Şəhriyar Şirvani
Məşədi Mirzə Qəni Məhəmmədsadıq oğlu Şəhriyar Şirvani (1852-?) — XIX əsr Azərbaycan şairi.[1]
Şəhriyar Şirvani | |
---|---|
Doğum tarixi | 1852 |
Doğum yeri | |
Fəaliyyəti | şair |
Şəhriyar Şirvani Vikimənbədə |
Həyatı
Məşədi Mirzə Qəni Məhəmmədsadıq oğlu Şəhriyar Şirvani 1852-ci ildə Şamaxıda anadan olmuşdur. Köhnə üsul ilə mükəmməl təhsil almışdır. Cavan vaxtlarında altı il Teymurxanşurada yaşamış, sonra İrana getmiş, Raşt, Qum, Qəzvin şəhərlərinə səyahət etdikdən sonra Tehrana qayıdaraq orada tibb elmini öyrənmişdir. Mirzə Qəni on səkkiz il İranda qalmışdır. Vətəninə qayıtdıqda Şamaxıya getməyib, əvvəl Gəncədə, sonra isə Ağdaş va Göyçayda "Hacı Həkim" ləqəbilə təbiblik etmişdir. 1915-ci ildə Göyçayda vəfat etmiş, vaxtilə Göyçay- Ucar yolunun üstündə olan şəhər qəbiristanlığında dəfn olunmuşdur. Ağdaş ədəbi dərnəyinin iştirakçılarındandır. Bəzi cünglərdə bir neçə şeiri qalmışdır.
İstinadlar
- Tərtib edəni: Zaman Əsgərli. "XIX əsr Azərbaycan şeiri antologiyası" (PDF). Milli Kitabxana (az.). "Şərq-Qərb". 2005. 2016-03-05 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2016-08-13.