Şəfiqə Qaspıralı
Şəfiqə Qasprinskaya, Şəfiqə Qaspıralı (krımtat. Şefiqa Gasprinskaya, Şefiqa Gaspıralı, (14 oktyabr 1886-cı il, Bağçasaray, Rusiya imperiyası — 31 avqust 1975-ci il, İstanbul, Türkiyə) — XX əsrin əvvəllərində Krımda fəaliyyət göstərən krım tatarlarının "Krım müsəlman qadınlarının icraiyyə komitəsi"nin lideri ("Кadınlar günü"). Məşhur Krım tatar ictimai xadimi İsmayıl Qaspıralının qızı, Azərbaycan ictimai siyasi xadimi Nəsib bəy Yusifbəylinin həyat yoldaşıdır.
Şəfiqə Qasprinskaya | |
---|---|
Şəfiqə İsmayıl bəy qızı Qasprinskaya | |
Doğum tarixi | 14 oktyabr 1886 |
Doğum yeri |
|
Vəfat tarixi | 31 avqust 1975 (88 yaşında) |
Vəfat yeri | |
Dəfn yeri | |
Həyat yoldaşı | |
Atası | İsmayıl Qaspıralı |
Fəaliyyəti | redaktor[d], ictimai xadim |
Vikianbarda əlaqəli mediafayllar |
Həyatı
14 oktyabr 1886-cı ildə Bağçasarayda məşhur türk ziyalısı İsmayıl bəy Qaspıralının ailəsində anadan olur. Şəfiqə xanım mətbuata 1903-cü ildə atasının rəhbəri olduğu "Tərcüman" qəzeti vasitəsilə gəlir.
Sonralar Azərbaycan Xalq Cümhuriyyətinin baş naziri olmuş Nəsib bəy Yusifbəyli ilə Şəfiqə xanım 1902-ci ildə Bağçasarayda tanış olublar.
Həmin dönəmdə İmperator Novorosiyski Universitetində təhsil alan tələbələr Krımda olarkən Qaspıralının ziyarətinə gəlirlər.
Hüquq təhsil alan Nəsib bəy bu tanışlıqdan sonra Şəfiqə xanımla məktublaşmağa başlayır, daha sonra isə "Tərcüman" qəzetinin iyirmi illik yubileyinə dəvət edilir.
1906-cı ildə Nəsib bəylə Şəfiqə xanım ailə həyatı qururlar.
Həmin ilin sentyabrında gənc ailə Gəncəyə gəlir, burada Şəfiqə xanım Nəsib bəyin ailəsi ilə tanış olur, daha sonra isə birlikdə yenidən Krıma qayıdırlar. Gəncədə yaşadığı təəssüratları Şəfiqə xanım öz dərgisində oxucalara çatdırır.
1912-ci ilədək Nəsib bəyin təhsili ilə əlaqədar Krımda qalırlar, bu müddətdə onların iki övladı dünyaya gəlir.
1906-cı ildə imperiyada yaşayan türklərin ilk qadın jurnalı olan "Qadın dünyası" ("Aləmi-nisvan") dərgisini nəşr etdirir.
Bu dövrdən etibarən artıq "Tərcüman" təkcə Qaspıralının deyil, Şəfiqə xanım və Nəsib bəyin də dəstəyi ilə çap olunur, sol düşüncəli Nəsib bəy Qaspıralı ilə fikir mübadiləsindən sonra millətçi görüşə sahiblənir.
1908-ci ildə Şəfiqə xanm Nəsib bəylə birlikdə "Tərcüm" qəzetinin 25 illiyini keçirirlər.
Ancaq Nəsib bəyin həmin dövrdə şəriət olaraq normal, lakin azadlıq carçısı bir xanımın düşüncəsi baxımından bağışlanmaz olan səhvi ailənin dağılmasına səbəb olur.
Belə ki, Nəsib bəyin Gəncədə ikən bir qadınla dini nikahda yaşaması üzə çıxır və Şəfiqə xanım bunu bağışlamır.
Şəfiqə xanım Krıma qayıdır, 1914-cü ildə Qaspıralının dəfn mərasimində Nəsib bəylə görüşür, lakin onu yenə də bağışlamır, Yusifbəyli soyadından imtina edir.
Şəfiqə xanımla Nəsib bəyin münasibətləri sonrakı dönəmlərdə Nəsib bəyin uşaqların adına ünvanladığı məktublar vasitəsilə davam edir.
