Şəhla Əmirli

Əmirli Şəhla Yapon qızı — Kinoşünas, Radio-Televiziya redaktoru.

Şəhla Əmirli
Şəhla Yapon qızı Əmirli
Doğum tarixi
Doğum yeri Yevlax
Təhsili
Fəaliyyəti film scholar

Həyatı

Şəhla Əmirli 24 iyun 1974-cü ildə Yevlax şəhərində anadan olub. 1992-ci ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin "Kinoşünaslıq" fakültəsinə qəbul olunub və 1997-ci ildə həmin fakültəni bitirib. 1994–1995-ci illərdə bir müddət "Kino" qəzetinin xüsusi müxbiri kimi fəaliyyət göstərib. Daha sonra 1997–2000-ci illərdə Gəncə şəhərində fəaliyyət göstərən "Kəpəz TV" müstəqil tele-radio verilişləri şirkətində xüsusi müxbir kimi fəaliyyət göstərərək Azərbaycan kinosunun tarixi və inkişafı, eləcə də Qərb və Şərq kino tarixinin öyrənilməsi və tədqiqi ilə bağlı "Kinoman" verilişinin ən maraqlı detalları ilə geniş tamaşaçı auditoriyasına çatdırılmasında böyük xidmətləri olub. Daha sonra Şəhla Əmirli 2005-ci ildən 2006-cı ilin sonlarınadək "İctimai" tele-radio verilişləri şirkətinin "Kino" departamentinin redaktoru vəzifəsində çalışıb. Bu televiziyada çalışdığı müddət ərzində maraqlı və rəngarəng, bitkin "Film-mediya" verilişinin yaradılması da məhz onun zəhmətinin bəhrəsi olub. 2010-cu ildən Azərbaycan Radiosunda yayımlanan "Kino səltənəti" verlişinin ssenari müəllifi və aparıçısı olub. 2013-cü ildən "İctimai" Tele-Radio verilişləri şirkətinin "Ədəbiyyat və İncəsənət" redaksiyasında "Kinoda yaşanan ömür" verilişinin müəllif və aparıcısıdır. Eyni zamanda Azərbaycan kinematoqrafçıları haqqında film-portretlərin ssenari müəllifidir. Şəhla Əmirli Respublikada çapdan çıxan dövrü mətbuatda 100-dən artıq məqalə, resenziya və oçerklərin müəllifi kimi də tanınıb. Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının üzvüdür.

Belə ki, "Varlığına daima ehtiyac duyulan sənətkar", "Boz məkanın qaranlıq üzü", "Zəfər istəkdən güc alır", "Tarixin qan yaddaşı", "Seriallar: Baxaq, Baxmayaq?", "Onu çoxdandır görmürük", "Azərbaycan filmlərində musiqinin rolu", "Seriallar niyə yaranır", "Poetik üslublu rejissor", "Düşünərək güldürməyi bacaran aktyor", "Kino onun daxilinin əksi idi", "Ekrandan ucalan musiqi", "Lentlərə hopmuş ömür", "Rənglər dünyasının sakini", "Kino onu ana kimi qəbul etdi", "Sənətin gətirdiyi ucalıq", "Aktyor sənətinin ölməzliyi", "Kiçik açarla böyük qapı açmaq arzusu…", "Bir daha dublyaj barədə" və başqa bir-birindən maraqlı məqalə və resenziyaları Şəhla Əmirli qələminin məhsuludur. Həmçinin Şəhla Əmirli "Səhnə həyat nurumdur", "Azərbaycan kinosunun tarixi və inkişafı", "Azərbaycan kinematoqrafçıları — Portretlər."-silislə buraxılış olan kitabların redaktorudur.

İki övladı var.

