Şəhərgah yaşayış yeri

Şəhərgah yaşayış yeriKürdəmir rayonu Ərəbqubalı və bir qismi Sabirabad rayonu Zəngənə kəndləri ərazisində yerləşən arxeoloji abidə.

Şəhərgah yaşayış yeri
Ölkə  Azərbaycan
Rayon KürdəmirSabirabad rayonları
Yerləşir ƏrəbqubalıZəngənə kəndləri
Aidiyyatı orta əsrlər
Üslubu arxeoloji abidə
KateqoriyaArxeoloji abidə
ƏhəmiyyətiYerli əhəmiyyətli

Ümumi məlumat

Şəhərgah abidəsi Bakı-Kürdəmir şose yolundan 14 kilometr cənubda, Kür çayından 20 kilometr şimalda, Girdiman çayının Kürə töküldüyü ərazidən təqribən 8-10 kilometr şərqdə düzənlik ərazidə yerləşir. Arxeoloji abidəsində son dəfə 2009-cu ildə AMEA-nın Arxieologiya institutunun əməkdaşı, professor Qafar Cəbiyevin rəhbərliyi ilə arxeoloqlar qrupu tədqiqat işləri aparmışdır.[1] Abidə IX –XI əsrlərdə mövcud olmuş qədim Şirvan şəhərinin qalıqları olduğu ehtimal olunur. O vaxtdan etibarən Şəhərgah “yerli əhəmiyyətli” abidə kimi Kürdəmir Rayon Mədəniyyət və Turizm İdarəsi tərəfindən qorunur. Yaşayış yerinin tarixi hələki tam şəkildə öyrənilməyib. Şəhərgahın hansı orta əsr şəhərinin qalıqları olmasını müəyyənləşdirmək üçün yeni qazıntı və tədqiqat işləri aparmaq lazımdır.

İstinadlar

  1. "Kürdəmirin Tarixi Abidələri". heydaraliyev-centers.az. 16.04.2020. 2021-10-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-12-22.
This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.