədbirlər və gənclərin müzakirələrini təşkil edib. Həmçinin onun rəhbərliyi ilə Tərtərdə radikal dini qruplaşmaların da fəaliyyəti ilə bağlı geniş araşdırma aparaq ictimaiyyətə və dövlət qurumlarına məlumat verilib.[8][9]
2012-ci ilin oktyabr ayında Azərbaycan Respublikasının Milli Məclisinin Sosial-siyasət komitəsi tərəfindən irəli sürülən “cinsi tərbiyyə” fənninin keçirilməsinə qarşı geniş araşdırılma aparılıb və cəmiyyətə təqdim edilib. Araşdırmada dünya ölkələrində bu fənn keçirildikdən sonra qeyri-effektiv olmasına dair və uşaq psixologiyasın mənfi təsir göstərdiyi ilə bağlı məlumatlar yer almışdı. Şəhriyar Məcidzadənin əsas arqumentlərindən biri 1960-cı ildə İran şahı Rza Şah Pəhləvinin apardığı “Ağ inqilab”a qarşı olaraq dini müxalifət yaranması və qütbə çevrilməsi idi. “Cinsi tərbiyə” məktəblərdə keçiriləcəyi təqdirdə mühafizəkar ailələr qız övladlarını məktəbə buraxmaya bilərdi bilərdi.[10][11][12]
Şəhriyar Məcidzadə Azərbaycanda dünyəvi dövlət quruluşuna qarşı olan dini cərəyanların fəaliyyətinin gündəmə gətirilməsində rol oynayıb.[13][14][15]
2015-ci ilin noyabr ayında keçirilən AR Parlament seçkilərində Şəhriyar Məcidzadə 95 saylı Tərtər seçki dairəsindən namizədliyini irəli sürmüşdü. Lakin onun namizədliyi qeydə alınmayıb, daha sonra Mərkəzi Seçki Komissiyasına etdiyi şikayətdən sonra namizədliyi təkrar qeydə alınmışdır.[16][17]
Həbs olunması
Şəhriyar Məcidzadə 2014-cü ilin fevralın 19-u rəhbəri olduğu Milli Fikir Mərkəzinin üzvləri ilə birgə Bakıda Nəsimi heykəlinin önündə aksiya keçirib.[18] Aksiyaya səbəb fevralın 16-ı Bakıda “Vətən” kinoteatrında gənc repçi “Kabus”un planlaşdıran konsertinin baş tutmaması olub. Polis konsertin qeyri-qanuni olduğunu bildirib və tədbirin keçirilməsinə icazə verməyib. Qərara etiraz edən Şəhriyar Məcidzadə və bir qrup gənc baş verənlərin qanunsuz olduğunu əsas gətirərək etiraz aksiyası təşkil ediblər.[19] Lakin polisin müdaxiləsi nəticəsində aksiya baş tutmayıb. Şəhriyar Məcidzadə 4 nəfər mülki geyimli şəxs tərəfindən həbs edilərək, Mütəşəkkil Cinayətkarlara Qarşı Baş Mübarizə İdarəsinə aparılıb. 5 saat sonra, təxminən saat 19:00-da Şəhriyar Məcidzadə sərbəst buraxılıb.[20][21]
Aksiyalar
Şəhriyar Məcidzadə cəmiyyətdə hüquqi dövlətçilik ideyalarını təbliğ etmək üçün Respublika Günündə Sahil bağında (keçmiş "26-lar Bağı") Sovet imperializminin repressiyasını ifadə etmək məqsədilə 28 may aksiyası keçirib.[22]
1993-cü ildə Gəncədə Surət Hüseynovun dövlətə qiyamı, qeyri-konstitusion yolla hakimiyyətə gəlməsini dövlətə xəyanət kimi qiymətləndirən MFM ilə birlikdə 2012-ci ilin 4 iyun tarixində bununla bağlı aksiya keçirib.[23][24]
2012-ci ildə cəmiyyətdə oxumaq və maariflənmək ideyasını təbliğ etmək məqsədilə “Oxu! Özünü dərk et” aksiyası keçirilib.[25]
2014-cü ildə 283 saylı məktəbin direktoru Etatist internet qəzetinə qarşı məhkəmə iddiası qaldırır və 50 min manat tələb edir.[26] Bundan sonra Şəhriyar Məcidzadə “Ölü təhsil-ölü nəsil” adlı tədbir keçirir, Milli Fikir Mərkəzi Təhsil Nazirliyi qarşısında aksiya təyin edir və gənclər virtual aksiya keçirib iddianın geri götürülməsini tələb edir. Oktyabr ayının 24-də iddia edənin tələbini geri götürməsi ilə bağlı mətbuata açıqlama verir və buna görə də aksiya təxirə salınır.[27][28]
İstinadlar
- Характеристика Меджидзаде Сардар оглы Щахрияра I часть (rus.)
