Şıxlar (Vedibasar)
Şıxlar — İrəvan quberniyasının İrəvan qəzasında, indiki Vedi (Ararat) rayonunda kənd.[3]
Kənd | |
Şıxlar (Xorvirab) | |
---|---|
39°52′28″ şm. e. 44°35′57″ ş. u. | |
Ölkə | Ermənistan |
Region | Vedibasar mahalı |
Rayon | Vedi rayonu |
Tarixi və coğrafiyası | |
Əsası qoyulub | 1831[1] |
Sahəsi |
|
Mərkəzin hündürlüyü | 815 m |
Saat qurşağı | UTC+4 |
Əhalisi | |
Əhalisi |
|
Rəsmi dili | |
| |
Vikianbarda əlaqəli mediafayllar |
Tarixi
Rayon mərkəzindən 19 km cənub-qərbdə, Vedi çayından axan arxın yanında yerləşir. Qafqazın 5 verstlik xərtisində qeyd edilmişdir[4].
Toponim qazaxlar türk tayfasının bir qolunu təşkil edən şıxlar etnonimi[5] əsasında formalaşmışdır. Etnotoponimdir. Quruluşca sadə toponimdir.
Erm. SSR AS RH-nin 26. XII. 1968-cı il fərmanı ilə kəndin adı dəyişdirilib Lusarat qoyulmuşdur.
Əhalisi
Kənddə 1831-ci ildə 141 nəfər, 1873-cü ildə 649 nəfər, 1886-cı ildə 714 nəfər, 1897-ci ildə 790 nəfər, 1904-cü ildə 802 nəfər, 1914-cü ildə 882 nəfər, 1916-cı ildə 723 nəfər azərbaycanlı yaşamışdır[6].
1918-1919-cu illərdə azərbaycanlılar ermənilər tərəfindən qırğınlarla qovulmuş, İran yə Türkiyədən köçürülən ermənilər burada yerləşdirilmişdir. İndiki Ermənistanda sovet hakimiyyəti qurulandan sonra sağ qalan azərbaycanlılar öz doğma kəndlərinə dönə bilmişlər.
1922-ci ildə burada 102 nəfər azərbaycanlı, 110 erməni, 1926-cı ildə 115 nəfər azərbaycanlı, 48 erməni, 1931-ci ildə 167 nəfər azərbaycanlı, 94 erməni[6], 1972-ci ildə 1500 nəfər azərbaycanlı, 220 erməni yaşamışdır.
1988-ci ilin noyabr-dekabr aylarında azərbaycanlılar Ermənistan dövləti tərəfindən zorla qovulmuşdur. İndi burada yalnız ermənilər məskunlaşıb.
İstinadlar
- https://www.cadastre.am/storage/files/pages/pg_8945895618_pg_907871769_HH_bnak._bar..pdf.
- Հայաստանի 2011 թ. մարդահամարի արդյունքները (erm.).
- İbrahim Bayramov, "Qərbi Azərbaycanın türk mənşəli toponimləri" Arxivləşdirilib 2015-07-21 at the Wayback Machine, Bakı, "Elm", 2002. ISBN 5-8066-1452-2
- Пагирев Д.Д. Алфавитный указатель к пятиверстной карт Кавказского края, Тифлис, Типография К.П.Казловского, 1913. s.296
- Шопен И., Исторический памятник состояния Армянской области в эпоху ея присоединения к Российской империи Arxivləşdirilib 2016-03-06 at the Wayback Machine, СПб, Типография императорский Академии Наук, 1852. s.535
- erm. Խորհրդային Հայաստանի բնակչությունը վերջին հարյուրամյակում (1831-1931) Arxivləşdirilib 2020-09-24 at the Wayback Machine. Հեղինակ: Զավեն Կորկոտյան. Յերեվան: Մելքոնյան ֆոնդի հրատ, 1932.; rus. Население Советской Армении за последние сто лет (1831-1931). Автор: Завен Коркотян. Ереван: Издательство «Мелконян фонд», 1932.; azərb. Son yüzildə Sovet Ermənistanının əhalisi (1831–1931). Müəllif: Zaven Korkotyan. İrəvan: «Melkonyan fond» nəşriyyatı, 1932. s.86-87, 156-157