Şınıx (Gədəbəy)

ŞınıxAzərbaycan Respublikasının Gədəbəy rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 26 iyul 1994-cü il tarixli, 868 saylı Qərarı ilə Gədəbəy rayonunun Şınıx kəndi Göyəlli kənd ərazi vahidindən ayrılaraq, bu kənd mərkəz olmaqla Şınıx kənd ərazi vahidi yaradılmışdır.[1]

Şınıx
40°41′15″ şm. e. 45°25′44″ ş. u.
Ölkə
Tarixi və coğrafiyası
Mərkəzin hündürlüyü 1.407 m
Saat qurşağı
Şınıx xəritədə
Şınıx
Şınıx

Toponimikası

Yaşayış məntəqəsi qonşu kəndlərdən Ağdam, Tovuz rayonlarından gəlmiş əhali tərəfindən Şınıx adlı ərazidə salınmışdır. Oykonimi qədim türk dillərindəki şinq (sıldırım qaya), sınıq (tayfa adı), Azərbaycan dilindəki şenlik (qalabalıq, çox adam olan yer) sözləri ilə əlaqələndirirlər.[2]

Coğrafiyas və iqlimi

Kənd dağətəyi ərazidə yerləşir.

Əhalisi

Şınıx əhalisi bütövlükdə türk əsilli xalqdır. Şınıxda bir sıra arxaik sözə müasir Asiya, eləcə də Türkiyə türkcəsində rast gəlinməkdədir. 2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 700 nəfər əhali yaşayır.[3]

İqtisadiyyatı

Əhalinin əsas məşğuliyyətini kənd təsərrüfatı — əkinçilik, maldarlıqheyvandarlıq təşkil edir.

İstinadlar

Həmçinin bax

This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.