Şıxzamanlı

ŞıxzamanlıAzərbaycan Respublikasının Gəncə şəhərinin Kəpəz rayonunun inzibati ərazi vahidində qəsəbə. Azərbaycan Respublikası Milli Məclisinin 13 dekabr 2011-ci il tarixli, 270-IVQ saylı Qərarı ilə Gəncə şəhərinin Kəpəz rayonunun Şıxzamanlı yaşayış məntəqəsinə qəsəbə statusu verilmiş, Şıxzamanlı qəsəbəsi mərkəz olmaqla Şıxzamanlı qəsəbə inzibati ərazi dairəsi yaradılmış və Azərbaycan Respublikasının ərazi vahidlərinin Dövlət reyestrinə daxil edilmişdir.[1]

Şıxzamanlı
Ölkə

Təhsil

Qəsəbədə uşaq bağçası, 3 nömrəli və 40 nömrəli tam orta məktəblər fəaliyyət göstərir.[2]

Səhiyyə

Qəsəbədə poliklinika mövcuddur.

İstinadlar

Həmçinin bax

This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.