Şəfi xan Qacar

Şəfi xan Qacar (19 aprel 1853, Şuşa2 yanvar 1909, Sankt-Peterburq) — Qacarlar sülaləsinə mənsub şahzadə, general-mayor rütbəsinə sahib Rusiya imperiyası zabiti, Azərbaycan Xalq Cümhuriyyətinin generalı olmuş Feyzulla Mirzə Qacarın atası.

Şəfi xan Qacar
Şəfi xan Qovanlı-Qacar
Şəxsi məlumatlar
Doğum tarixi
Doğum yeri Şuşa, Rusiya imperiyası
Vəfat tarixi (55 yaşında)
Vəfat yeri Peterburq, Rusiya imperiyası
Vətəndaşlığı Rusiya imperiyası
Uşağı
Atası Cəlaləddin Mirzə Qacar
Anası Novbahar xanım
Hərbi fəaliyyəti
Mənsubiyyəti Rusiya imperiyası ordusu
Qoşun növü Süvari
Xidmət illəri 1874-1908
Rütbəsi General-mayor
Döyüşlər Rusiya-Osmanlı müharibəsi (1877-1878)
Göytəpə döyüşü
Təltifləri III dərəcəli "Müqəddəs Anna" ordeni III dərəcəli Müqəddəs Stanislav ordeni III dərəcəli Müqəddəs Vladimir ordeni IV dərəcəli Müqəddəs Vladimir ordeni
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Həyatının erkən dövrü

Şəfi xan 1853-cü ilin 19 martında Şuşa şəhərində Bəhmən Mirzə Qacarın ikinci oğlu Cəlaləddin Mirzə Qacarla Novbahar xanımın ailəsində dünyaya gəlmişdir.[1] İlk təhsilini ailədə almış və sonra Süvari Zabit Məktəbində təhsilini davam etdirmişdir. 1874-cü ilin 12 aprelində hərbi sahədə işləməyə başlayan Şəfi xan elə həmin ilin iyul ayının 7-də vəzifədə yüksəlmiş və İrəvan Qranadyor Polkunun ikinci komandanı olmuşdur.[2]

Hərbi kareyerası

1877-ci il 12 aprel-17 noyabr aralığında Rus-Türk müharibəsində iştirak etmişdir. Müharibə zamanı müxtəlif döyüşlərdə və toqquşmalarda vuruşmuşdur. Bunlara misal olaraq Ərdahanın bombalanmasını, Gelaverdi təpəliklərinin alınmasını, Ərdahanın ələ keçirilməsini, türklərin Qarsda və Melin-Keydə məğlub edilməsini, Qarsın şimalındak türklərlə toqquşmaları, Qərs-Ərəbin, Qaradağın və Muxlisin bombardman edilməsini, Qızılgüldəki toqquşmanı və Alacada döyüşünü göstərmək olar. O, həmçinin Böyük və Kiçik Yahnı döyüşlərində, Hacıvəli və Subatan kəndlərindəki döyüşlərdə, İnahtəpəsindəki süvari döyüşlərində də iştirak etmişdir. Döyüşlərdə göstərdiyi şücaətə görə 1877-ci ilin 1 avqustunda poruçik rütbəsinə yüksəldilmişdir.[3]

1878-ci ilin iyul ayının 22-dən 1879-ci ilin 25 maya qədər Göytəpə döyüşündə iştirak etmişdir.[4] Döyüşdə göstərdiyi igidliyə görə gümüş medalla mükafatlandırılmış və kapitan rütbəsinə yüksəldilmişdir. 1891-ci ilin 6 avqustunda rittmeister rütbəsinə yüksəldikdən sonra iki illik Hərbi Süvari Məktəbinə təhsil almağa göndərilmişdir.

Məzarı

Şəfi xan həyatınnı geridə qalan hissəsində 49-cu Arxangelsk Fraqon alayında, 55-ci Finlandiya Draqon alayında və 46-cı Pereyaslavl Draqon alayında xidmət etmişdir. 1906-cı ilin 27 yanvar-11 fevralında Rusiya nümayəndəliyinin üzvü kimi Danimarkada olmuşdur. Rus nümayəndəliyi Danimarka kralı IX Kristianın dəfn mərasimində iştirak etmək üçün göndərilmişdi.

Şəfi xan 1908-ci ildə general-mayor rütbəsi ilə təqaüdə ayrılmışdır.

Ölümü

Şəfi xan 1909-cu ildə dövlət əmlakını mənimsəməkdə ittiham edilmiş və şərəfini təmizləmək üçün 2 yanvar 1909-cu ildə intihar etmişdir.[5] O, Peterburqda yerləşən müsəlman qəbirstanlığında dəfn edilmişdir. Dəfn edildiyi yer hal-hazırda Novo-Volkoski adlanır. Onun dəfn mərasiminə Hüseyn xan Naxçıvanskı, Aleksandr Mirzə Qacarİran səfirliyinin nümayəndələri də qatılmışdı.

Ailəsi

Onun həyat yoldaşının adı məlum deyil. Lakin hərbi qeydlərə əsasən başa düşmək olur ki, 1886-cı ildə o, artıq dul idi. Yalnız Feyzulla Mirzə Qacar adlı bir oğlu olmuşdur.

Ali titulları

  • Ali həzrətləri (1889 28 noyabr)
  • Zatıaliləri (1908 22 yanvar)

Mükafatları

Həmçinin bax

İstinadlar

  1. Ismailov, 2009. səh. 135
  2. Ismailov, 2009. səh. 249
  3. Ismailov, 2009. səh. 250
  4. Nagdaliev, 2006. səh. 378
  5. Nagdaliev, 2006. səh. 249
This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.