Şıxov çimərliyi
Şıxov çimərliyi[1][2] — Bakı şəhərinın cənub-qərbində Şıxov burnu yaxınlığında yerləşir. İnzibati cəhətdən Bakı şəhəri ərazisinə daxildir. Xüsusi ilə Bakı sakinləri arasında məşhurdur. Əsasən dəniz qumu və balıqqulağından təşkil olunmuşdur. Su kanalizasiya və sənaye tullantıları ilə çirklənmiş olmasına baxmayaraq, insanları özünə cəlb edir. Sahilə yaxın ərazilərdə neft qurğularını görmək mümkündür. Mavi bayraq standartlarından olduqca uzaqdır.
Şıxov çimərliyi | |
---|---|
Yerləşməsi | |
40°18′25″ şm. e. 49°49′15″ ş. u. | |
Akvatoriya | Xəzər dənizi |
Ölkə | Azərbaycan |
Yaşayış məntəqəsi | Bakı |
|
İstinadlar
- "Şixov Çimərliyi / Shikhov beach / пляж Шихова". 2022-03-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-09-03.
- "Şıxov çimərliyi". 2016-09-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-09-03.
This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.