Şıxzərli palçıq vulkanı
Şıxzərli palçıq vulkanı–Bakıdan 75 km qərb-şimal-qərbə doğru və eyniadlı kənddən 1.5 km şimal-şərqdə yerləşir və uzunluğu 12 km, eni-3.5–4.0 km, en istiqamətində uzanan qırışıqla əlaqədardır.[1]
Şıxzərli | |
---|---|
Ümumi məlumatlar | |
Növü | Palçıq vulkanı |
Yerləşməsi | |
40°29′12″ şm. e. 49°02′03″ ş. u. | |
Ölkə | Azərbaycan |
|
Haqqında
Şamaxı-Qobustan rayonu Böyük Qafqazın cənub-şərq batımının böyük hissəsini tutur və ümumi sayı 120 olan palçıq vulkanlarının ən geniş yayılması ilə səciyyələnir. Şıxzərli palçıq vulkanının mütləq yüksəkliyi 640 m, nisbi yüksəkliyi isə 150 m-sir.[2] Qırışıq paleogen-miosen çöküntülərindən təşkil edilib. Onun tağyanı hissəsi yerdəyişmə amplitudası 1500 m-ə qədər olan uzununa qırılma ilə mürəkkəbləşib. Qırışığın tağı cənub qanadı üzərinə gəlmişdir. Palçıq vulkanı üstəgəlmə ilə əlaqədardır. Palçıq vulkanı brekçiyası ilə 273 ha sahə örtülüb. Əsas kraterdən təqribən 1.5 km cənub-qərbə doğru, Şıxzərli kəndinin kənarında, xarici görünüşünə görə hündürlüyü uyğun olaraq 15 və 20 m, ümumi oturacağının diametri 50 m olan iki cütləşmiş sopkadan ibarət təcrid edilən ikincidərəcəli erupsiya mərkəzi yerləşir. Şıxzərli palçıq vulkanı Dövlət Təbiət Qoruğuna daxil deyil. Qeyd edək ki, vulkanın aktivliyinin təhlili onu göstərir ki, o, çox aktiv palçıq vulkanıdır. Son püskürmə də daxil olmaqla 1810-cu ildən başlayaraq bu, vulkanın 25-ci paroksizmidir. Şıxzərli palçıq vulkanı 1844-cü il 23 iyunda püskürüb. Yeraltı uğultu və alovlu halda 45 dəq püskürüb. Ən güclü püskürməsi 1980-ci ildə qeydə alınan Şıxzərli vulkanı dünyanın ən aktiv palçıq vulkanlarından hesab olunur.[3] Şıxzərli vulkanı nəinki Qobustanda və hətta Azərbaycanda ən aktib vulkanlardan biridir. 1844-cü ildən başlayaraq vulkanda 23 püskürmə, sonuncusu isə 2013-cü ilin dekabrında qeyd edilmişdir. Bir çox püskürmələr 100–300 m hündürlüyə çatan alov sütunu və nisbətən kiçik həcmli 7.5–1.2 min m³ arasında, yer səthinə tullanan vulkan brekçiyası ilə müşayiət edilib. Ən intensiv püskürmə 13 fevral 1902-ci ildə, məşhur faciəli Şamaxı zəlzələsindən 15 dəqiqə sonra baş vermişdir; fasilələrlə 2 sutkadan artıq 15 dəqiqə sonra baş vermişdir; fasilələrlə 2 sutkadan artıq davam etmiş, böyük həcmdə brekçiya atılmışdır.
Həmçinin bax
İstinadlar
- Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi. "Palçıq vulkanları qrupu DTQ". eco.gov.az. 2023-12-04 tarixində arxivləşdirilib.
- "Dünya palçıq vulkanlarının atlası (2015)". 2024-03-13 tarixində arxivləşdirilib.
- "Azərbaycan Neft Təsərrüfatı". Извержение грязевого вулкана Шихзарли в Гобустане\ И. Гулиев, Етирмишли Г.Д. səh: 3-7. may 2014-cü il. Archived from the original on 2024-03-13.