Şıxalıağalı
Şıxalıağalı — Azərbaycan Respublikasının Cəbrayıl rayonunun inzibati ərazi vahidində kənd.
Şıxalıağalı | |
---|---|
39°18′42″ şm. e. 47°07′31″ ş. u. | |
Ölkə | Azərbaycan |
Rayon | Cəbrayıl rayonu |
Tarixi və coğrafiyası | |
Mərkəzin hündürlüyü | 270 m |
Saat qurşağı | |
| |
Vikianbarda əlaqəli mediafayllar |
Tarixi
1993-cü ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib.
Toponimikası
Şıxalıağall Cəbrayıl rayonunun Şükürbəyli inzibati ərazi vahidində kənddir. Düzənlikdədir. Yaşayış məntəqəsi XIX əsrin əvvəllərində Qarabağ xanı Mehdiqulu xanın Zangəzurdan (əsasən, indiki Zəngilan rayonunun Ağalı kəndindən) köçürdüyü ailələrin məskunlaşması nəticəsində yaranmışdır. Şıxalı ağa adlı şəxs bu ailələrin başçısı olmuşdur. Hazırda kənddə alıyarlı, əbilqasımlı, həsənalıbəyli nəsilləri ilə yanaşı şıxalıağalı nəsli də yaşayır.[2]
İqtisadiyyatı
Əsas təsərrüfatı heyvandarlıq idi.
Həmçinin bax
Xarici keçidlər
İstinadlar
- "Cəbrayılın daha 3 kəndi və strateji yüksəkliklər işğaldan azad edildi". qafqazinfo.az (az.). 5 oktyabr 2020. 2022-03-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 5 oktyabr 2020.
- Azərbaycan Toponimlərinin Ensiklopedik Lüğəti. Azərbaycan Milli Elmlər Akademiyası. Nəsimi adına Dilçilik İnstitutu. Şərq-qərb Bakı-2007. səh.427
This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.