Şıxlar (Cəbrayıl)

ŞıxlarAzərbaycan Respublikasının Cəbrayıl rayonunun inzibati ərazi vahidində kənd. 1993-ci ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib.

Şıxlar
39°26′35″ şm. e. 46°51′50″ ş. u.
Ölkə  Azərbaycan
Rayon Cəbrayıl rayonu
Tarixi və coğrafiyası
Mərkəzin hündürlüyü 1.042 m
Saat qurşağı
Şıxlar xəritədə
Şıxlar
Şıxlar
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Tarixi

Kəndin qərb tərəfində sıldırım qayalarla əhatə olunmuş "Qala yeri" adlanan qədim qalanın qalıqları və qalanın arxasındakı qayalarda yonulmuş "Küfüllər" adlanan mağaralar bu ərazilərdə qədim insanların ən azı IX əsrdən əvvəl yaşadıqlarını göstərir. Qalanın qalıqlarına diqqətlə baxdıqda, burada müxtəlif 2 qalanın nə vaxtsa mövcud olduğuna asanlıqla əmin oluruq ki, bu da qala tarixinin daha qədim olduğuna işarədir Şıxlar kəndində XIII əsrdə inşa olunmuş Şıx Baba türbəsi 1993-cü il erməni işğalına qədər qorunub saxlanmışdı. Bəzi mənbələrdə kəndin XVII əsrdə ermənilər tərəfindən yandırıldığı bildirilir. [mənbə göstərin] 2 dekabr 1918-ci ildə Azərbaycan-Ermənistan müharibəsi dövründə ermənilərin silahlı dəstəsi Şıxlar kəndini yandırmış, əhalinin əmlakını talan etmiş, heyvanlarını aparmışlar. 1919-cu ilin qışında Dalanlar kəndinin erməniləri yenidən Şıxlar kəndini yandırmış və əhalinin əmlakını qarət etmişlər[1]

2020-ci ilin 22 oktyabrında Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğaldan azad edilib.

Toponimikası

Şıxlar Cəbrayıl rayonunun Sirik inzibati ərazi vahidində kənddir. Qarabağ silsiləsinin ətəyindədir. Keçmiş adı Şıxlar Əhmədli olmuşdur. Kəndin yaxınlığında təqr. 10 ha sahəni əhatə edən şəhər xarabalığı və XIII-XIV əsrlərə aid türbələri olan Şıxlar adlı qəbristan mövcuddur.[2]

Mədəniyyəti

Kəndin ərazisində eramızdan əvvəlki dövrə aid mağaralar, eramızın ilk dövrlərinə aid qala və orta əsrlərə aid şəhər ("şəhərgə") xarabalıqları mövcuddur. 1972-ci ildə nəşr olunmuş Azərbaycan Sovet Ensiklopediyasında Şıxlar kəndinin tarixi abidələrindən Şıx Baba türbəsi, Xudafərin körpüləri və İmanqazan təpələri göstərilmişdi. Kəndin şimalında "Dulusxana" karxanasının xarabalığı mövcuddur.

Coğrafiyası və iqlimi

Şıxlar kəndi Cəbrayıl rayonunun Sirik kədinin inzibati ərazi vahidində yerləşir. Qarabağ silsiləsinin ətəyindədir. Kənd Cəbrayıl rayonunun şimal-qərb sərhəddində, dağlıq ərazidə yerləşir. Quru mülayim iqlimə malik olub, vulkanik mənşəli təpələrlə əhatə olunmuşdur. Ərazisində endemik bitkilərdən ağ yemişan, mərmərik (qaragilə), çağala (yabanı ərik) və bir çox ot bitkiləri yetişir

Əhalisi

1993-cü ilin avqustunda kənd əhalisinin sayı 360 nəfərə yaxın olmuşdu.

İqtisadiyyatı

Kənd əhalisinin əsas məşğuliyyəti heyvandarlıq, dulusçuluq, toxuculuqəkinçilik olmuş, son dövrlərdə üzümçülük inkişaf etmişdi.

Həmçinin bax

Xarici keçidlər

İstinadlar

  1. Mart Soyqırımı, Qarabağda Baş Verənlər
  2. Azərbaycan Toponimlərinin Ensiklopedik Lüğəti. Azərbaycan Milli Elmlər Akademiyası. Nəsimi adına Dilçilik İnstitutu. Şərq-qərb Bakı-2007. səh.427
This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.