Şıxbabalı

ŞıxbabalıAzərbaycan Respublikasının Ağdam rayonunun Şıxbabalı kənd inzibati ərazi dairəsinin mərkəzi olan, Qarqar çayının sahilində, dağətəyi ərazidə yerləşən kənd.[1]

Şıxbabalı
39°57′46″ şm. e. 46°56′09″ ş. u.
Ölkə  Azərbaycan
Rayon Ağdam rayonu
Tarixi və coğrafiyası
Saat qurşağı
Şıxbabalı xəritədə
Şıxbabalı
Şıxbabalı

Kənd 1993-ci il iyulun 4-də Ermənistan Ordusu tərəfindən işğal olunmuş, 20 noyabr 2020-ci il tarixində Dağlıq Qarabağ atəşkəs bəyanatının şərtlərinə əsasən Azərbaycan Silahlı Qüvvələri kəndə daxil olmuş, kənd işğaldan azad olunmuş və kənddə Azərbaycan bayrağı ucaldılmışdır.[2]

Toponomiyası

Ağdam rayonunun Şıxbabalı inzibati-ərazi vahidində Kəndin keçmiş adı Şeyxbaba olub. Kənddə Şıxbabalı türbəsi var. Kənd həmin türbənin adındandır"[3]

Antrtoponimi

  • Yerli məlumata görə də, toponim üstünə "Məşhəd" yazılmış Şıxbabalı sərdabəsinin adından yaranıb. Şıxbabalı adının əsasında Şıx Baba antrtoponimi durur. Şıx şeyx sözünün təhrif olunmuş formasıdır. Yerli ləhcədə dini termin olan Şeyxə şıx deyilir. Bəzi dialektlərimizdə şıx seyid mənasında da işlənilir.
  • Şeyx ərəb sözü olub, bir neçə mənada işlənir: 1) qoca, pir; 2) bir qəbilənin başçısı; 3) pir başçısı[4]. Şeyx (titul) elmli savadlı şəxslərə də deyilirdi. S.Ataniyazov Türkmənistanda ərəb sözlərindən yaranan toponimlərdən bəhs edərkən qeyd edir ki, "ömər", "seyit", "xoca", "şıx" "maqtım", "müjevür" kimi sözlərdən toponimlər əvəz edilmişdir[5].
  • Türkmənistanda "şıx" sözü ilə bağlı səkkiz coğrafi ad yaranmışdır. Onlardan Şıxoba, Şıxbulaq, Şıxtürkmənbulaq və s. misal göstərmək olar. Azərbaycanda Şıx adlı yerlərin bir neçəsi ocaqdır. Şıxbaba adının ikinci komponenti olan baba sözü qədim tarixə malikdir. Bu sözün türk dillərində geniş və müxtəlif mənada işləndiyinə rast gəlirik. Azərbaycan dilində "baba" atanın və ya ananın atasına deyilir. Bəzi 6 şivələrimizdə, əsasən, qərb qrupunda ataya da "baba" və ya "bava" deyirlər. Hazırda osmanlı türklərinin dilində "baba" ata mənasında işlənilir. Qədim türk lüğətində də "baba" yalnız "ata" mənasında verilir[6].
  • A.Qurbanov "baba"nın Azərbaycan dilində xüsusi ad – kişi adı kimi işləndiyini və bu adın həm də geniş yayılmış adlardan olduğunu göstərir[7].
  • Ə.Tanrıverdiyev Baba antroponimini yalnız qohumluq münasibətini ifadə edən sözlər əsasında yaranan şəxs adlarına aid edir[8]. Azərbaycan toponimiyasında bu adla bağlı çoxlu toponimlər var. Məs.; Babalı (Səlilabad), Babaser (Masallı), Babasəfər (Şamaxı), Babacan (Gədəbəy), Babazənən (Salyan), Babayel (Goranboy), Babalı (Xaçmaz), Babaxanlı (Cəlilabad), Babaküçə (Masallı, Lerik), Babagil (Lerik), Ağbaba (Qərbi Azərbaycan), Heydərbaba (Cənubi Azərbaycan) və s. S.Ataniyazov haqlı olaraq bildirir ki, "baba", "ata" sözlərindən əmələ gələn coğrafi obyektlər müqəddəs yerlər sayılır . Buna Azərbaycanda Babadağ, Qırğızıstanda Çolpanata qəsəbəsini misal göstərmək olar.

Mədəniyyəti

Əhalisi

Tanınmışları

İstinadlar

  1. Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi. "İnzibati ərazi bölgüsü təsnifatı" (PDF) (az.). stat.gov.az. 2019. 2020-04-16 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-04-16.
  2. "Ağdam Ağrıları - Baxşeyiş Abbasoğlu, "Şuşa" nəşriyyatı, 2003-cü il" (PDF). 2012-07-25 tarixində orijinalından (PDF) arxivləşdirilib. İstifadə tarixi: 2011-10-16.
  3. Şıxbabalı // Azərbaycan toponimlərinin ensiklopedik lüğəti. I cild. Bakı: Şərq-Qərb. 2007. 304. ISBN 978-9952-34-155-3.
  4. "Azərbaycan şəxs adları. Bakı, 1987, s.58". (#cite_web_url); (#accessdate_missing_url)
  5. "16. S.Ataniyazov. Türkmənistanın toponimiyası. Aşqabad. "İlım", 1981,s.46-48". (#cite_web_url); (#accessdate_missing_url)
  6. "Древнетюркский словарь. 1969, s.76". (#cite_web_url); (#accessdate_missing_url)
  7. "A.Qurbanov. Azərbaycan onomalogiyasının əsasları. II c., Bakı, 2004,s.215". (#cite_web_url); (#accessdate_missing_url)
  8. "Ə.Tanrıverdiyev. Türk mənşəli Azərbaycan antroponimləri. Bakı, 1996, s.86". (#cite_web_url); (#accessdate_missing_url)

Mənbə

  • Orxan Məmmədov (Baharlı). Ağdamın adlı-sanlı pedaqoqları, alimləri. Bakı, Sabah, 2001

Həmçinin bax

Xarici keçidlər

This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.