Bu məktubların mətni, həmçinin ümumiyyətlə Şəfiqə xanımla Nəsib bəyin gənclik illərindən məktublaşmaları haqqında maraqlı məlumatlar tədqiqatçı Vilayət Quliyevin "Baş nazirin xanımı" adlı geniş məqaləsində mövcuddur.
Çar Rusiyasında baş verən dəyişikliklərdən sonra Şəfiqə xanım fəaliyyət sahəsini genişləndirir, daha böyük planlar üzərində çalışır.
1917-ci ilin aprelində o, Kazan şəhərində keçirilən Rusiya müsəlman-türk qadınları konqresinə nümayəndə seçilir.
1917-ci il mayın 1–11-nə qədər Moskvada Rusiya müsəlmanlarının I konqresində Krımı təmsil edir.
1917-ci ilin aprelindən Şəfiqə xanımın rəhbərliyi ilə Krımda "Qadın komitələri" yaradılır.
1917-ci ilin dekabrında o, Gözləvdən Tatar Milli Qurultayına, 1918–1919-cu illərdə isə iki dəfə Krım Millət Məclisinə üzv seçilir.
Bağçasarayda İsmayıl Qaspıralı adına Darülmüəllimatın və Milli Muzeyin yaradılmasında, Gözəl Sənətlər Məktəbinin təsis edilməsində önəmli rol oynayır.
Krımda milli qüvvələrin dövlətçilik uğrunda apardığı mücadiləyə dəstək verir.
Fəqət Krım türklərinin bu fəaliyyəti çar Rusiyasının qəzəbinə düçar olur, 1918-ci il fevralın 23-də "Tərcüman" qəzeti qapadılır, mətbəə isə müsadirə edilir.
1919-cu ildə Şəfiqə xanım övladları ilə birgə Azərbaycana qayıdır.
Nəsib bəylə şəxsi münasibətləri düzəlməsə də, Şəfiqə xanım gənc Cumhuriyyətə öz töhfəsini verməyə başlayır.
O, Xalq Maarifi Nazirliyi yanında uşaq bağçaları üçün tərbiyəçilər hazırlayan kurslar təşkil edir.
Lakin Azərbaycan Demokratik Cumhuriyyəti devrilir, Nəsib bəy müəmmalı 31 may 1920-ci ildə şəkildə öldürülür.
Yeni rejim üçün Şəfiqə xanım düşmən olsa da, Xalq Maarif komissarlığında məktəbəqədər tərbiyə müəssisələri üzrə təlimatçı vəzifəsi verilir, həmçinin dərsliklərin tərcüməsi və nəşrində iştirak edir.
Türkiyəniin Bakıdakı təmsilçisi Memduh Şövketin səyi nəticəsində Şəfiqə xanım və ailəsi Türkiyəyə gətirilir.
Türkiyədə olarkən digər Qaspıralı övladları kimi səfalət içində yaşasa da, uşaq evlərində, Hilali-Əhmərdə (Qızıl Ay), tərcüməçilik sahəsində çalışaraq həyatla mübarizə aparır.
1930-cu ildə Türkiyədə Krım Qadınlar Cəmiyyətini təsis edir.
Övladlarına ali təhsil verir.
İllər boyu topladığı zəngin arxivini tədqiqatçı Nəcib Həbləmitoğluna bağışlayır. Sonuncu isə "Şəfiqə Qaspıralı və Rusiyada türk qadın hərəkatı (1893–1920)" adlı Azərbaycan tarixi üçün də mühüm olan bir kitab dərc etdirir.
1975-ci ilin avqustunda Şəfiqə xanım Türkiyədə vəfat edir[1].
Ədəbiyyat
- Ганкевич В. Ю. Роль И. Гаспринского и его семьи в развитии народного образования среди крымско-татарских женщин на рубеже XIX–XX веков/ Крым и Россия: неразрывные исторические судьбы и культура. Материалы республиканской научно-общественной конференции. Симферополь, 1994, стр. 19–21.
- Абдульваапов. Н. Гапринская Шефика / Деятели крымскотатарской культуры (1921–1944): Библиографический словарь. Симферополь:Доля, 1999, стр. 69
Mənbə
Женский вопрос" на страницах изданий И. Гаспринского и его влияние на развитие крымскотатарской журналистики начала ХХ в. Arxivləşdirilib 2016-03-15 at the Wayback Machine
- "Arxivlənmiş surət". 2015-03-19 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2015-02-02.