Şixamir Qaflanov
Şixamir Oruc oğlu Qaflanov (7 dekabr 1986; Dombabinə, Zaqatala rayonu, Azərbaycan SSR — 19 oktyabr 2020; Xocavənd rayonu, Azərbaycan) — Azərbaycanın Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının mayoru, İkinci Qarabağ müharibəsi şəhidi, Vətən Müharibəsi Qəhrəmanı.
Şixamir Qaflanov | |
---|---|
Şəxsi məlumatlar | |
Ləqəbi | Əfsanəvi Rembo |
Doğum tarixi | |
Doğum yeri | Dombabinə, Zaqatala rayonu, Azərbaycan SSR, SSRİ |
Vəfat tarixi | (33 yaşında) |
Vəfat yeri | Xocavənd rayonu, Azərbaycan |
Dəfn yeri | Üçüncü Tala, Zaqatala rayonu, Azərbaycan |
Vətəndaşlığı | Azərbaycan |
Atası | Oruc Qaflanov |
Anası | Mominət Qaflanova |
Hərbi fəaliyyəti | |
Mənsubiyyəti | Daxili İşlər Nazirliyi |
Qoşun növü | Daxili Qoşunlar |
Hərbi hissə | "Bəbir" Xüsusi Təyinatlı Dəstəsi |
Xidmət illəri | 2005—2006 / 2007—2020 |
Rütbəsi | Mayor |
Döyüşlər |
İkinci Qarabağ müharibəsi • Füzulinin azad edilməsi • Cəbrayılın azad edilməsi • Hadrutun azad edilməsi |
Təltifləri | |
|
Azərbaycanın Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının "Bəbir" Xüsusi Təyinatlı Dəstəsinin Komandiri olan Şixamir Qaflanov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı tabeliyində olan şəxsi heyətlə birgə Cəbrayıl rayonunun, Hadrut qəsəbəsinin və Füzuli rayonunun azadlığı uğrunda gedən döyüşlərdə savaşmışdır.
Komandiri olduğu Xüsusi Təyinatlı Dəstənin şəxsi heyətindən bir nəfər də şəhid olmamışdır. Tabeliyində olduğu şəxsi heyətlə qatıldığı 23 döyüşdə Ermənistan Ordusunun canlı qüvvəsini məhv edilməsində fərqlənmişdir. Xüsusi təyinatlılar arasında "Əfsanəvi Rembo" ləqəbini qazanıb. Oktyabrın 19-da Füzuli istiqamətində həlak olmuşdur.
Həyatı
Şixamir Qaflanov 1986-cı il dekabrın 7-də Zaqatala rayonunun Dombabinə (hal-hazırda Üçüncü Tala) kəndində anadan olmuşdur.[1] O, Oruc Qaflanov və Mominət Qaflanovanın dörd övladından sonuncu idi. Onun bir qardaşı — Asif Qaflanov 1991–1994-cü illərdə Birinci Qarabağ müharibəsində savaşmışdır, bir qardaşı — Qurban Qaflanov isə Daxili Qoşunların "Bəbir" Xüsusi Təyinatlı Dəstəsinin sıralarında xidmət edir.
Təhsili
Şixamir Qaflanov 1993-cü ildə Zaqatala rayonunda Dombabinə Kənd tam orta mətəbin birinci sinfinə daxil olmuşdur və 2004-cü ildə oradan məzun olmuşdur.
Ailəsi
Şıxamir Qaflanov ailəli idi. Dörd aylıq Mədinə adında bir qızı yadigar qalmışdır.
Hərbi xidməti
Tam orta təhsilini başa vurduğdan sonra Şixamir Qaflanov, 2005-ci ilin yanvar ayında Zaqatala Rayon Hərbi Komissarlığı tərəfindən müddətli həqiqi hərbi xidmətə çağırılmışdır. O, 2005-ci ilin yanvar ayından 2006-cı ilin iyul ayına qədər Daxili İşlər Nazirliyinin (DİN) Daxili Qoşunlarının Gəncə şəhərində yerləşən "N" saylı hərbi hissəsində "Pələng" Xüsusi Təyinatlı Dəstəsinin sıralarıda sıralarında xidmət eləmişdir.