Məqalələri

  1. Varlığına daima ehtiyac duyulan sənətkar (Xalq artisti Sədayə Mustafayeva haqqında). Mədəniyyət qəzeti, 30.08.2008. № 70 (586), səh. 12.
  2. Boz məkanın qaranlıq üzü. Mədəniyyət qəzeti, 31.05.2008. № 48 (564), səh. 13.
  3. Zəfər istəkdən güc alır. (müğənni Ruhi) Mədəniyyət qəzeti, 29.01.2009. № 5 (622) sayında, səh 11.
  4. Tarixin qan yaddaşı. Mədəniyyət qəzeti, 03.07.2008. № 56 (572) sayında, səh 13.
  5. Seriallar: Baxaq, Baxmayaq? Məbəniyyət qəzeti, 10.07.2008. № 58 (574) sayında, səh 6.
  6. Onu çoxdandır görmürük (xalq artisti Həmidə Ömərova). Mədəniyyət qəzeti, 04.12.2008. № 95 (611) sayında, səh 7.
  7. Azərbaycan filmlərində musiqinin rolu. Kino qəzeti, 26.05–02.06.2004. № 17 (1396) sayında, səh 3.
  8. Seriallar niyə yaranır. Cinema jurnalı, iyul-avqust 2008. № 2 sayında, səh 54–55.
  9. Poetik üslublu rejissor. (kinorejissor Arif Babayev "MƏDƏNİYYƏT" Qəzeti 09.10.2008.№ 80 /596/ sayında, səh 9)
  10. Düşünərək güldürməyi bacaran aktyor. (xalq artisti Fazil Salayev "MƏDƏNİYYƏT" Qəzeti 18.12.2008.№ 98 /614/ sayında, səh 10)
  11. Kino onun daxilinin əksi idi. (kinorejissor Həsən Seyidbəyli "MƏDƏNİYYƏT" Qəzeti 13.12.2008.№ 97 /613/ sayında, səh 8)
  12. Ekrandan ucalan musiqi.(xalq artisti, bəstəkar Emin Sabitoqlu "MƏDƏNİYYƏT" Qəzeti 22.11.2008.№ 92 /608/ sayında, səh 10)
  13. Lentlərə hopmuş ömür.(kinorejissor Rasim İsmayılov "MƏDƏNİYYƏT" Qəzeti 13.11.2008.№ 89 /605/ sayında, səh 13)
  14. Rənglər dünyasının sakini.(rəssam Qafar Sarıvəlli "MƏDƏNİYYƏT" Qəzeti 07.08.2008.№ 64 /580/ sayında, səh 14)
  15. Kino onu ana kimi qəbul etdi.(xalq artisti Sədayə Mustafayeva "KİNO" Qəzeti 06–13.10.2004.№ 33 /1412/ sayında, səh 9)
  16. Sənətin gətirdiyi ucalıq .(xalq artisti Məhəmməd Bürcəliyev "MƏDƏNİYYƏT" Qəzeti 08.04.2009.№ 23 /640/ sayında, səh 10)
  17. Aktyor sənətinin ölməzliyi.(xalq artisti Məhəmməd Bürcəliyev "AZƏRBAYCAN" Qəzeti 22.04.2009.№ 85 /5189/ sayında, səh 7)
  18. Həyatı gözəlləşdirməyə calışan sənətkar (xalq artisti Məhəmməd Bürcəliyev "XALQ" Qəzeti 03.05.2009.№ 95 /26153/ sayında, səh 8)
  19. Kiçik açarla böyük qapı açmaq arzusu…(əməkdar artist Səməndər Rzayev "MƏDƏNİYYƏT" Qəzeti 12.06.2009.№ 41 /658/ sayında, səh 5)
  20. Bir daha dublyaj barədə. ("MƏDƏNİYYƏT" Qəzeti 03.07.2009.№ 38 /655/ sayında, səh 11)
  21. Ərəb rejissorun "Susuzluq"u. Mərakeş filmləri kino və fotoqrafiyanın əyləncə növü olmadığını bir daha sübut etdi. ("MƏDƏNİYYƏT" Qəzeti 21.10.2009.№ 76 /693/ sayında, səh 10)
  22. Hadisələri canlandıran operator. (kino operator Xan Babayev 90 "MƏDƏNİYYƏT" Qəzeti 04.11.2009.№ 80 /697/ sayında, səh 3)
  23. "Niyyət"in qələbəsi (kinorejissor Samir Kərimoğlunun tammetrajlı bədii filmi haqqında "MƏDƏNİYYƏT" Qəzeti 23.12.2009.№ 89 /706/ sayında, səh 10)
  24. Kino onun həyatıdır (kinoşünas Aydın Kazımzadə-70 "RESPUBLİKA" Qəzeti 14.01.2010.№ 008 /3723/ sayında, səh 6)
  25. "Bədbəxtlərin bəxt üzüyü" ("MƏDƏNİYYƏT" Qəzeti 26.02.2010.№ 15 /722/ sayında, səh 11)
  26. "40-cı qapının sirri" Rejissor Elçin Musaoğlunun " 40-cı qapı " filmi haqqında. ("MƏDƏNİYYƏT" Qəzeti 19.05.2010.№ 32 /739/ sayında, səh 10)
  27. Uşaq dünyasından bəhs edən filmlər. ("MƏDƏNİYYƏT" Qəzeti 02.06.2010.№ 36 /743/ sayında, səh 10)
  28. "İstanbul reysi"ndə gördüklərim. Eldar Quliyevin eyni adlı filmi haqda. ("MƏDƏNİYYƏT" Qəzeti 09.06.2010.№ 38 /745/ sayında, səh 10)
  29. "Bəxtsiz kuklalar" Çingiz Rəsulzadənin "Kuklalar" filmi haqqında.("MƏDƏNİYYƏT" Qəzeti 23.06.2010.№ 41 /748/ sayında, səh 10)
  30. "Tamaşaçı sevgisi sənətkar üçün ən böyük qiymətdir"("MƏDƏNİYYƏT" Qəzeti 13.08.2010.№ 54–55 /762/sayında, səh 11)
  31. "Şahmarın sənət dünyası" ("MƏDƏNİYYƏT" Qəzeti 20.08.2010.№ 57 /764/ sayında, səh)
  32. "Kinonun ruhunu duyan bəstəkar"("MƏDƏNİYYƏT" Qəzeti 03.11.2010.№ / / sayında, səh 13)
  33. "Müasirlərini düşünən sənətkar" ("MƏDƏNİYYƏT" Qəzeti 24.11.2010.№ 82 /789/ sayında, səh 10)

Mükafatları

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin Fəxri Fərmanı-02.08.2018

İstinadlar

    This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.