Şıxlar (Qax)
Şıxlar — Azərbaycan Respublikasının Qax rayonunun inzibati ərazi vahidində kənd.
Şıxlar | |
---|---|
41°21′26″ şm. e. 46°46′32″ ş. u. | |
Ölkə | |
Tarixi və coğrafiyası | |
Saat qurşağı | |
Əhalisi | |
Əhalisi |
|
|
Toponimikası
- Şıxlar oyk., sadə.
- Ağdam r-nunun Qərvənd i.ə.v.-də kənd. Qarabağ düzündədir;
- Bakı şəhəri Qaradağ r-nunun Ələt qəsəbə i.ə.v.-də köçəbə;
- Cəbrayıl r-nunun Sirik i.ə.v.-də kənd. Qarabağ silsiləsinin ətəyindədir. Keçmiş adı Şıxlar Əhmədli olmuşdur. Kəndin yaxınlığında təqribən 10 ha sahəni əhatə edən şəhər xarabalığı və XIII-XIV əsrlərə aid türbələri olan Şıxlar adlı qəbristan mövcuddur;
- Cəlilabad r-nunun Komanlı i.ə.v.-də kənd. Burovar silsiləsinin ətəyindədir;
- Goranboy r-nunun Xınalı i.ə.v.-də kənd. Gəncə-Qazax düzənliyindədir. Keçmiş adı Qarağaclar olmuşdur;
- Xaçmaz r-nunun Qımılqışlaq i.ə.v.-də kənd. Samur-Dəvəçi ovalığındadır;
- Qax r-nunun Almalı i.ə.v.-də kənd. Meşəlikdədir;
- Masallı r-nunun Qodman i.ə.v.-də kənd. Lənkəran ovalığındadır;
- Sabirabad r-nu- nun Ulacalı i.ə.v.-də kənd. Muğan düzündədir. Kənddə Soltan Hacı Bəkdaşinin oğlu Baba Samitin türbəsi (1585-ci ildə tikilmiş və şeyxlərin ibadət yeri olmuşdur) var. Kənd bu türbə və onun ətrafındakı şeyx qəbirləri ilə əlaqədar olaraq belə adlandırılmışdır;
- Şamaxı r-nunun Xilmilli i.ə.v.-də kənd. Çigilçay və Qozluçaym arasında, dağətəyi ərazidədir. Kənd Şirvan şeyxlərinə məxsus olduğuna görə belə adlandırılmışdır;
- Yardımlı r-nunun Bərcan i.ə.v.-də kənd. Burovar silsiləsinin yamacındadır. Oykonimin əsli Şeyxlər olub, həmin kəndlərdəki xanəgah, pir, türbə, şeyxlərə məxsus tikililər, qəbirlər, sərdabalarla bağlıdır. Bu tipli coğrafi adlar “şeyxlərə məxsus”, “şeyxlər yaşayan yer”, “şeyxlərin nəsli”, “şeyxlərin dəfn olunduğu yer” və s. mənasmdadır. Keçən əsrdə Krımda Şeyxlər adlı yaşayış məntəqəsi qeydə alınmışdı.[1]
Əhalisi
1 yanvar 2012-ci il tarixinə olan rəsmi məlumata əsasən kənddə 70 təsərrüfatda hər iki cinsdən toplam 253 nəfər əhali yaşamaqdadır.[2]
Həmçinin bax
Xarici keçidlər
İstinadlar
- Azərbaycan Toponimlərinin Ensiklopedik Lüğəti. Azərbaycan Milli Elmlər Akademiyası. Nəsimi adına Dilçilik İnstitutu. Şərq-qərb Bakı-2007. səh.427
- Qax Rayon İcra Hakimiyyəti: İcra Hakimiyyəti: Bələdiyyələr: Qax rayonu inzibati ərazi dairələri üzrə nümayəndəliklər və bələdiyyələr haqqında məlumat Arxivləşdirilib 2012-12-27 at Archive.today
This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.