2006-cı ilin iyul ayında Azərbaycan Ordusunun sıralarından tərxis olunan Şıxamir Qaflanov, bir müddət sonra — 2007-ci ilin aprel ayında Daxili Qoşunlarının sıralarında müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu olaraq xidmət eləməyə başlamışdır.
Şıxamir Qaflanovun əsas arzularından biri Daxili Qoşunlarının zabit olmaq idi. Buna görə də o, 2008-ci il ildə Daxili İşlər Nazirliyinin (DİN) nəzdində fəaliyyət göstərən Daxili Qoşunların Orta İxtisas Hərbi Məktəbinə daxil olmuşdur. 2010-cu ildə "leytenant" hərbi rütbəsi alaraq təhsilini başa vurmuşdur.
Leytenant Şixamir Qaflanov 2010-cu ildə Daxili Qoşunların Zaqatala rayonunda yerləşən "N" saylı hərbi hissəsində xidmətini davam eləmişdir.
Şıxamir Qaflanov 2012-ci ilin oktyabr ayından dekabr ayına qədər İzmir ilinin Foça ilçəsində Jandarma Komandan Məktəbi və Təlim Mərkəzi Komandanlığında "Zabit Komando" Kurslarında təhsil almışdır.[2]
2019-cu ilin fevral ayından iyun ayına qədər isə Şıxamir Qaflanov, İzmir ilinin Foça ilçəsində Jandarma Komandan Məktəbi və Təlim Mərkəzi Komandanlığında "Jandarma Komando" Kurslarında təhsil almışdır.[3]
İkinci Qarabağ müharibəsi
2020-ci il sentyabrın 27-də səhər saat 06:00 radələrində Ermənistan Silahlı Qüvvələrinin bölmələri tərəfindən genişmiqyaslı təxribat törədilmişdir və cəbhəboyu zonada yerləşən Azərbaycan Ordusunun mövqeləri və yaşayış məntəqələri iriçaplı silahlar, minaatnalar və müxtəlif çaplı artilleriya qurğularından intensiv atəşə tutulmuşdur, nəticədə ölənlər və yaralananlar olmuşdur.[4] Bu barədə məlumat Azərbaycan Prezidenti İlham Əliyevə bildiriləndən sonra günorta saatlarında Ermənistan Silahlı Qüvvələrinin döyüş fəaliyyətinin qarşısını almaq məqsədilə Azərbaycan Silahlı Qüvvələrinin Komandanlığı tərəfindən cəbhəboyu zonada hücum əməliyyatlarının başlaması barədə qərar verilmişdir.[5]
Sentyabrın 27-də "Bəbir" Xüsusi Təyinatlı Dəstəsinin Komandiri Şixamir Qaflanov və 40 nəfərdən ibarət olan şəxsi heyət Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsində savaşmağa başlamışdır. Dəstənin birinci döyüşü Füzuli rayonunun Qaraxanbəyli istiqamətində olmuşdur. Səhər saatlarında başlanan döyüşlərin nəticəsi olaraq Azərbaycan və Ermənistan Silahlı Qüvvələri arasında mövcud olan təmas xətti yarılmışdır və Qaraxanbəyli 27 il davam edən işğaldan azad edilmişdir. Həmin döyüşlərdə dəstənin şəxsi heyəti şəhid verməmişdir.
Daha sonra "Bəbir" Xüsusi Təyinatlı Dəstəsi Cəbrayıl rayonunun Lələtəpə istiqamətindən başlayaraq Arazboyu əməliyyatlara qatılmışdır. Döyüşlərin nəticəsi olaraq Cəbrayıl istiqamətidə olan əlverilşli mövqelər, həmçinin yaşayış məntəqələri Azərbaycan Ordusu tərəfinən işğaldan azad edilmişdir.
Cəbrayıl Füzuli Hadrut Xocavənd
Ölümü
"Bəbir" Xüsusi Təyinatlı Dəstəsinin Komandiri Şixamir Qaflanovun son döyüşü oktyabrın 19-da saat 16:00 radələrində Xocavənd rayonu istiqamətində olmuşdur. Döyüş tapşırığına əsasən strateji əhəmiyyətə sahib olan mövqe ermənilərdən təmizlənməli idi. Həmin strateji mövqenin bir istiqaməti Laçın dəhlizinə, bir istiqaməti isə Füzuli rayonuna aparırdı.
