Şəfəqnur xanım
Şəfəqnur xanım (d. 1833 — ö. 17 mart 1884) — Osmanlıların Misir və Sudan hakimi, ilk Misir xədivi İsmayıl Paşanın xanımı, Tofiq Paşanın anası, Misirin Validə Paşası.
Şəfəqnur xanım | |
---|---|
18 yanvar 1863 – 26 iyun 1879 | |
26 iyun 1879 – 17 mart 1884 | |
Əvvəlki | Hoşyar Qadınəfəndi |
Sonrakı | Əminə İlhami |
Şəxsi məlumatlar | |
Doğum tarixi | |
Vəfat tarixi | (51 yaşında) |
Vəfat yeri | Qəsr-əl-Ali sarayı, Qahirə, Misir xədivliyi |
Dəfn yeri | Əl-Rifai məscidi, Qahirə, Misir |
Həyat yoldaşı | Kavalalı İsmayıl Paşa |
Uşağı | Mehmed Tofiq Paşa |
Ailəsi | Kavalalı ailəsi |
Dini | Sünni, İslam |
Vikianbarda əlaqəli mediafayllar |
Həyatı
İlk illəri
1833-cü ildə dünyaya gələn Şəfəqnur xanımın əsli və saraya necə alındığı barədə məlumat yoxdur. Ancaq onun İsmayıl Paşanın anası Hoşyar xanımın xidmətçilərindən olduğu məlumdur. Cütlüyün yeganə övladı Mehmed Tofiq, İsmayıl Paşanın ən böyük oğlu olaraq 30 aprel 1852-ci ildə Qahirədəki Manial sarayında dünyaya gəldi. İsmayıl Paşanın daha öncə 3 ayrı xanımla nikah bağlamasına baxmayaraq, Şəfəqnur xanımın onun vəliəhdini dünyaya gətirməsi və vaxtilə anasının xidmətində olması ona digərlərindən daha üstün yer qazandırmışdı.
Vəliəhd olan oğlunun doğumundan sonra rəsmi sənədlərdə "Validə qadın" olaraq anılmağa başlandı. Nəhayət 1866-cı ildə vəliəhd anasıyla evlənməylə bağlı Misir qanununa əsasən, İsmayıl Paşa Şəfəqnur xanımla rəsmi nikah bağladı. Nigahın ardından "dördüncü xanım" ünvanı alan Şəfəqnur xanım oğluyla birlikdə Əl-Qübbə sarayına daşındı. Bütün rəsmi mərasimlərdə İsmayıl Paşanın digər nikahlı xanımlarıyla birlikdə iştirak etdi.
Validə Paşa illəri
1879-cu ildə İsmayıl Paşa Misirdə tüğyan edən iqtisadi böhran və xarici ölkələrin təzyiqi ilə Sultan Əbdülhəmid tərəfindən yazılan bir fərmanla vəzifədən alındı. Nəticədə onun ən böyük oğlu olan Tofiq Paşa xədiv, Şəfəqnur xanım isə Validə Paşa elan edildi. O əsnada davam edən və Misirdəki xarici qüvvələrə qarşı mübarizə aparan Urabi Paşa üsyanına dəstək verməyə başladı. Şəfəqnur xanım 17 mart 1884-cü ildə qaynanası Hoşyar xanımla birlikdə yaşadığı Qəsr-əl-Ali sarayında vəfat etdi və cənazəsi Əl-Rifai məscidindəki Xədiv türbəsinə dəfn edildi.
Mənbə
- Tanman, M (2011). Nil kıyısından Boğaziçi'ne : Kavalalı Mehmed Ali Paşa Hanedanı'nın İstanbul'daki izleri = From the shores of the Nile to the Bosphorus : traces of Kavalalı Mehmed Ali Pasha Dynasty in İstanbul (in Turkish). İstanbul: İstanbul Araştırmaları Enstitüsu. p. 45. ISBN 978-975-9123-95-6
- Cuno, Kenneth M. (April 1, 2015). Modernizing Marriage: Family, Ideology, and Law in Nineteenth- and Early Twentieth-Century Egypt. Syracuse University Press. pp. 33–4. ISBN 978-0-815-65316-5
- Doumani, Beshara (February 1, 2012). Family History in the Middle East: Household, Property, and Gender. SUNY Press. p. 258. ISBN 978-0-791-48707-5
- Chennells, Ellen (November 20, 2014). Recollections of an Egyptian Princess by Her English Governess: (1871–1876, New Intro, Annotated)
- Hatem, Mervat F. (April 12, 2011). Literature, Gender, and Nation-Building in Nineteenth-Century Egypt: The Life and Works of `A'isha Taymur. Palgrave Macmillan. p. 88. ISBN 978-0-230-11860-7