- Характеристика Меджидзаде Сардар оглы Щахрияра II часть (rus.)
- Mətbuat camiəsinə "Etatist" gəlir Arxivləşdirilib 2018-01-19 at the Wayback Machine. musavat.com, 21.09.2011 (az.)
- Milli Fikir Mərkəzi təsis olunub Arxivləşdirilib 2015-04-23 at the Wayback Machine. publika.az, 14.05.2012 (az.)
- “Əmim siyasətlə məşğul olmayıb” - Şəhriyar Məcidzadə Arxivləşdirilib 2016-12-20 at the Wayback Machine. qafqazinfo.az, 31.07.2012 (az.)
- Müsavat Partiyasında gənclərlə bağlı forum keçirilib Arxivləşdirilib 2021-10-19 at the Wayback Machine. apa.az, 06.10.2012 (az.)
- Etatist internet qəzeti Arxivləşdirilib 2019-09-10 at the Wayback Machine. etatist.com, 17.11.2012 (az.)
- Güc strukturlarımızın nurçularla bağlı qərarı var Arxivləşdirilib 2014-08-05 at the Wayback Machine axar.az, 4.04.2014 (az.)
- "Tərtərlə bağlı məsələ prezidentin diqqətinə çatdırılacaq" Arxivləşdirilib 2016-12-20 at the Wayback Machine etatist.com, 23.01.2015 (az.)
- Azərbaycanda seksual tərbiyə dərsi "keçilməyə bilər" Arxivləşdirilib 2017-09-01 at the Wayback Machine. BBC Azərbaycanca, 15.11.2012 (az.)
- Gənclər təşkilatı “cinsi tərbiyə”yə qarşıdır Arxivləşdirilib 2016-12-23 at the Wayback Machine contact.az, 21.11.2012 (az.)
- "Nə seksual tərbiyə? Nəzərə alın ki ölkənin 80 faizindən çoxu müsəlmandır" Arxivləşdirilib 2014-08-22 at the Wayback Machine azadliq.org, 13.11.2012 (az.)
- "Dövlət içində yapılanma - nurçuluq" Arxivləşdirilib 2016-12-20 at the Wayback Machine. Etatist internet qəzeti, 26.04.2013 (az.)
- "Dövlət içində yapılanma - nurçuluq". youtube.com 29.04.2013 (az.)
- "MFM Dövlət içində yapılanma nurçuluq Arxivləşdirilib 2014-04-21 at the Wayback Machine. youtube.com 16.05.201 (az.)
- MSK 95 saylı Tərtər Seçki Komissiyasına xüsusi xəbərdarlıq edəcək apa.az, 23.09.2015 (az.)
- MSK İsgəndər Həmidovun qardaşı oğlu ilə bağlı DSK-nın qərarını qanunsuz sayıb Arxivləşdirilib 2015-10-27 at the Wayback Machine report.az, 23.09.2015 (az.)
- Baş redaktor həbsinin səbəblərini açıqladı Arxivləşdirilib 2021-10-20 at the Wayback Machine. musavat.com, 20.02.2014 (az.)
- Mülki geyimlilər İsgəndər Həmidovun qardaşı oğlunu belə apardı (Fotolar) Arxivləşdirilib 2021-10-20 at the Wayback Machine. virtualaz.org, 19.02.2014 (az.)
- "Kabus"-u müdafiə edən İsgəndər Həmidovun qardaşı oğlu saxlanıldı Arxivləşdirilib 2021-11-05 at the Wayback Machine youtube.com, 19.02.2014 (az.)
- Baş redaktor Bakı Polisinə aparıldı – Video/Yeniləndi Arxivləşdirilib 2021-10-19 at the Wayback Machine. axar.az, 19.02.2014 (az.)
- GƏNCLƏR ŞAUMYANIN ŞƏKLİNİ YANDIRDILAR Arxivləşdirilib 2016-12-20 at the Wayback Machine. obyektiv.tv, 28.05.2012 (az.)
- Gənclər 4 iyunla bağlı aksiya keçirdi- (Fotolar) Arxivləşdirilib 2018-01-19 at the Wayback Machine musavat.com, 04.06.2013 (az.)
- 4 iyun xəyanət aksiyası Arxivləşdirilib 2018-01-19 at the Wayback Machine anspress.com, 4.06.2013 (az.)
- Milli Fikir Mərkəzi, flaşmob youtube.com, 18.07.2013 (az.)
- Məktəb direktoru Etatist.com-dan 50 min manat tələb edir Arxivləşdirilib 2018-01-19 at the Wayback Machine etatist.com, 22.09.2014 (az.)
- Gənclərin tələbi yerinə yetirildi Arxivləşdirilib 2016-12-20 at the Wayback Machine etatist.com, 24.10.2014 (az.)
- Gənclər nazirliyin qarşısında aksiya keçirəcək musavat.com, 8.10.2014 (az.)