Həmin döyüşə qədər Şixamir Qaflanovun rəhbəri olduğu "Bəbir" Xüsusi Təyinatlı Dəstəsinin şəxsi heyətində bir nəfər belə şəhid verilməmişdir. Həmin döyüşlərdə Şixamir Qaflanovdan başqa 3 nəfər hərbi qulluqçu da həlak olmuşdur — baş çavuş Sahib Yaşar oğlu Məmmədov, baş çavuş Surxay Zülfi oğlu Mehdiyev və çavuş Sənan Muxtar oğlu Ələsgərzadə.
Bir çox döyüşlərdə Ermənistan Ordusunun mühasirəsində olan Azərbaycan Silahlı Qüvvələrinin hərbçilərini xilas edib, Ermənistan Ordusunun canlı qüvvəsini məhv edib. Xüsusi təyinatlılar arasında "Əfsanəvi Rembo" ləqəbini qazanıb.
Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsində xüsusi xidmətlərinə və işğal olunmuş ərazilərin azad olunması zamanı düşmənin məhv edilməsi üzrə qarşıya qoyulmuş döyüş tapşırığını yerinə yetirən zaman göstərdiyi qəhrəmanlıq nümunəsinə görə, həmçinin hərbi qulluq vəzifəsini yerinə yetirən zaman igidliyin və mərdliyin nümayiş etdirilməsinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 09.12.2020-ci il tarixli Sərəncamına əsasən Şixamir Qaflanova "Vətən Müharibəsi Qəhrəmanı" adı verildi.[6][7]
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün isə Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən ölümündən sonra "Vətən uğrunda" medalı ilə[8][9], Cəbrayıl rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidlik və şücaət nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.12.2020-ci il tarixli Sərəncamına əsasən "Cəbrayılın azad olunmasına görə" medalı ilə təltif edildi.[10]
Şixamir Qaflanovun şəxsi əşyaları muzeyin əməkdaşı Aygün Quliyeva vasitəsilə Milli Azərbaycan Tarixi Muzeyinin İkinci Qarabağ müharibəsi fonduna təhvil verilmişdir.[11]
Təltifləri
- — "Hərbi xidmətdə fərqlənməyə görə" 3-cü dərəcəli medalı
- (26.06.2013) — "Azərbaycan Silahlı Qüvvələrinin 90 illiyi" yubiley medalı
- (26.06.2018) — "Azərbaycan Silahlı Qüvvələrinin 95 illiyi" yubiley medalı
- (26.06.2020) — "Qüsursuz xidmətə görə" 3-cü dərəcəli medalı
- (09.12.2020) — "Vətən Müharibəsi Qəhrəmanı" medalı (ölümündən sonra)[12]
- (15.12.2020) — "Vətən uğrunda" medalı (ölümündən sonra)[13]
- (24.12.2020) — "Cəbrayılın azad olunmasına görə" medalı (ölümündən sonra)[14]
İrsi və xatirəsi
2020-ci ildə Şıxamir Qaflanovun Zaqatala rayonunun Üçüncü Tala Kəndində yaşadığı evdə xatirəsi lövhəsi qoyulmuşdur.[15]
2021-ci il aprelin 16-da İctimai TV-də Şixamir Qaflanova həsr olunan "Bir "Bəbir" Kimi…" sənədli filmi təqdim olunmuşdur.[15] 21 dəqiqədən ibarət olan sənədli filmdə onun həyatı və döyüş yolu barədə məlumat verilmişdir.[15]
2021-ci ildə Zaqatala şəhəri Humanitar fənlər gimnaziyasına Vətən Müharibəsi Qəhrəmanı Şixamir Qaflanovun adı verilmişdir.[16]
İstinadlar
- Müdafiə Nazirliyi. "İkinci Qarabağ müharibəsində şəhid olan hərbi qulluqçuların siyahısı" (PDF). www.mod.gov.az (Azərbaycan Müdafiə Nazirliyinin rəsmi saytı) (az.). 22.01.2021. 2021-01-22 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 22.01.2021.
- Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının rəsmi internet səhifəsi. ""Vətən Müharibəsi Qəhrəmanı" adına layiq görülmüş şəhid mayor Şixamir Qaflanov". www.dq.mia.gov.az (Azərbaycan Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının rəsmi saytı) (az.). 03.01.2021. 2021-04-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 03.01.2021.
