Şəhriyar İmanov

Şəhriyar İmanov (21 aprel 1989, Bakı, Azərbaycan SSR) — azərbaycanlı tarzən, Azərbaycan Respublikasının əməkdar artisti[1]

Şəhriyar İmanov
Ümumi məlumatlar
Ləqəbi Shahriyar Imanov
Doğum tarixi
Doğum yeri Bakı, Azərbaycan SSR, SSRİ
Vətəndaşlığı Azərbaycan Azərbaycan
Musiqiçi məlumatları
Fəaliyyəti Tarzən, Musiqiçi
Janrlar Folk, Caz
Musiqi aləti Tar
Təhsili Azərbaycan Milli Konservatoriyası
Mükafatları "Azərbaycan Respublikasının əməkdar artisti" fəxri adı  — 2018
Youtube kanalı

Həyatı

Şəhriyar Ayaz oğlu İmanov 21 aprel 1989-cu ildə Bakı şəhərində ziyalı ailəsində anadan olub. İlk musiqi təhsilini 1994-cü ildə 4 №li musiqi məktəbində almışdır. 2002-ci ildə Bülbül adına orta ixtisas məktəbinə daxil olmuşdur. Azərbaycan Milli Konservatoriyasında bakalavr və magistr təhsili almışdır.

Fəaliyyəti

2013-cü ildə Azərbaycanda keçirilən III Beynəlxalq muğam aləmi festivalının I yerinə layiq görülmüşdür.[2] Bundan sonra onun yaradıcılığında xarici səfərlərin sayı artmaqla yanaşı, muğam ifaçısı Qoçaq Əsgərov, caz ifaçısı İsfar Sarabski ilə yaradıcılıq əlaqələri yaranır. ABŞ-də "Sxsw music festival"ında, İsraildə "Oud festival"ında[3], Çində "Shanxai world music festival"ında, Fransada "Midem" festivalında[4], İsveçrə "Montreux jazz festival"ında, Almaniyada "Rudolshtat folk music" festivalında iştirak etmişdir. Bundan başqa Yunanıstanda, İtaliyada, Çexiyada, Avstriyada, Ukraynada, Moskvada, İsveçrədə, Kiprdə, Hindistanda[5] müxtəlif konsert proqramları ilə çıxış etmişdir.

Xarici keçidlər

Rəsmi Video və Audio kanalları

Sosial media hesabları

İstinadlar

  1. "Arxivlənmiş surət". 2020-03-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-10-22.
  2. "Arxivlənmiş surət". 2022-01-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-10-22.
  3. "Arxivlənmiş surət". 2021-10-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-10-22.
  4. "Arxivlənmiş surət". 2022-07-14 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-10-22.
  5. "Arxivlənmiş surət". 2022-01-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-10-22.
This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.