Şəhid Ənvər Paşa (roman)

Şəhid Ənvər Paşa[2] (türk. Şehit Enver Paşa) — Nevzat Kösoğlunun Osmanlı İmperiyası tarixində əhəmiyyətli rol oynamış hərbçi və siyasi xadim Ənvər Paşadan bəhs edən son kitabı.[3]

Şəhid Ənvər Paşa
Şehit Enver Paşa
Müəllif Nevzat Kösoğlu[1]
Janr Tarix
Orijinalın dili Türkcə
Orijinalın nəşr ili 2008
Tərcüməçi Cəlil Cavanşir
Nəşriyyat “XAN” nəşriyyatı
Səhifə 580

Nevzat Kösoğlunun son kitabı olan “Şəhid Ənvər Paşa” ilk dəfə 2008-ci ildə “Ötükən” nəşriyyatında işıq üzü görüb. 2019-cu ilə qədər 7 dəfə təkrar nəşr olunub. Əsər Osmanlı İmperiyası tarixində əhəmiyyətli rol oynamış türk hərbçisi və siyasi xadim Ənvər Paşanın həyat və fəaliyyətinə həsr olunub. Kitab müəllifin uzun müddət davam edən araşdırmaları nəticəsində ərsəyə gəlib, geniş oxucu kütləsi üçün nəzərdə tutulub.

Məzmun

Osmanlının tənəzzülü də təşəkkülü kimi bir dastandır. Tənəzzülün qəhrəmanları olan nəslin bayraqdarı Ənvər Paşadır. Onların varlığı ilə imperiyanın tənəzzülünü birlikdə düşünmək çaşdırıcıdır və haqsızlıq kimi görünər. Onların ürəkləri dağ kimi idi; xəyalları da həmçinin... Əsla kiçik düşünmürdülər. Uca Dövləti, ölkəsi və millətiylə qurtarmaq üçün özlərini atəşlərə atarkən, hər biri imperiyanın bir uzaq küncündə, bütün Müsəlman dünyasını xilas etməyi arzulayır və bunun həyəcanı ilə sarsılırdılar. Böyük düşünmək, böyük yuxular görmək böyük zamanların görüntüləridir. Halbuki onlar çökürdülər və çökərkən belə ürəklərindəki və fikirlərindəki böyüklükləri tərk etmirdilər.

Sonra Anadoluya çəkildik. Artıq onları anlamaq çətinləşdi. İnsanlarımızda ürəklər daraldı, üfüqlər bağlandı; araya mənasız siyasi narahatlıqlar girdi. Ərzurumu, Sarıqamışı "Turan" zənn edib Ənvər Paşanı, "əsgərlərimizi Turan yolunda qırdırmaqla" günahlandırdıq. Halbuki, babalarımız İraqda, Fələstində, Qafqazlarda, Çanaqqalada vətən torpaqlarını müdafiə edirdilər. İngilis ordularının buralarda nə axtardıqlarını soruşmaq yerinə, onların uca mövqelərini mübahisəyə, müzakirəyə açdıq...

Ənvər Paşa o mübarək nəsilin rəhbəri idi.

Mustafa Kamal Atatürk deyir ki: "Ənvər bir Günəş kimi çıxmış, bir qürub ehtişamıyla batmışdır; arasını tarixə buraxaq."

İsmət İnönü deyir ki: "Ənver Paşa qiyamdan əvvəl əxlaq, cəsarət və qəhrəmanlıq nümunəsi olaraq tanınmışdır. Ənvərə ən çətin qitə xidmətləri tam və etimadla əmanət edilib. Ənvər Paşa şəxsi üstünlükləriylə yaxşı bir əsgər, yaxşı bir zabit olaraq, cəmiyyətin qüsur olaraq bildiyi ünsürlərdən, insanın təsəvvür belə edə bilməyəcəyi qədər nəsibi olmayan bir tipdir."

Zəki Vəlidi Toğan deyir ki: "Ənvər Paşa son Türk tarixinin ən böyük şəxsiyyətlərindən biridir. Bu şəxs türk və dünya siyasi həyatındakı mövqeyini, şübhəsiz ki, təsadüfən, yaxud kiminsə müdafiəsində əldə etməyib."

Ziya Nur deyir ki: "Ənvərin Rövzeyi-Mütəhhərəyə girişini canlandıran cümlələr; tüklər ürpərdici bir inancədəb yüksəkliyinin möhtəşəm portretidir."

Bu kitabda, Osmanlı son dövrlərimizin böyük qəhrəmanının həyatını və təmiz şəxsiyyətini yaxından tanıyacaqsınız.

Nəşr

Roman Cəlil Cavanşir tərəfindən Azərbaycan dilinə tərcümə edilib, "XAN" nəşriyyatının “XAN” tərcümə ədəbiyyatı silsiləsində 580 səhifədə nəşr edilib. Nəşr Türkiyə Respublikası Mədəniyyət və Turizm Nazirliyinin “Türk ədəbiyyatının xaricdə tanıdılması” layihəsinin dəstəyi ilə çapa hazırlanmışdır. Nəşrin tərcüməsinə nazirliyin əməkdaşları, Türkiyənin sabiq dövlət naziri Sədi Somunçuoğlu və Orta Şərq mütəxəssisi Rəhim Cavadbəyli köməklik göstərib və dəstək olub.[4]

Satış

Hədəf Nəşrləri və “XAN” nəşriyyatının ən çox satılan 15 yerli və xarici müəllifin kitablarının siyahısında "Xarici müəlliflər (Tərcümə ədəbiyyatı silsiləsi)" kateqoriyasında 2018-ci ilin noyabr ayında 6-cı[5], 2019-cu ilin fevral ayı ərzində 12-ci[6] 2019-cu ilin may ayı ərzində 7-ci olub.[7]

İstinadlar

Xarici keçidlər

This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.