Şəhriyar (Şamaxı)

ŞəhriyarAzərbaycan Respublikasının Şamaxı rayonunun inzibati ərazi vahidində qəsəbə. Azərbaycan Respublikası Milli Məclisinin 5 oktyabr 1999-cu il tarixli, 708-IQ saylı Qərarı ilə Şamaxı rayonunun Şamaxı şəhər inzibati-ərazi vahidi tərkibindəki yaşayış məntəqəsi Şəhriyar qəsəbəsi adlandırılmış və rayonun yaşayış məntəqələri uçot məlumatına daxil edilmişdir. Şəhriyar qəsəbəsi Şamaxı şəhər inzibati-ərazi vahidi tərkibindən ayrılaraq, bu qəsəbə mərkəz olmaqla Şəhriyar qəsəbə inzibati-ərazi vahidi yaradılmışdır.[1]

Şəhriyar
40°35′35″ şm. e. 48°36′41″ ş. u.
Ölkə
Tarixi və coğrafiyası
Mərkəzin hündürlüyü 650 m
Saat qurşağı
Şəhriyar xəritədə
Şəhriyar
Şəhriyar

Tarixi

Kənd 1931-ci ildə Lenin adına sovxoz adı ilə yaranmışdır.

İqtisadiyyatı

Həmin ildən təsərrüfatda sürətlə üzümçülük inkişaf etmişdir. Üzümlüklərin ümumi sahəsi 2422 ha. çatdırılmışdır. Dünya şöhrətli "Mədrəsə", "Şirvanşahı", "Şamaxı mərəndisi", "Qara mərəndi", "Qızılı mərəndi" sortları bu torpaqda yaranmışdır. Sovxozun üçümçülərindən 4 nəfərinə Sosialist Əməyi Qəhrəmanı adı verilmiş, 18 nəfəri isə Lenin ordeni ilə təltif olunmuşlar. Yerli üzüm sortlarından hazırlanan "Kaqor", "Şamaxı" şərabları 2 dəfə ümumdünya və ümumittifaq sərgilərinin qızıl, 3 dəfə gümüş medalına layiq görülmüzdür. "Mədrəsə", "Mədrəsəli", "Qarayeri", "Qırmız Azərbaycan", "Dəllər" şərabları sovxoz şərabçılarının məhsulu idi. Lenin adına sovxoz 1992-ci ildə Nadir Məmmədov (vaxtilə sovxozun direktoru olub) adına sovxoz, 1999-cu ildən isə Şəhriyar qəsəbəsi adlandırıldı. İki uşaq bağçası, məktəb, klub, kitabxana, mədəniyyət evi, Azərbaycan Müəllimlər İnstitutunun Şamaxı filialı, FHN-in Mülkü-Müdafiə Qoşunlarının Şamaxı taboru var.[2]

Əhalisi

Əhalisi 4271 nəfərdir (2009), 2566 təsərrüfatı var.

Şəhidləri

  • Ələkbərov Xosrov Mürsəl oğlu
  • Rəhmanov Vidadi Lütvi oğlu
  • Babaşov Anar Əlibala oğlu

İstinadlar

Həmçinin bax

This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.