- Anar Əhmədov. ""Bəbir" Xüsusi Təyinatlı Dəstəsinin Şəhid Komandiri... - "Vətən Müharibəsi Qəhrəmanı" adına layiq görülmüş zabitimiz + Fotolar + Videolar". www.aqreqator.az (az.). 03.01.2021. 2021-04-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 03.01.2021.
- Müdafiə Nazirliyi. "Ermənistan Silahlı Qüvvələri bütün cəbhə boyu genişmiqyaslı təxribat törədib". www.mod.gov.az (Azərbaycan Müdafiə Nazirliyinin rəsmi saytı) (az.). 27.09.2020. 2020-09-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 27.09.2020.
- Müdafiə Nazirliyi. "Bütün cəbhə boyu qoşunlarımız hücum əməliyyatına başlayıb". www.mod.gov.az (Azərbaycan Müdafiə Nazirliyinin rəsmi saytı) (az.). 27.09.2020. 2020-09-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 27.09.2020.
- Azərbaycan Prezidentinin saytı. "Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçularına "Vətən Müharibəsi Qəhrəmanı" adının verilməsi haqqında Azərbaycan Prezidentinin 09.12.2020-ci il tarixli Sərəncamı". www.president.az. 09.12.2020. 2020-12-09 tarixində arxivləşdirilib. İstifadə tarixi: 08.12.2020.
- Azərbaycan Dövlət İnformasiya Agentliyi (AZƏRTAC). "Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçularına "Vətən Müharibəsi Qəhrəmanı" adının verilməsi haqqında Azərbaycan Prezidentinin 09.12.2020-ci il tarixli Sərəncamı". www.azertag.az. 09.12.2020. 2020-12-09 tarixində arxivləşdirilib. İstifadə tarixi: 08.12.2020.
- Azərbaycan Prezidentinin saytı. "Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçularının "Vətən uğrunda" medalı ilə təltif edilməsi haqqında Azərbaycan Prezidentinin 15.12.2020-ci il tarixli Sərəncamı". www.president.az. 15.12.2020. 2020-12-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 15.12.2020.
- Azərbaycan Dövlət İnformasiya Agentliyi (AZƏRTAC). "Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçularının "Vətən uğrunda" medalı ilə təltif edilməsi haqqında Azərbaycan Prezidentinin 15.12.2020-ci il tarixli Sərəncamı". www.azertag.az. 15.12.2020. 2020-12-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 15.12.2020.
- Azərbaycan Prezidentinin saytı. "Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçularının "Cəbrayılın azad olunmasına görə" medalı ilə təltif edilməsi haqqında Azərbaycan Prezidentinin 24.12.2020-ci il tarixli Sərəncamı". www.president.az. 24.12.2020. 2021-01-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 24.12.2020.
- "Arxivlənmiş surət". 2021-12-09 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-12-09.
- Normativ hüquqi sənədlərin vahid internet bazası. "Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçularına "Vətən Müharibəsi Qəhrəmanı" adının verilməsi haqqında Azərbaycan Prezidentinin 09.12.2020-ci il tarixli Sərəncamı". www.e-qanun.az (az.). 09.12.2020. 2021-01-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 09.12.2020.
- Normativ hüquqi sənədlərin vahid internet bazası. "Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçularının "Vətən uğrunda" medalı ilə təltif edilməsi haqqında Azərbaycan Prezidentinin 15.12.2020-ci il tarixli Sərəncamı". www.e-qanun.az. 15.12.2020. 2021-01-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 15.12.2020.
- Normativ hüquqi sənədlərin vahid internet bazası. "Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçularının "Cəbrayılın azad olunmasına görə" medalı ilə təltif edilməsi haqqında Azərbaycan Prezidentinin 24.12.2020-ci il tarixli Sərəncamı". www.e-qanun.az. 24.12.2020. 2021-01-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 24.12.2020.
- İctimai TV. ""Bir "Bəbir" Kimi..." — Vətən Müharibəsi Qəhrəmanı Şıxamir Qaflanov haqqında bədii-sənədli film". www.youtube.com ( YouTube portalı / "İCTİMAİ TV" səhifəsi) (az.). 16.04.2021. 2021-05-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 16.04.2021.
- "Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda həlak olmuş İkinci Qarabağ müharibəsi qəhrəmanlarının adlarının əbədiləşdirilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarı". 2023-07-13 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-07-13.