Şıxzahırlı

ŞıxzahırlıAzərbaycan Respublikasının Qobustan rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 4 dekabr 2001-ci il tarixli, 228-IIQ saylı Qərarı ilə Qobustan rayonunun Şıxzahırlı kəndi Dərəkənd kənd inzibati ərazi dairəsi tərkibindən ayrılaraq, bu kənd mərkəz olmaqla, Şıxzahırlı kənd inzibati ərazi dairəsi yaradılmışdır.[1]

Şıxzahırlı
40°28′42″ şm. e. 49°01′25″ ş. u.
Ölkə
Tarixi və coğrafiyası
Saat qurşağı
Şıxzahırlı xəritədə
Şıxzahırlı
Şıxzahırlı

Toponimikası

Kəndin adını Şeyx Zahir şəxs adı ilə bağlılığı güman edilir. 1917-ci il kəndin adı Şıxcəyirli kimi qeydə alınmışdır. Şamaxı rayonunda Cəyirli kəndinin olması bu variantın doğruluğunu göstərir.[2]

Digər bir iddiaya görə kəndin adı Şeyx Zahir adlı şəxsin adı ilə bağlansa da buna heç bir sübut yoxdur. Kənd sakinləri söyləyirlər ki şəcərələrində və keçmişlərində belə adda şəxs olmamışdır. Kənd müxtəlif tayfaların birləşib elatlaşması nəticəsində bundan 150 il əvvəl yaranıb. Şıxzərli adında Şamaxıda bir küçə də olmuşdur. Həmçinin Qobustan rayonu Sündü kəndi yaxınlığında yerləşən Şıxzərli yurdu var. Arxivlərdə Şirvan xanlığı dağılanda Qəbristan mahalında Şıx zahirli çul və Şıx zahirli şəkər adlı obaların adları çəkilir.

Tarixi

Tarixi abidələri

Şıxzərli kurqanı kəndin yaxınlığında yerləşir. Tarixi ilk orta əsrlərə gedib çıxır. Kurqanın albanlara aid olduğu güman edilir.

Coğrafiyası və iqlimi

Kənd dağətəyi ərazidə yerləşir.

Şıxzərli palçıq vulkanı Bakıdan 120 km şimal-qərbdə, Şıxzahırlı kəndinin əsas girişində yerləşir. Ardıcıl olaraq 6—7 ildən bir aktivləşir və püskürmə baş verir.

Əhalisi

Kənd əhalisi vaxtilə köçəri və yarım köçəri həyat tərzi keçirib. İndi də bu ənənəni davam etdirənlər var. Etnik olaraq azərbaycanlılardır. Kəndin bir çox adlı sanlı aşıq, muğam üzrə ustad yetirmələri vardır.

2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 1658 nəfər əhali yaşayır.[3]

Tanınmış şəxsləri

Din

Kənddə Şıxzahırlı kənd məscidi dini icması fəaliyyət göstərir.[4]

İstinadlar

Həmçinin bax

This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.