Şəhər-dövlət
Şəhər-dövlət — Bir bölgənin yalnız bir şəhərində hakimiyyətə sahib olan dövlətlər. Şəhər-dövlətlər əsasən daha böyük mədəni sivilizasiyaların bir parçası olub, lakin müstəqil şəkildə özünü idarə etmə hüquq olan ərazilərdən təşkil edilmişdir.
Siyasət |
---|
Əsas mövzular
|
|
Akademik fənlər |
|
Siyasət |
Dövlət orqanları |
Əlaqəli mövzular
|
Digər başlıqlar |
Siyasət Portalı |
Qədim Yunanıstanda mövcud olmuş şəhər-dövlətlərə Afina, Sparta və Korinf polislərini misal göstərmək olar. Şəhər-dövlətlər təkcə Avropada mövcud olmamışdır. Finikiyanın qədim şəhərlərindən olan Tir və Sayda, eyni zamanda Böyük ipək yolunun üzərində yerləşən Səmərqənd və Buxara dönəminin nüfuzlu şəhər dövlətlərindən hesab olunurdu.
Orta Əsrlərdən etibarən Avropada dəniz respublikaları formasındakı şəhər-dövlətlər meydana çıxmağa başlamışdır ki, bu dövlətlər Avropanın siyasi-iqtisadi həyatında mühüm rol oynamağa başlamış, baş verən müharibələrdə aktiv rol almışdılar. Dəniz respublikalarının ən məşhurlarından Venesiya Respublikası və Piza Respublikasını göstərmək olar. Bu gün də Avropa və Asiyada şəhər-dövlətlər mövcuddur. Vatikan dünyanın ən kiçik şəhər dövləti hesab olunur. Monako və Sinqapur da eyni formada şəhər-dövlət formasında mövcud olan müstəqil dövlətlərdir.
Əlavə ədəbiyyat
- Фроянов, Игорь Яковлевич, Дворниченко, Андрей Юрьевич. Города-государства Древней Руси (8000 nüs.). Л.: Изд-во Ленингр. ун-та. Ленинградский государственный университет имени Жданов, Андрей Александрович. 1988. ISBN 5-288-00115-4. (в пер.)