Şüyüd plov

Şüyüd plov - Toyuq plov - Azərbaycan və Özbək mətbəxinin şahı olan Plovun Azərbaycanda yayılmış bir növüdür.

Tərkibi

  • Uzun düyü
  • Şüyüd
  • Kərə yağı
  • Duz
  • İstiot
  • Zövqə görə mal ət və ya toyuq əti əlavə olunur.

Hazırlanma qaydası

Düyünü duzlu suda isladırıq.Suyu qaynadıb düyünü qazana tökürük. Şüyüdü yuyub incə-incə doğrayırıq.Düyünü süzdükdən sonra aşsüzəndə üzərinə doğranmış şüyüdü tökürük. Asta-asta qarışdırırıq ki, düyü əzilməsin.Qazana qazmağı qoyub düyünü tökürük. Ərinmiş yağı töküb dəmə qoyuruq.Toyuğu doğrayıb soyutma bişiririk. Yumurtaları da soyutma bişiririk.Daha sarımsaqlı qatıqla birlikdə süfrəyə verilir.

This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.