Şəhər folkoru
Şəhər folkloru — folklor irsinin ümumi şeir növləri və janrlarına əlavə olaraq özəlliklə şəhər "modifikasiyalarını" da əhatə edən hissəsi. Məsələn: şəhər xalq şənlikləri, şəhər romantikası, şəhər mahnı və rəqsləri [1].
Şəhər folkloru əvvəlki kənd şifahi ənənələrindən fərqlənir. Hər şeydən əvvəl, ideoloji cəhətdən bu fərq daha çox hiss olunur, çünki şəhər əhalisinin əsas ideoloji ehtiyacları şifahi ənənələrlə (kütləvi ədəbiyyat, kino və digər tamaşalar, kütləvi informasiya vasitələri) birbaşa əlaqəsi olmayan başqa yollarla ödənilir. Bundan əlavə, şəhər folkloru, ortaq bir ideoloji əsası olmayan, müxtəlif hissələrə bölünməsi ilə cəmiyyətin sosial, peşəkar, klan, yaş təbəqələşməsinə uyğun olaraq parçalanır.
Şəhər folklorunun növləri
- Müasir şəhər folklorunun kiçik janrları
- Lətifələr
- Müasir şəhər nəsri
- Müasir şəhər mahnı folkloru
- Müasir ritual praktika
- Yazılı folklor
- Müasir uşaq folkloru
- Şəhər alt mədəniyyət folkloru
- İntellektual folklor[2]
- Şəhər əfsanəsi
Tədqiqi
Uzun müddət folklorşünaslar şəhər mədəniyyəti ilə maraqlanmırdılar; bu, yazıçıların və yerli tarixçilərin səlahiyyətində idi. Prozaik şəhər folkloru mətnlərinin ilk fikri əsasən qeyri-peşəkarlar tərəfindən edildi.
Həmçinin bax
İstinadlar
- Лазарев, 2000
- Белоусов А. Ф. Современный городской фольклор // Фольклор и постфольклор: структура, типология, семиотика.
Ədəbiyyat
- Лазарев А. И. Городской фольклор / Гл. ред. В. В. Алексеев. — Екатеринбург: Академкнига, 2000.
- Белоусов А. Ф. Современный городской фольклор // Фольклор и постфольклор: структура, типология, семиотика
- Поспелов Г. Г. Бубновый валет. Примитив и городской фольклор в московской живописи 1910-х годов. — 2-е изд.. — М.: Пинакотека, 2008. — 288 с. — ISBN 978-5-903888-01-6.
- Коломийченко Т. А. Застольные песни Г. Р. Державина и городской фольклор
- Современный городской фольклор / Отв. ред. серии С. Ю. Неклюдов. — М.: Российск. гос. гуманит. ун-т, 2003. — 736 с. — (Традиция-текст-фольклор). — ISBN 5-7281-0331-6.